18 Oktyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Son illərdə muxtar respublikada insanlara göstərilən ən böyük xidmətlərdən biri də suvarma və içməli suya olan tələbatın tam ödənilməsi istiqamətində atılan mütərəqqi addımlardır. Görülən irimiqyaslı işlərin nəticəsidir ki, blokada şəraitində olan muxtar respublikanın hər bir bölgəsi içməli su və suvarma suyu ilə tam təmin olunub. Ancaq gəlin görək, yaradılan bu imkanlardan qədərincə istifadə edirikmi? “Su haqqı”, – deyib paklığına and içdiyimiz təbii sərvətə necə qənaət edirik? Axı su yer üzünün tükənən sərvətlərindəndir, əgər biz qənaət etməsək, gələcək nəsillər bu israfçılığın acı fəsadlarını yaşayacaqlar. Və çox güman ki, buna görə bizə, “sağ olun”, deyən tapılmayacaq.
Ötən günlərdə şahidi olduğum bir mənzərə məni bu mövzuya müraciət etməyə vadar etdi. Naxçıvan şəhərinin Atabəylər məhəlləsindəki binanın həyətində qurulmuş su kranının açıq buraxılması, üstəlik, bu yerdə kanalizasiya xəttinin yarpaqlarla tutulması ətrafda su gölməçələrinin yaranmasına səbəb olmuşdu. Yaxınlıqdakı yaşlı bir adamın, nəhayət, bu hadisəyə reaksiya verib kranı bağlaması, təbii ki, gölməçələrin daha da böyüməsinin qarşısını aldı. Yaxınlaşıb onunla həmsöhbət oldum. Öyrəndim ki, o, məhəllə sakini, yaşı yetmişi ­ötmüş Əli Tarverdiyevdir. Onunla söhbət əsnasında dedi ki, Atabəylər məhəlləsinin vaxtilə suya böyük ehtiyacı olub. Sovetlər dövründə, elə müstəqilliyimizin ilk illərində də su sarıdan çox əziyyət çəkmişik. Bidonlarla çeşmələrdən su daşıdığımız da az olmayıb. Belə olan şəraitdə təmizlikdən də söhbət gedə bilməzdi. Təbii ki, bundan ən çox qadınlar əziyyət çəkirdilər. Mənə qəribə gələn odur ki, həmin şəraitdə böyüyən orta və yaşlı nəsil də suya qənaət məsələsində bu gün bəzən biganəliyə yol verir, çəkilən əziyyətləri yaddan çıxarır. İndi həmyerlilərimizin çoxu xarici ölkələrə gedib-gəlir, danışırlar ki, bu ölkələrin şəhərlərində küçədə axan bir çeşməyə rast gələ bilməzsən, suyun hər litri müəyyən məbləğə satılır. Bizdə isə hər bir məhəllədə yoldan keçənlərin, sakinlərin istifadəsi üçün su kranları qoyulub. Bu, biz insanlara göstərilən qayğının nümunəsidir. Ancaq, təəssüflər olsun ki, biz suyun qədrini lazımınca bilmirik. Düşünürəm ki, bu məsələyə hər bir sakin həssas yanaşmalı, xoşagəlməz hallara son qoyulmalıdır.

Naxçıvan şəhərinin “Şahab” məhəlləsində yaşayan 60 yaşlı təqaüdçü-müəllim Məlahət Axundova deyir ki, əvvəllər hər həyətə su çəkdirmək mümkünsüz idi. Tək-tük həyətlərdə su müəyyən olunmuş qrafiklə gələrdi. Təbii ki, içməli su qıtlığı olduğundan suyun gəlmə saatını qonşular ev sahibindən daha dəqiq bilərdilər. Paradoksal hal ondan ibarət idi ki, qonşu qadınlar ev sahibinin xəbəri olmadan su aparmağa gələr, bir çox hallarda həyətlərdə növbə üstündə dava-dalaş düşərdi. Ancaq indi hər mətbəxdə içməli su axır. Məişət işlərində, eləcə də təmizlikdə büllur kimi saf sudan istifadə edilir. Bu, dövlətimizin biz sakinlərə yaratdığı şəraitin bəhrəsidir. Təqaüdçü olduğumdan şəxsi həyəti olan rəfiqələrimin evinə yolum tez-tez düşür. Bəzən şahidi olduğum israfçılıq halları mənə su sarıdan qıtlıq çəkdiyim o illəri xatırladır. Bu gün isə təəssüf ki, bəzi həyət evlərində ağaclar içməli su ilə suvarılır. Bu isə məni çox narahat edir.
... İndi dünyanın bir çox ölkələrində su qızıla bərabər tutulur, milyonlarla vəsait xərclənərək yerin yeddi qatından su çıxarılır. Afrikanın bir çox ölkələri üçün su, sözün tam mənasında, həyat deməkdir. Biz bunun televiziya ekranlarından, qəzetlərdən, demək olar ki, hər gün şahidi oluruq. Deməli, üzərində yaşadığımız torpağın, daşın bizə əvəzsiz hədiyyəsinin qədrini, qiymətini bilməliyik.
Makedoniyalı İsgəndərin ömrü boyu dirilik – abi-həyat suyunu axtardığı söylənilir. Bu, su haqda minlərlə əfsanədən biridir. Əsl həqiqət isə budur ki, təmiz, pak su sağlam həyatın, uzun ömrün təminatıdır. Başqa sözlə, bu gün dirilik suyu bizim həyətlərimizdə, evlərimizdədir. Bizə isə bu suyun qədir-­qiymətini bilmək, təbiətin əvəzsiz nemətindən qənaətlə istifadə etmək qalır.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3153107
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
167
4404
13272
67654
3153107

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter