19 Oktyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Bu gün dünyanın müxtəlif yerlərindən minlərlə internet istifadəçisi könüllü olaraq öz vaxtlarını, təcrübə və biliklərini sosial şəbəkələrdə informasiya mübadiləsinə sərf edirlər. Araşdırmalar göstərdi ki, sosial şəbəkələr çox nəhəng bir informasiya resursudur ki, bu layihələrə dünyanın müxtəlif dillərində külli miqdarda məlumatlar daxil edilir. İnternet istifadəçilərinin çox hissəsi bu informasiyalardan yararlanırlar. Bu texnologiyadan istifadə müəllimlərin pedaqoji peşəkarlıqlarının artırılmasında mühüm rol oynayır. “XXI əsrin şəbəkəsi” adlanan sosial şəbəkələr əsasında qurulan virtual cəmiyyətlər isə, ilk növbədə, virtual bilik bazasıdır.

Ümumilikdə, sosial şəbəkələrin müsbət cəhətləri olduğu kimi, bəzi mənfi cəhətləri də vardır. Həmin mənbələrdən düzgün istifadə olunmaması nəticəsində insanlarda müəyyən mənada bu şəbəkələrdən asılılıq yarana bilər. Bunun nəticəsində istifadəçi də tez-tez öz hesabına daxil olmaq, mesaj qutusunu yoxlamaq zərurəti yaradır. Bu isə, öz növbəsində, insanın fikrini öz işlərinə cəmləməsinə mane olur və həddindən artıq çox vaxt aparır. Bunun da həm psixoloji, həm də fizioloji fəsadları vardır. Eyni zamanda kompüterin müxtəlif ziyankar proqramlarla yoluxması baş verə bilər ki, bu halda həm kompüterin, həm də sizin şəxsi məlumatlarınızın və şəxsi hesabınızın təhlükəsizliyinə xələl gəlmiş olar.

“Facebook”, “İnstagram”, “Twitter” və sair sosial şəbəkələr istifadəçilərin şəxsi hesablarının qorunması üçün elə də böyük tədbirlər görmürlər. Bu gün hakerlər çox asanlıqla şəxslərin sosial şəbəkə hesablarını ələ keçirə bilirlər. 50 milyondan çox “Facebook” istifadəçisinin hesabından məlumatların oğurlanması da bunu sübut edir.
Son günlərdə sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə məşhur şirkətlərin adından vədverici mesajlar insanlar arasında yayılmağa başlayıb. Belə ki, bədniyyətli qruplar öncə kampaniya təşkil edəcəyi şirkətin əsas domeninə oxşar yeni domen alır. Adətən, belə domenlərin alışında gündəlik istifadəmizdə olmayan və gözlərimizin görməyə alışmadığı xüsusi simvollardan istifadə olunur ki, ilk baxışdan domen əslisi ilə eynilik təşkil etsin. Daha sonra həmin domenə əsl domendəki məzmunun oxşarı yüklənir ki, göndərilən linkin ziyarətçiləri heç nədən şübhələnmədən əməliyyatlarını sona çatdırsınlar. Haker qruplar tərəfindən təşkil edilən belə “fişinq” hücumlar, adətən, məşhur şirkətlərin endirim və ya hədiyyə kampaniyaları adı altında istifadəçilərə “fişinq” link göndərməklə həyata keçirilir. Belə vədverici kampaniyalarda tələblərdən biri də, adətən, istifadəçinin özü ilə bərabər bir neçə nəfəri də cəlb etməsi tələbidir. Bu da həmin “fişinq” linkinin sosial şəbəkə istifadəçiləri arasında sürətli yayılmasına gətirib çıxarır. Bu şəbəkələrdə “uşağım xəstədir” kimi paylaşımların bir çoxunun fırıldaqçılar tərəfindən edildiyi üzə çıxıb. Belə ki, onlar bu cür elanları paylaşaraq geyim, qida məhsulları istehsalçılarından reklam alırlar. “Facebook”, “İnstagram”, “Twitter” kimi sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz bu elanlarda daha çox insanın görməsi üçün onun paylaşılması xahiş edilir. Bununla da, səhifəni izləyənlərin sayını qısa zamanda artırmış olurlar. Daha sonra həmin səhifələrin adını dəyişərək qida, geyim reklamları paylaşmağa başlayırlar. Bir çox hallarda elanda verilən nömrələr səhv olur, ya da zəng etdiyinizdə avtomatik olaraq həmin nömrənin balansına ödəniş etmiş olursunuz.
Bundan başqa, “Facebook”da yayılmış yeni virus bir çoxlarını narahat etməyə başlayıb. Belə ki, bu virus vasitəsilə hakerlər həm sizin şəxsi məlumatlarınızı əldə edir, həm də dostluğunuzdakı şəxslərə viruslu mesajlar göndərə bilirlər. Bu virusu e-mail vasitəsilə və ya bildiriş şəklində ala bilərsiniz. İlk baxışda “Facebook” yenilənməsinə oxşayan məktub sizin şəxsi məlumatlarınızı ələ keçirmək üçün qurulmuş tələdir. Belə ki, sizdən e-mail adresiniz və ya telefon nömrəniz, həmçinin şifrə və doğum tarixiniz haqda məlumatı daxil etməyiniz xahiş olunur. Bununla şəxsi məlumatlarınızın daha təhlükəsiz hala gətirilməsi haqda məlumat verilir. Siz məlumatı daxil etdiyiniz halda hesabınız virusa yoluxacaq. Mümkün qədər bilmədiyiniz mənbədən və ya şübhə yaradan mesajlardan uzaq durun və öz şəxsi məlumatlarınızı əmin olmadığınız qaynaqlarda paylaşmayın.
Sosial şəbəkələrdə uşaq və yeniyetmələr üçün zərərli informasiyalar çox olduğuna görə valideynlər övladlarının mobil telefon və planşetlərdən istifadə etməsinə icazə verməməli, mütləq onlara nəzarət etməlidir.
Ölkəmizdə, eləcə də muxtar respublikamızda istifadəçilər təhlükəsizlik qaydalarını bilməli, bu qaydalara əməl etməli, ayrılıqda özünün informasiya təhlükəsizliyinə diqqət yetirməlidir. Bununla yanaşı, qlobal resursların da güvənliyindən çox şey asılıdır.
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən bununla bağlı daim maarifləndirmə işləri aparılır, metodik informasiya dəstəyi hazırlanaraq problemlərin izahı verilir və çıxış yolları göstərilir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3160075
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2031
5104
20240
74622
3160075

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter