26 May 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

May 2018
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Qədim diyarımızda çoxəsrlik zəngin milli dəyərlərimizi özündə yaşadan, qarşılıqlı sevgi, hörmət və ehtiram nəticəsində yüksək ailə mənəviyyatı formalaşdıran, muxtar respublikada ailə dəyərlərinin qorunub yaşadılması istiqamətində görülən tədbirlərdən bəhrələnərək fiziki və mənəvi cəhətdən sağlam gələcək nəslin yetişməsində özünəməxsus rol oynayan nümunəvi ailələrimiz çoxdur. Biz də sağlam cəmiyyətimizin təməli olan belə ailələri tanımaq, onların keçdiyi yolu təbliğ etmək məqsədilə 15 may – Beynəlxalq Ailə Günü münasibətilə “Nümunəvi ailələr” rubrikası yaratdıq. Rubrikamızın ilk qonağı Məmmədovlar ailəsidir.

Şəhərimizdə bir ünvan var... Birliyin, iradənin vəhdəti ilə möhkəmlənən, hər bir üzvü cəmiyyətdə yerini özü müəyyənləşdirən və layiq olduğu qiyməti alan ailənin yaşadığı ünvan... Ailənin dörd üzvü – ata, ana və iki oğul zəhmətsevərliyi həyatlarında başlıca amilə çevirdiklərindən çəkdikləri zəhmət onların ömür yollarına qürurverici bir iz salıb. Bu ailə ilə daha yaxından tanış olmaq üçün həmin ünvanda olduq. Evin salonunun yuxarı başında yaratdıqları bir guşədə aldıqları fəxri adların döş nişanları və vəsiqələr, hədiyyə kitabları, onların hər biri təltif və təbrik edilərkən çəkilən şəkillər yer alır. Guşəyə baxdıqca insanın cəmiyyətdəki yeri və cəmiyyətin insanın həyatındakı rolu anlayışının dolğun mənzərəsinin burada əks olunduğu görünür. Bu guşə evə daxil olanların hər biri kimi, bizə də ailə haqqında bir çox məqamları anlatdı. Ən başlıcası isə onlara göstərilən diqqət və qayğıdan irəli gələn minnətdarlıq və yaşadıqları qürur hissini...

Ailə üzvləri haqqında qısa bir arayış: ailə başçısı – Mübariz Məmmədov 1992-ci ildə Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat mühəndisliyi fakültəsini fərqlənmə diplomu ilə bitirib, ixtisası üzrə bir neçə vəzifədə çalışıb. 2016-cı ildən isə Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin rəisidir. 2017-ci ildə əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək ona “Naxçıvan Muxtar Respublikasının Əməkdar mühəndisi” fəxri adı verilib. Ailənin digər başçısı Rəxşəndə Rüstəmova 1990-cı ildə Azərbaycan Dövlət Dillər İnstitutunun İngilis dili fakültəsini bitirib, 1992-ci ildən Naxçıvan Qızlar Liseyində müəllimlik fəaliyyətinə başlayıb. Üç kitabı – “Adların insan xarakterinə təsiri” və ali məktəb tələbələri üçün ingilis dilindən dərs vəsaitləri işıq üzü görüb. Azərbaycan Respublikasının Prezidenti ­cənab İlham Əliyevin 2014-cü il 17 dekabr tarixli Sərəncamı ilə 2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub.
Ailənin böyük övladı – Şərqi Məmmədov 2014-cü ildə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbi bitirib, 632 balla Azərbaycan Diplomatiya Akademiyasının Biznesin idarəolunması fakültəsinə daxil olub, ingilis dilində təhsil alır. Hazır­da 5-ci kurs tələbəsidir. Alman, ispan, ingilis dillərini yaxşı bilir. Ailənin sonbeşiyi Ramiz Məmmədov da həmin məktəbi 2006-cı ildə qızıl medalla bitirib, 645 balla Bakı Mühəndislik Universitetinin Kompüter mühəndisliyi fakültəsinə daxil olub. İngilis dilində təhsil alır, 2-ci kurs tələbəsidir.
Həmsöhbət olduğum ailə üzvlərinin hər biri muxtar respublikamızda son 20 ildə həyata keçirilən böyük quruculuq işləri, bütün sahələrdə yaradılan əsaslı dəyişikliklər, eləcə də əməyi və zəhməti ilə seçilən insanlara göstərilən dövlət qayğısı barədə ağızdolusu danışdı. Bütün bunların blokada şəraitində yaşayan insanların rifah halının gündən-günə yaxşılaşdırılmasına xidmət etdiyini bildirdilər. Bu barədə Mübariz müəllim belə dedi: – Bu gün böyük qürur hissi duyuram ki, muxtar respublikamız inkişaf edir, gözəlləşir. Burada insanların rahat yaşaması üçün hər cür şərait var. Dünyanın əksər ərazilərində müharibələrin tüğyan etdiyi, insanların aclıqla qarşılaşdığı bir zamanda belə sakit, təmiz, təminatlı diyarda yaşadığımız üçün işində, əməyində fərqlənənlərə dövlət qayğısı göstərildiyinə görə ailəm adından muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm.
Söhbətə ailənin böyük oğlu Şərqi qoşulur: – Hər il 500-dən artıq bal toplayan tələbələrlə Ali Məclis Sədrinin görüşü keçirilir, onlar mükafatlandırılırlar. Mən və qardaşım da bu tədbirlərin iştirakçıları olmuşuq. O görüşün xoş təəssüratlarını hər zaman xatırlayacağıq. Bakıda eşidəndə ki, Naxçıvan şəhəri 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilib, həqiqətən, sevincimin həddi­­-hüdudu olmadı. Bu, belə də olmalıydı. Naxçıvanda gənclərə göstərilən diqqət, onların təhsil almaları, yüksək vəzifələrdə çalışmaları üçün yaradılan şərait haqqında bütün ölkə gəncləri məlumatlıdırlar. Buna görə də onlar Naxçıvan şəhərini bu statusa layiq bildilər.
İnsan çalışdığı sahəyə, işinə sevgi və zəhmətlə yanaşırsa, əməyi diqqətdən kənarda qalmır. Zəhmətsevərliyinə görə əməyi qiymətləndirilən Rəxşəndə xanımla fəaliyyəti barədə söhbətləşərkən o, sözə belə başladı: – Kim peşəsini sevərsə, uğur onunla qoşa addımlayacaqdır. Hər il neçə-neçə şagirdimin tədris etdiyim ingilis dilini mənimsəyərək ali məktəblərə qəbul imtahanlarında bu fənn üzrə yüksək bal toplaması mənim ən böyük uğurumdur. Dil öyrənmək və öyrətmək çətindir. Ona görə də dərs prosesini fərqli qurur, əlavə vəsaitlərdən istifadə edirəm. Bütün bunların bəhrəsini görəndə isə təbii ki, sevincimin həddi-hüdudu olmur. Əməyimə verilən qiymət isə bir müəllim kimi məsuliyyətimi ikiqat artırıb. “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olduqdan sonra var-qüvvəmlə, səylə çalışıram ki, bu etimada yüksək səviyyədə cavab verə bilim.
Mübariz müəllimdən çalışdığı sahədə görülən işlər barədə soruşduqda o, belə cavab verdi: – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarına əsasən artıq bir neçə ildir ki, suvarma sistemlərinin yenidən qurulması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, mövcud su resurslarından istifadə imkanlarının genişləndirilməsi və suvarma drenaj şəbəkələrinin inkişaf etdirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir. Muxtar respublikada mütərəqqi suvarma sistemlərinin qurulması diqqət mərkəzində saxlanılır. Su itkisinin qarşısını almaq, suvarmanı yaxşılaşdırmaq, torpaq sahələrini yeni əkin dövriyyəsinə daxil etmək məqsədilə yeni qapalı suvarma şəbəkələri tikilir, drenaj xətləri çəkilir. Bu məqsədlə rəhbərlik etdiyim kollektiv tərəfindən 2016-cı ildə Kəngərli rayonunun Böyükdüz kəndində 117, 2017-ci ildə 407 hektar ərazini əhatə edən qapalı suvarma şəbəkəsi tikilib, hazır­da isə elə həmin ərazidə 410 hektar sahənin suvarılması üçün qapalı suvarma sisteminin yaradılması işini həyata keçiririk. Məncə, harada çalışdığından asılı olmayaraq, işin düzgün qurulmasında nizam-intizam başlıca amildir. Belə olanda görülən iş də keyfiyyətli olur. Mən həmişə buna çalışmışam.
Bəs, görəsən, bu ailənin nümunəviliyinin səbəbi nədədir? Bu sualı Rəxşəndə xanım belə cavablandırdı: – Məhəbbəti dünyanın xi­laskarı hesab edirlər. Bu, həqiqətən, belədir. Elə ailənin formalaşmasının, burada hər işin öz ahəngində olmasının və ailənin uzun­ömürlülüyünün də təməlində qarşılıqlı hörmət və ehtiram dayanır. Dahi yazıçı Teodor Drayzer deyirdi ki, ancaq böyük məhəbbət ailə həyatındakı anlaşılmazlıqları aradan qaldıra bilər. Bizim ailə məhəbbətlə qurulub, sonra öz sevgimizi övladlarımızla paylaşmışıq. Onların təhsilli, vətənpərvər, milli dəyərlərimizə sadiq, ümumilikdə, cəmiyyət üçün yararlı insan olmalarına çalışmışıq. Mən həyat təcrübəmə əsaslanaraq demək istəyirəm ki, o ailədə ki məhəbbət, səmimiyyət var, bu insanın iş həyatında da özünü göstərir. İnsan ailəsi, övladları kimi, işini də sevir.
Rəxşəndə xanımın ailədə uşaqların tərbiyəsi ilə bağlı fikirlərini Mübariz müəllim təsdiqləyərək deyir: – Övladlarımın hər ikisinin vətənpərvər olması üçün biz, ilk növbədə, onların müəllimlərinə minnətdarıq. Qaldı ki, valideynlərin bu sahədə üzərinə düşən vəzifələrə, çalışmalıyıq ki, uşaqları dürüst yetişdirə bilək. Mən həmişə onlara tövsiyə edərdim ki, yalan danışmayın. Çünki insan yalanın üstü açılanadək onun stresini, sonra isə xəcalətini yaşayır. Övladların təhsilli olması isə ata-ananın xoşbəxtliyidir. Məncə, valideynin uşağa qazandıracağı ən böyük kapital ona verdiyi təhsildir.
Təhsilləri və seçdikləri ixtisasla bağlı sualımıza Şərqi kapitalizm dövründə biznesin idarəolunması sahəsi, Ramiz isə müasir dövrdə yeni texnologiyaların mühəndisliyi üzrə mütəxəssislərə ehtiyacın çox olduğunu vurğulayaraq, seçimlərini özləri etsələr də, təhsillərində valideynlərinin böyük rol oynadığını bildirdilər. Bu barədə Ramiz fikrini belə tamamladı: – Riyaziyyatı gözəl bildiyimiz üçün atamıza, ingilis dilinə dərindən yiyələndiyimiz üçün anamıza minnətdarıq. Ümumilikdə isə hər şey üçün onlara borcluyuq. Çalışacağam ki, gələcəkdə atam kimi ailə başçısı ola bilim.
Muxtar respublikamızdakı çoxsaylı nümunəvi ailələrdən biri ilə tanış olarkən bu ailənin hər fərdinin ayrı-ayrılıqda əsl Azərbaycan ailəsinə məxsus yerini, vəzifəsini, bunun əsasında isə cəmiyyətdəki ictimai mövqeyini yaxşı müəyyənləşdirdiyini gördük. Bu ailənin simasında zəngin mənəviyyatın gücü, öz sevgi və iradəsi ilə, milli adət-ənənələrimizə söykənməklə müasir ailə formulunu yaradan atanı, ləyaqətli həyat yoldaşı, qayğıkeş, ailədə birlik yaradan ananı, ən böyük arzuları bu ailədə aldıqları tərbiyəni gələcəkdə quracaqları ailələrində davam etdirmək olan və valideynlərinin fəxr etdikləri iki övladı tanıdıq. Onların hər birinə cansağlığı, ömür yolunda daha böyük uğurlar diləyib bu ünvandan ayrılırıq. Yolboyu düşüncələrimiz isə bundan ibarət oldu: nə xoş ki Naxçıvanda belə ailələrin sayı çoxdur.

 Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2476789
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1028
6293
36411
172617
2476789

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter