26 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Kainat yaranandan bəri Tanrının insanlara bəxş etdiyi hava və su kimi nemətlərdən əlavə ağaclar, yaşıllıqlar da böyük əhəmiyyəti ilə seçilir. Sağlam həyatın mənbəyi olan yaşıllıqların rolunu, əhəmiyyətini qiymətləndirən bəşər övladı ağacsız həyatın mümkünsüzlüyünü görərək onu müqəddəs bilib, tarixin müxtəlif dövrlərində ağaca etiqad da edib. Ağac əsrlərdən bəri ulularımızın dini-fəlsəfi, bədii düşüncələrində müstəsna yer tutaraq gələcək həyatı, dünyagörüşü istiqamətləndirən, formalaşdıran bir inanc sistemi olub. Ulularımızın mifoloji düşüncəsindəki bu inam bu gün də xalqın mənəvi dünyasında əhəmiyyətli rol oynayır. Elə bu səbəbdən hazırda üz tutduğumuz ziyarətgahların bir qismində ağaca inamını özündə əks etdirən nümunələrə rast gəlmək mümkündür. 

Qədim türklərin dini dünya­görüşünün, inanc-etiqad sisteminin müəyyən tərkib hissəsini təşkil edən ağacla bağlı pirlər, tapınaqlar yüz illər boyu qorunaraq qurbanvermə, ibadət, şəfatapma ocağı kimi müqəddəsləşib. Canlılığı, bərəkəti təmsil edən ağacla bağlı inancların izlərinə muxtar respublikamızın da bir çox yerlərində rast gəlinməkdədir. Belə ağaclar sırasında dağdağan, tut, cəviz, ardıc, çinar əhəmiyyətli yer tutur. Lakin müqəddəs ağac funksiyasını daha çox dağdağan ağacı daşıyır. Onu kəsmək, qol-budağını qırmaq günah sayılır və bu işi görən şəxsin lənətlənərək bir çox bəlalara düçar olacağına inanılır.

Ulularımız dağdağan ağacının həm də sehrli gücə malik olduğuna inanıblar. Ağacın budaqlarından kiçik hissəciklər ayıraraq üzərinə isti dəmirlə bir neçə xətt dağlayıb körpə uşaqların paltarlarına sancaqlayıb, bu yolla onu bədnəzərdən qoruduqlarını düşünüblər. Bu inanc insanlar tərəfindən bu gün də öz önəmini itirməyib.
Hələ X əsrdə uşaqları, hətta heyvanları şər qüvvələrdən qorumaq üçün onların boyunlarından dağdağan ağacının parçasını asardılar. İnanardılar ki, bu sehrli ağac qəbilənin, ­soyun, xalqın qoruyucusudur. Ağaca olan inanc insanların mənəvi dünyasında, düşüncəsində minilliklər keçərək bu günə qədər gəlib çatmışdır.
İslamdan əvvəl yurdumuzda yaşayan bir çox türk tayfalarının inancında ağac el-obanı, vətəni, hətta kimsəsiz körpələri qoruyan bir obraz kimi dəyərləndirilir. Buna bir çox mifoloji folklor örnəklərində də rast gələ bilərik. Məsələn, “Kitabi-Dədə Qorqud” dastanında təbiət insanın sığınağıdır və insanoğlunun inanıb, kömək umduğu aləmdir. Günəş, ulduz, su, torpaq, ağac insanın inam qaynağıdır. Məsələn, “Salur Qazanın evi yağmalandığı boyu bəyan edər” boyunda Qazan oğlu Uruz ağaca aşağıdakı kimi müraciət edərək onun səciyyəvi keyfiyyətlərini sadalayır:

Ağac, ağac! Dersəm sana, ərlənmə ağac!
Məkkə ilə Mədinənin qapısı ağac!
Musa Kəlimün əsası ağac!
Böyük-böyük suların körpisi ağac!
Qara-qara dənizlərin gəmisi ağac!
Şahi-mərdan Əlinin Düldülinin əyəri ağac!
Zülfiqarın qınıyla qəbzəsi ağac!
Ah Həsənlə Hüseynün beşiyi ağac!..

Ağaca, dağa olan bu inam xalqımızın daş yaddaşı olan bu boylarda yaşayır. “Kitabi-Dədə Qorqud” dastanında insanların ağaca müraciətləri əcdadlarımızın müxtəlif totemlərə inamı ilə əlaqədardır.
Muxtar respublikamızın bir çox yerlərində “Dağdağan piri” adlanan müqəddəs ocaqlar mövcuddur. Məsələn, Ordubad rayonunun Tivi və Aza kəndlərində, Əshabi-Kəhf ziyarətgahının “Cənnət bağı” adlanan ərazisində və sair. Ordubad rayonunun Tivi kənd sakininin həmin kənddə olan Dağdağan piri haqqındakı söhbəti maraqlıdır.
87 yaşlı Famil Bayramov deyir ki, xalqın təsəvvüründə dağdağan oduncağı gözdəymədən, bədnəzərdən qorumaq gücünə malikdir. İnsanlar bu ağacdan müxtəlif həmaillər düzəldərək gözmuncuğu və başqa muncuqlarla birlikdə amulet kimi istifadə edirdilər. Mən hələ insanların belə həmailləri uşaqkən körpələrin nənnisindən, atların boynundan, südlük və ətlik mal-qaranın boğazından, hətta nehrələrdən asdıqlarının şahidi olmuşam. Bu gün də bu kənddə dağdağan ağacı müqəddəs sayılır və onu kəsmək olmaz. Dağdağan bizim kənd sakinlərinin inanc yeri olub. Həmişə dağdağan ağaclarının budaqlarına müxtəlif parçaların bağlandığını görmüşəm. İndi də belədir, budaqlarda müxtəlif parçalardan niyyət düyünləri var.
Qeyd edək ki, bu ocağın tarixini dəqiq bilən yoxdu. Bu ağacı kim əkib? Bəlkə, elə təbiətin işidi, bu müqəddəs ağacın özü burada baş qaldırıb? Bəs, görəsən, ağacların əhatəsindəki hörgünü kim tikib?
Famil müəllim deyir ki, uşaq olanda məni bura tez-tez gətirən nənəmə bu sualları çox vermişdim. Ocağın tarixi, ağacın kim tərəfindən əkilməsi haqqında nənəm heç nə bilmirdi. O deyirdi ki, mən gözümü açandan ocağı belə görmüşəm. Məndən böyüklər də buraya dilək diləməyə gələrdilər. Müsahibim deyir ki, uşaqkən tez-tez xəstələndiyimdəm nənəm məni bu müqəddəs ocağa gətirərdi. O hər arzusunu, diləyini asta-asta bu ağaca deyərdi. Başındakı şalının bir ucunu kürəyinə ataraq üfürə-üfürə ağacın yanında ocaq qalayar, ocaq yanıb kül olana qədər dua edərdi. Ağacın ətrafındakı tikili isə bir kənd sakini tərəfindən inşa edilib. Dediyinə görə, pirlə bağlı yuxu görüb və sonra burada namaz qılmaq üçün kiçik tikili ucaldıb. İndi burada insanlar namaz qılıb, dua edirlər.
Yurdumuzun bütün bölgələrində özündə yerli türk ənənələrini saxlamaqla yanaşı, islami xarakter daşıyan, türk-islam mədəniyyəti abidələrimiz, dini inanc yerlərimiz var. Onların hər biri xalqımızın etnik tarixinin, maddi və mənəvi mədəniyyətinin, qədim dünyagörüşünün öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
Ulularımızın fəlsəfi düşüncəsində dərin iz buraxmış bu inanclar əhalinin mənəvi həyatının tam mənzərəsini təsəvvür etməyə imkan verir. Xalqımızın bu mənəvi etiqadları göstərir ki, əsrlərin sınağından keçmiş belə qədim inanclarla bağlı olan adətlər yurdumuzun insanları tərəfindən unudulmayıb, ulularımızdan qalan belə dəyərlər bu günədək qorunub saxlanılıb. Ümumilikdə isə buradan belə nəticəyə gəlmək mümkündür ki, ağac kultu xalqımızın qədim inanclarından biri olub.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3068484
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2516
4574
11417
119815
3068484

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter