21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Mayın 15-də Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, ölkəmizdə dövlət ailə siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli liderimizin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin nəticəsi olaraq ailələrin sosial müdafiəsi yaxşılaşdırılıb, ailə dəyərlərimiz qorunub saxlanılıb. Müstəqillik illərində ailə siyasəti sahəsində zəngin qanunvericilik bazası yaradılıb, ailə institutunun inkişafı təmin edilib.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ailə siyasəti uğurla davam etdirilir. Ailələrin daha da möhkəmləndirilməsi, ana və uşaqların sağlamlığının qorunması üçün dövlət proqramları qəbul olunaraq icra edilir. Ailələrin sosial təminatını yaxşılaşdırmaq məqsədilə əməkhaqları, pensiya və müavinətlər artırılır, yeni iş yerləri yaradılır.
Qeyd olunub ki, muxtar respublikamızda da dövlət ailə siyasəti uğurla həyata keçirilir. Hazırda Naxçıvan Muxtar Respublikasında 96 mindən çox ailə yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bütün ailələrin rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sosial qayğıya ehtiyacı olan ailələrin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlər görülür, onlara müavinətlər verilir, sosial müdafiələri gücləndirilir. Müvafiq kateqoriyalı vətəndaşlar minik avtomobilləri ilə təmin olunur, onların müalicə və reabilitasiyası diqqətdə saxlanılır.

Aztəminatlı ailələr də dövlət qayğısından yararlanırlar. Bu ailələr aktiv məşğulluğa cəlb olunur, onlara ailə təsərrüfatlarını qurmaq və inkişaf etdirmək üçün lazımi köməkliklər göstərilir. Gənc ailələrin sosial problemlərinin həlli və onların mənzil şəraitlərinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi bu il ölkəmizin Gənclər Paytaxtı olan Naxçıvan şəhərində yeni yaşayış kompleksi – “Gənclər şəhərciyi” istifadəyə verilmişdir. Gənclər bu şəhərcikdə güzəştli ipoteka şərtləri ilə mənzillə təmin olunurlar.
“Muxtar respublikada əhalinin məşğulluğunun təmin edilməsi ailələrin gəlirlərinin artmasına, sosial vəziyyətlərinin yaxşılaşmasına xidmət edir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” səmərəli məşğulluğa, işaxtaranların işlə təminatına və sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb”, – deyən Rəhman Məmmədov vurğulayıb ki, muxtar respublikada gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam, yüksək təhsilə malik vətəndaş kimi böyüməsi də diqqətdə saxlanılır. Nəinki şəhər və rayon mərkəzlərində, həmçinin ən ucqar kəndlərdə də səhiyyə ocaqları, təhsil müəssisələri inşa olunur, bu obyektlər müasir avadanlıqlarla, kadrlarla təmin edilir. Bu da yeniyetmə və gənclərə müasir və hərtərəfli səhiyyə xidmətinin göstərilməsində, onların yaxşı təhsil almasında mühüm rol oynayır.
Bununla yanaşı, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün də imkanlar yaradılır. Naxçıvan ­Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı” fiziki imkanlarının məhdudluğundan asılı olmayaraq, uşaqların cəmiyyətə inteqrasiyasında, müasir tələblər səviyyəsində təhsil almasında mühüm rol oynayır. Bu isə həmin kateqoriyadan olan uşaqların ailələrinə yüksək dövlət dəstəyinin ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Beynəlxalq Ailə Günü münasibətilə bütün ailələri təbrik edib, ailə dəyərlərimizin qorunmasında onlara uğurlar arzulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək muxtar respublikamızda ailələrə göstərilən dövlət qayğısından danışıblar.
Azərbaycan Vətən müharibəsi iştirakçısı Eldəniz Əlizadə, hərbçi ailənin üzvü Natiq Əliyev, uzun­ömürlü ailələrin üzvləri Yaqub Musayev, Səməd Fətiyev, Zülfiyyə İmanova muxtar respublikada ailə­lərin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlətimizə min­nətdarlıqlarını bildiriblər.
Tədbirdə iştirak edən uzunömürlü, gənc və Azərbaycan Vətən müharibəsi əlili, hərbçi, musiqiçi, müəllim, qaçqın və məcburi köçkün, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, dövlət qulluqçusu və şəhid ailələrinə hədiyyələr təqdim olunub.
Sonra orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və istedadlı gənclər arasında keçirilmiş “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda V muxtar respublika yazı və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıblar.
Tədbirdə Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qrupunun, nümunəvi musiqiçi ailələrin üzvlərinin və Naxçıvan şəhərindəki 11 nömrəli uşaq bağçası fidanlarının ifaları ­alqışlarla qarşılanıb.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299722
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3544
4291
11490
84368
3299722

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter