15 Dekabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır. Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilir, meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkarlıq sahələrinə aqrotexniki qulluq göstərilir, yeni yaşıllıqların salınması, ağac və gül kolları əkilməsi qayğısına qalınır.
İyunun 2-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunub. Həmin gün iməciliklərdə 22 min 823 nəfər iştirak edib.
İməcilik zamanı Naxçıvan şəhərinin sakinləri Uzunoba Su Anbarının aşağı hissəsindəki ərazidə yaşıllıqlara aqrotexniki qulluq göstərib, suvarma işləri aparıblar.
Şərur rayonunun sakinləri Danyeri, Xanlıqlar və Aşağı Daşarx kəndlərindəki yaşıllıqlarda, “Gənclər bağı”nda və kənd qəbiristanlıqlarında ağacların diblərini alaq otlarından təmizləyib, budama, suvarma və ağartma işləri keçiriblər.
İməcilik günü babəklilər “Gənclər bağı”nda, Yarımca-Qahab kəndləri arasındakı yolun kənarlarındakı yaşıllıqlara qulluq ediblər.
Bağlar diyarı Ordubad rayonunda da iməciliklər mütəşəkkilliklə keçirilib. Əylis düzündəki üzüm və qızılgül bağlarında, həmçinin “Gənc­lər bağı”nda aqro­texniki tədbirlər həyata keçirilib, Dəstə və Dırnıs kəndləri arasındakı yolun kənarları alaq otlarından təmizlənib.
Həmin tədbirlər Culfa rayonunun kəndlərindəki yaşıllıq ərazilərində də həyata keçirilib.

Kəngərli rayonunda Naxçıvan-Sədərək magistral yolunun Böyükdüz kəndi hissəsində, Qıvraq qəsəbəsində yol kənarındakı yaşıllıqlarda və “Gənclər bağı”nda ağaclara aqrotexniki qulluq göstərilib, ağartma və suvarma işləri həyata keçirilib.
Şahbuzlular da iməcilik günü həmin işləri görüblər.
Sədərəklilər Naxçıvan-Sədərək magistral yolunun sol hissəsindəki ərazidə, “Gənclər bağı”nda və Sədərək kənd 1 nömrəli tam orta məktəbin həyətində ağacların diblərini alaq otlarından təmizləyib, ağartma və suvarma tədbirləri həyata keçiriblər.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılıb.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3407503
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1044
4561
27333
66670
3407503

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter