17 İyul 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq işləri, yeni istehsal və emal müəssisələrinin, xidmət sahələrinin fəaliyyətə başlaması işçilərin əmək hüquqlarının qorunması və əməyin mühafizəsi üzrə ­tədbirlərin həyata keçirilməsini şərtləndirir.
2011-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali ­Məclisində istehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər, 2012-ci ildə tikinti sektorunda əməyin təşkili, təhlükəsizlik qaydalarına riayət olunması və 2014-cü ildə tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı keçirilən müşavirələrdə verilən tapşırıqların icrası əməyin mühafizəsi sahəsində müsbət nəticələrin əldə edilməsinə səbəb olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı işəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılmasına, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət etmələrinə nəzarət işləri davam etdirilir və müvafiq tədbirlər görülür. Həmin tədbirlər nəticəsində əməyin mühafizəsi qaydalarının pozulmasına görə inzibati xəta hallarında, həmçinin istehsalatda baş vermiş bədbəxt hadisələrin sayında ötən illərlə müqayisədə azalma qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin iş planına uyğun olaraq istehsal və tikinti sahələrində çalışan işçilərlə iş yerlərində əməyin mühafizəsi norma və qaydalarına əməl edilməsinə dair mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir. Qeyd edilən tədbirlərin davamı kimi iyunun 14-də “Gəmiqaya Daş Məhsulları Kompleksi” Məhdud Məsuliyyətli ­Cəmiyyətində, Naxçıvan şəhərinin Heydər Əliyev prospektində 44 mənzilli yaşayış binasının, həmçinin Əziz Əliyev küçəsində 200 yerlik uşaq bağçasının tikinti sahəsində, işçi heyətlə “İş prosesində fərdi və kollektiv mühafizə vasitələrindən istifadənin əhəmiyyəti” mövzusunda maarifləndirici söhbətlər aparılıb. Söhbət zamanı əməyin mühafizəsi sahəsində işəgötürənin və işçilərin vəzifələrinə dair iştirakçıları maraqlandıran suallar ­cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2741826
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3785
5092
8877
83065
2741826

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter