17 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Dünyanın əksər ölkələrində 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur.
Ölkəmizdə uşaqlara diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərliyinin bütün dövrlərində uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət yetirmişdir. “Uşaqlar bizim sevincimizdir, həyatımızın mənasıdır, uşaqlar bizim gələcəyimizdir”, – deyən ulu öndərimizin rəhbərliyi ilə uşaq hüquqları sahəsində qanunvericilik bazası yaradılmış, uşaqların hərtərəfli inkişafı təmin edilmişdir. Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuş, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlar qəbul edilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkə­mizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”, – deyən ölkə Prezidentinin qayğısı ilə yeni məktəblərin, uşaq evləri və bağçalarının inşası, onların müasir tələblərə uyğun şəkildə qurulması, qəbul edilən dövlət pro­qramlarının uğurlu icrası sağlam yeni nəslin formalaşmasını təmin etmişdir.
Muxtar respublikada da dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Bu gün muxtar respublika əhalisinin 35,7 faizi və ya 162 min 113 nəfəri uşaqlardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “O cəmiyyət möhkəmdir ki, o dövlət inkişaf edərək irəli gedir ki, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var”. Muxtar respublikada uşaqların intellektual, fiziki və psixoloji inkişafının, onların şəxsiyyətinin hərtərəfli formalaşması, uşaqların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması diqqətdə saxlanılır. Muxtar respublikada 215 ümumtəhsil məktəbi, 26 uşaq musiqi məktəbi, 21 məktəbə­qədər, 36 məktəbdənkənar təhsil müəssisəsi, 18 orta ixtisas və peşə məktəbi fəaliyyət göstərir ki, onların da əksəriyyəti müasir şəraiti olan binalarla təmin edilmişdir. Ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılmış, 87 faizi internetə qoşulmaqla, hər 11 şagird 1 kompüterlə təmin olunmuşdur. Bu gün uşaqların peşə təhsilinə cəlbi də qarşıda duran əsas vəzifələrdəndir. 2017-2018-ci tədris ilində 3500-dən çox uşaq maraqlarına uyğun peşə və ixtisaslara yönləndirilmişdir.
Muxtar respublikada uşaqların sağlamlıqlarının qorunması, fiziki inkişaflarının təmin olunması istiqamətində də mühüm tədbirlər görülür. Uşaqların idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması diqqət mərkəzində saxlanılır, bu işlərin davamlı olaraq həyata keçirilməsi onların bədən tərbiyəsi və idmana marağını artırır. Son illər muxtar respublikada müasir standartlara uyğun olimpiya-idman kompleksləri, üzgüçülük və şahmat mərkəzləri, uşaq-gənclər şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, ­stadionlar, peyntbol meydançası, ümumtəhsil məktəblərində müasir idman zalları tikilib istifadəyə verilmişdir. Yaradılan şəraitin bəhrəsidir ki, hazırda muxtar respublikada 30 minə yaxın uşaq və gənc idmanla məşğul olur, onlar idmanın müxtəlif sahələri üzrə ölkədaxili və beynəlxalq yarışların mükafatçısı və qalibi adını qazanırlar.

Uşaqların istedadlarının üzə çıxarılması, asudə vaxtlarının və tərbiyələrinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə də mühüm tədbirlər həyata keçirilir. Muxtar respublikada fəaliyyət göstərən M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Uşaq Filarmoniyası, Uşaq Kitabxanası kimi mədəniyyət ocaqları, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, şahmat məktəbləri və onlarla digər məktəbdənkənar tərbiyə müəssisələri bu baxımdan mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli ­Fərmanına uyğun olaraq “Gənc istedadların “Qızıl kitabı”nın təsis edilməsi, 8 istedadlı uşağın adının bu kitaba yazılması və onlara xüsusi aylıq təqaüdlərin verilməsi istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı da gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlı­lığın və dünyagörüşün formalaşdırılmasına xidmət edir.
Ali Məclis Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquq­larının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmiş, uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmiş, monitorinq qrupu yaradılmışdır. Uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının qarşısını almaq məqsədilə cari ilin ötən dövründə 8 uşaq müəssisəsində monitorinqlər aparılmışdır. Bundan əlavə, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı təşkil olunmuş, 13 mindən artıq uşaq haqqında fərdi məlumatlar banka daxil edilmişdir.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların bir qrupu da valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, eləcə də aztəminatlı ailələrin uşaqlarıdır. Muxtar respublikada ailələrdə himayə və qəyyumluqda yaşayan uşaqlara, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan 499 uşağa bayram günlərində və tədbirlərdə hədiyyə və sovqatlar verilmiş, xüsusi qayğıya ehtiyacı olan 414 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunmuşdur.
Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, cəmiyyətə inteqrasiyası istiqamətində də muxtar respublikada kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası da nəzarətdə saxlanılmış, cari ilin ötən dövrü ərzində sağlamlıq imkanları məhdud 310 uşağın valideynləri ilə əlaqə saxlanılaraq maarifləndirici söhbətlər aparılmış, bu uşaqlardan 17-si məktəb, məktəbəqədər və məktəb­dənkənar təhsil müəssisələrinə cəlb olunmuşdur. 2017-2018-ci tədris ilində ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 913, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 7, Distant Tədris Mərkəzində 22 uşaq təhsil alır. Həmçinin Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində 10 uşağa valideynlərinə dəstək məqsədilə qulluq edilir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikamızda qeydiyyatda olan sağlamlıq imkanları məhdud uşaqların xəstəlikləri üzrə təhlillər aparılır, muxtar respublikanın rayon və kənd mərkəzlərində belə xəstəliklərin qarşısının alınması ilə əlaqədar qadınlar arasında maarifləndirici tədbirlər həyata keçirilir.
Sağlamlıq imkanları məhdud uşaqlar arasında müxtəlif yarış və müsabiqələrin keçirilməsi onların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, istedadlarının üzə çıxarılması, əqli və fiziki inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Həmin kateqoriyadan olan uşaqların tarixi abidələrə və muzeylərə ekskursiyaları təşkil edilir, onlar üçün film, konsert proqramı və tamaşalar nümayiş olunur, yaradıcı uşaqların üzə çıxarılması məqsədilə müsabiqələr keçirilir. Eyni zamanda müvafiq kateqoriyadan olan uşaqların iştirakı ilə solo konsert və tamaşalar hazırlanır, rəsm və əl işlərindən ibarət sərgi və sərgi-satışlar təşkil edilir. Bu sahədə görülən işlərin davamı olaraq 2017-ci ildə uşaqların, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə aid dövlət orqanları tərəfindən 836 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil olunmuşdur.
Uşaqların vətənpərvərlik ruhunda böyümələrində, milli dəyərlərimizi mənimsəmələrində və dünyagörüşlərinin formalaşmasında uşaq ədəbiyyatını mütaliə etmək mühüm əhəmiyyət kəsb edir. Buna görə də muxtar respublikada müasir ədəbiyyat bazasına malik olan elektron kitabxanalar istifadəyə verilir, uşaqlar üçün kitablar nəşr olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə “Uşaqlar və Günəş” almanaxı, “Gəncliyimiz – Gələcəyimiz”, “Təmsillər”, “Şeir və hekayələr”, “Şeirlər”, “Poema və pyeslər”, “Naxçıvan bəstəkarlarının uşaq mahnıları” adlı uşaq kitablarının nəşr olunması bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir.

Uşaqlar bizim gələcəyimizdir. Ölkəmizin gələcəyi onların əlindədir. Ona görə də uşaqlara qayğı hər kəsin borcudur.

Zərnigar Orucəliyeva
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
ictimaiyyətlə əlaqələr və informasiya təminatı üzrə baş məsləhətçisi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3149582
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1046
4297
9747
64129
3149582

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter