18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il 25 iyun tarixdə Fərman imzalamışdır. Bu fərman pensiya təminatında artım dinamikasının, ümumən, əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin uğurla davam etdirildiyini təsdiq edir.
Bu qayda 1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin edilmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, Mərkəzi Seçki Komissiyası və Hesablama Palatası üzvlərinin, deputat və digər bu kateqoriyalardan olan şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin yenidən hesablanmasını müəyyən edir. Həmin əlavələrin hesablanmasının yeni mexanizmə uyğunlaşdırılması və əməkhaqqında, təminat xərcliyində və dövlət məvacibində artımlar olduqda onların da pensiyalarının bu müvafiq qaydaya uyğun olaraq artırılması təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Fərmanı ilə müəyyən edilmiş yeni qaydaya uyğun olaraq muxtar respublika üzrə müvafiq kateqoriyadan olan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr yenidən hesablanaraq artırılacaq.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanmış artımlar 2018-ci ilin iyul ayından başlayaraq pensiya ödənişində, müvafiq ayların artımları da daxil olmaqla, əmək pensiyaçılarına ödəniləcək.
Son aylarda əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əmək pensiyasının və müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən əmək pensiyasının sığorta hissəsinin məbləğinin 5,7, müavinətlərin isə 2018-ci il 23 fevral tarixli sərəncamlara əsasən 10 faiz artırılması, habelə 2018-ci il 25 iyun tarixli Fərmanı ilə müvafiq kateqoriyadan olan əmək pensiyaçılarının pensiyasının artırılması dövlətin pensiyaçıların sosial rifah halının yaxşılaşdırılmasına diqqət və qayğısını sübut edir.
Azərbaycan Respublikası Prezidentinin ölkədə sosial rifah halının yaxşılaşdırılmasına, müvafiq kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən fərman və sərəncamların icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən müvafiq işlər gələcəkdə də həyata keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3287181
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2029
3637
24950
71827
3287181

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter