15 Avqust 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Avqust 2018
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

İyunun 1-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə is­tedadlı uşaqların əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov tədbirdə çıxış edərək demişdir ki, uşaqların fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər ruhda tərbiyəsi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə uşaq bağçaları, ümumtəhsil məktəbləri, məktəbdənkənar təhsil müəssisələri, uşaq musiqi məktəbləri tikilərək və ya yenidən qurularaq uşaqların istifadəsinə verilmişdir. Ümumtəhsil məktəblərində maddi-texniki baza gücləndirilmiş, elektron təhsilin tətbiqi genişlənmiş, zəngin kitabxana fondları yaradılmışdır. Bütün bunlar isə tədrisin keyfiyyətini artırmış, uşaqların bilikli, yüksək dünyagörüşə malik vətəndaş kimi formalaşmasına geniş imkanlar ­yaratmışdır.
Qeyd olunmuşdur ki, xüsusi yaradıcılıq potensialı və qabiliyyəti ilə seçilən uşaqlar da diqqətdə saxlanılmış, istedadlı uşaqların adı “Gənc istedadların “Qızıl kitabı”na yazılaraq onlara xüsusi təqaüdlər verilir. Uşaqların istifadəsinə filarmoniya və teatrlar, kitabxana və yaradıcılıq mərkəzləri, idman və şahmat məktəbləri verilmişdir. Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların da hərtərəfli qayğı ilə əhatə olunduğunu, onların təhsilə cəlbi, cəmiyyətə inteqrasiyası və reabilitasiyasının diqqət mərkəzində saxlanıldığını bildirən ­Rəhman Məmmədov uşaqları təbrik etmiş, onlara təhsillərində uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri ­Ramilə Seyidova bildirmişdir ki, bu gün muxtar respublikamızda dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Muxtar respublikada 215 ümumtəhsil məktəbi, 26 uşaq musiqi məktəbi, 21 məktəbəqədər, 36 məktəb­dənkənar təhsil müəssisəsi fəaliyyət göstərir ki, onların da əksəriyyəti müasir şəraiti olan binalarla təmin edilmişdir. Ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılmış, 87 faizi internetə qoşulmaqla, hər 11 şagird 1 kompüterlə təmin olunmuşdur. Bu gün uşaqların peşə təhsilinə cəlbi də qarşıda duran əsas vəzifələrdəndir. 2017-2018-ci tədris ilində 3500-dən çox uşaq maraqlarına uyğun peşə və ixtisaslara yönləndirilmişdir.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təhsil, idman, incəsənət nominasiyaları üzrə ilin ən yaxşı 25 istedadlı uşağına hədiyyələr və fəxri fərmanlar təqdim olunmuşdur.
Tədbirin bədii hissəsində muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələrinin, musiqi məktəblərinin, folklor qrupları kollektivlərinin, o cümlədən Heydər ­Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansambllarının, Naxçıvan şəhərindəki 11 nömrəli uşaq bağçasının balaca fidanlarının çıxışları olmuşdur.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2875112
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
248
4386
8801
61806
2875112

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter