24 Aprel 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Aprel 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Mədəniyyət cəmiyyətin ümumi inkişaf göstəricisidir. Bu baxımdan hər bir insanın cəmiyyətdəki tələbatlarının səviyyəsini müəyyən edən mədəni normalar həyatımızın bütün sahələrində olduğu kimi, sığorta sahəsində də özünü göstərir. Çünki insanlar getdikcə daha çox risklərdən təminatlı şəkildə rahat yaşamaq, gözlənilməz hadisələrin vurduğu maddi zərərlərdən sığortalanmaq yolu ilə bunlara nail olmaq istəyirlər.
Müasir dövrdə ailə büdcəsinə nəzarət məsələləri daha geniş müzakirə olunur. İnsanlar gəlir və xərclərinin düzgün idarə olunması, baş verə biləcək gözlənilməz hadisələrin nəticələrinin aradan qaldırılması üçün çəkiləcək xərclərin əsası olan sığorta təminatı barədə daha çox məlumat almağa çalışırlar. Onlar sığorta müqavilələri bağlamaqla gözlənilməz hadisələr zamanı öz büdcələrinə nəzarət, eyni zamanda ailənin iqtisadi təhlükəsizliyini təmin edə bilirlər. Sözsüz ki, cəmiyyətin inkişafı sürətləndikcə insanlar daha çox daşınmaz əmlak, avtomobil əldə etməyə, səyahətlərə yollanmağa meyilli olurlar. Bu da, öz növbəsində, onların təhlükəsizliyinin təmin olunması üçün sığortalanmasını tələb edir.

Sığorta mədəniyyəti anlayışı cəmiyyətin inkişafı ilə daha da genişlənir. Belə ki, insanlar sığortaya mədəni tələbat forması kimi baxmaqla ona, ümumilikdə, cəmiyyətin ümumi rifahının yaxşılaşdırılması yolu kimi də yanaşırlar. Bu isə sığorta fəaliyyətini təşkil edən müxtəlif təşkilatların, qurumların və sığorta olunmağa maraqlı olan şəxslərin qarşılıqlı etibarlı əməkdaşlığı nəticəsində formalaşır, möhkəmlənərək həyati normalar sisteminə çevrilir, eləcə də gündəlik həyatımızda sığortanın əhəmiyyətinin artması ilə müşahidə olunur. Belə ki, insanların gözlənilməz, təsadüfi hadisələr zamanı üzləşdiyi maddi itki­lər çox ola, bu zaman uzun illər ərzində qənaətlə toplanmış bütün vəsaitlər onun bərpasına çatmaya da bilər. Başqa sözlə, vaxtında sığortalanmayan daşınmaz əmlak, avtomobil və ya hər hansı fəaliyyət riskli bir hadisə ilə üzləşdiyində dəymiş zərərlər insanların maddi vəziyyətini ağırlaşdırar, onları çıxılmaz vəziyyətə sala bilər. Ona görə də sığorta olunmağa ciddi münasibət bəslənilməsi insanların başına gələ biləcək riskli hadisələrin ağır nəticələrindən qorunması deməkdir ki, bu da sığorta mədəniyyətinin mühüm hissəsidir.
Cəmiyyətdə sığorta mədəniyyətinin formalaşması bir sıra amillərdən asılıdır. İlk olaraq burada sığorta sistemindəki formalaşmış qarşılıqlı etibarı qeyd etmək olar. Bu elə bir vacib məqamdır ki, sığorta münasibətləri tərəflər arasında inkişaf vasitəsinə çevrilir. Bundan sonra əhalinin sosial müdafiəsinin təşkil olunması, təsadüfi gözlənilməz hadisələr baş verdikdə onların maddi itkilərinin sığorta fondu vasitəsilə əvəz edilməsi, beləliklə də, onların çıxılmaz vəziyyətdən qurtarılması sığorta işini təşkil edənlərin vəzifəsinə, vaxtında sığortalanmaqla sığortanın üstünlüklərindən istifadə etmək isə sığortaolunan vətəndaşların borcuna çevrilir.
Sığorta işinin təşkilində yüksək xidmət mədəniyyətinin yaradılması, sığortaolunanlarla sığortaçı qurum arasında təşkilati işlərin həlli də bu zaman əsas məsələlərdəndir. Belə ki, öhdəliklərin qanunvericiliklə müəyyən olunmuş qaydada yerinə yetirilməsi vacib şərtlərdən biridir. Bu isə sığorta müqaviləsi bağlanılan zaman hər iki tərəfin üzərinə düşən vəzifələrin və öhdəliklərin dəqiq müəyyən olunması və onlara əməl edilməsi ilə mümkündür. Başqa sözlə, sığorta müqaviləsində əks olunmuş qaydaların sığortaçı kimi sığortaolunana da aid olunduğunu, müqavilədə göstərilməyən hallara görə sığorta ödənişinin tələb edilməsinin qanunun tələblərini pozmaq olduğunu bilmək lazımdır.
Sığorta işinin təşkili zamanı lazımi sənədləşmənin aparılması ilə yanaşı, öhdəliklərin icrası bu işin uğuru üçün ən vacib şərtlərdən sayılır. Baş vermiş sığorta hadisəsinin vaxtında və keyfiyyətlə araşdırılması, müqavilənin şərtlərinə uyğun olaraq sığorta ödənişlərinin verilməsi sığortaçı qurumun əsas vəzifələrindəndir. Eyni ilə sığortaolunan vətəndaşların da öz maraqlarını bildiyi kimi, dövlətin də qanunlarına ciddi yanaşması bu vacib sahənin fəaliyyəti üçün mühüm şərtlərdən hesab olunur.
Göründüyü kimi, sığortanın uğurunu, onun bütün cəmiyyəti qane edə biləcək şəkildə çoxşaxəliliyini təmin etmək yalnız dövlətin və ya bir təşkilatın qarşısında duran vəzifə deyil, eyni zamanda bütün vətəndaşların, sığorta oluna biləcək fiziki və hüquqi şəxslərin, öz həyatını, əmlakını, mülki məsuliyyətini sığorta edən hər bir kəsin qayğısına çevrilməlidir. Çünki bədbəxt hadisənin nə vaxt gələcəyini heç kim qabaqcadan deyə bilməz. Bunun nəticələrinə biz yalnız öz mütəşəkkilliyimiz ilə hazırlıqlı ola, özümüzün və ətrafdakı insanların gələcək normal həyatını təmin edə bilərik. Bu da hər kəsin yiyələnməli olduğu ən sadə sığorta mədəniyyətidir.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2266054
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
461
5530
5991
133116
2266054

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter