18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Meşələrin və digər təbiət ərazilərinin yanğın təhlükəsindən qorunması üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər həyata keçirir. Bu sahədə fəaliyyətin operativliyini təmin etmək məqsədilə nazirliyin Meşə təsərrüfatı idarəsində lazımi avadanlıq və nəqliyyatla təmin edilmiş xüsusi qərargah yaradılıb. 

Bu tədbirlər çərçivəsində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə dövlət meşə fondu ərazilərində, insanların istirahət etdiyi və təsərrüfat fəaliyyəti göstərilən digər təbiət ərazilərində seminar-müşavirə, praktik təlim işlərinin aparılması davam etdirilir. Belə ki, adıçəkilən nazirliklər meşələrin və digər təbiət ərazilərinin təbiət hadisələri və antropogen təsirlərdən baş verə biləcək yanğınların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə hazırlanmış tədbirlər planı çərçivəsində Şahbuz Dövlət Təbiət Qoruğu və qoruğa sərhəd ərazilərdə fəaliyyət göstərən arıçı təsərrüfat sahibləri və fermerlərlə görüş keçirilib, söhbətlər aparılıb, yanğın təhlükəsizliyi qaydaları ilə təlimatlandırılıblar. Onlara bildirilib ki, qoruğun mühafizə işçiləri əraziləri daim nəzarətdə saxlamalı, bu ərazilərdə istirahət edən insanları yanğın hadisəsinin baş verməməsi üçün məlumatlandırmalı və gücləndirilmiş iş rejimi tətbiq edilməli, xüsusilə qoruq ərazisindən keçən yolun ətraf ərazilərində quru otlar təmizlənməli, ərazidə mütəmadi suvarma işləri aparılmalıdır.

Qeyd olunub ki, meşədə yanğınlara yol verilməməsi üçün yanğın təhlükəsizliyi istiqamətində bir sıra qaydalara əməl edilməsi zəruridir. İlk növbədə, meşə ərazilərində tonqallar yandırılmamalı, digər ərazilərdə yandırılmış ocaqların tam söndürülməsinə əmin olmadan ərazini tərk etməməli, həmin ərazilərə yanmaya həssas məmulatlar atılmamalıdır. Turist istirahət zonaları, meşələrdə keçirilən kütləvi tədbirlər zamanı tonqallar əraziyə nəzarət edən müvafiq qurum tərəfindən ayrılan xüsusi yerlərdə qalanmalıdır.
Taxıl tədarükü və ot yığımı ilə ilə əlaqədar olaraq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi zəruridir. Bu sahədə təhlükəsizliyin təmin edilməsi üçün kənd təsərrüfatı texnikalarının texniki sazlığı diqqətdə saxlanmalıdır. Meşə zolaqları, müxtəlif təyinatlı yollar taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaq şərti ilə şumlanmalıdır.
Meşələrimizi, taxıl zəmilərimizi, ot topladığımız və digər təbiət ərazilərimizi yanğından mühafizə etmək üçün yanğın təhlükəsizliyi qaydalarına əməl etməliyik.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3287131
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1979
3637
24900
71777
3287131

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter