24 Aprel 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Aprel 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasında məşğulluğun təmin olunması, peşə hazırlığı, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı və reabilitasiyası ilə bağlı ardıcıl tədbirlər görülür. Bu ilin ilk rübündə 572 işaxtaran qeydiyyatda olan vakant iş yerləri, müvafiq kateqoriyalı 5 nəfər isə kvota yerləri üzrə işlə təmin olunub. Onlardan 20-si sağlamlıq imkanları məhdud şəxs, 22-si az­təminatlı ailələrin əməkqabiliyyətli üzvləridir.
Muxtar respublikanın bütün rayonlarındakı kənd xidmət mərkəzlərində fəaliyyət göstərən bərbər, gözəllik salonu və dərzi sexlərində monitorinqlər aparılıb, xidmət mərkəzlərində mövcud olan vakansiyalar üzrə çalışmaq istəyən şəxslər müəyyənləşdirilərək onların müvafiq peşə kurslarına cəlb edilməsinə başlanıb. Hesabat dövründə xidmət mərkəzlərində mövcud vakant yerlər üzrə 29 nəfər işlə təmin olunub. Məşğulluq mərkəzləri tərəfindən isə Naxçıvan şəhərinin, Şərur və Babək rayonlarının ümumtəhsil məktəblərinin 1159 şagirdinə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilib. Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilmiş aşpaz köməkçisi, traktorçu-maşinist, qaz avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi çilingər və bərbər peşələri üzrə kurslara 53 işaxtaran cəlb edilib. Həmçinin ailə əməyinə əsaslanmaqla uzun müddət ünvanlı dövlət sosial yardımı alan 28 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara verilib. Həyata keçirilən kompleks məşğulluq tədbirləri nəticəsində ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı ötən ilin birinci rübü ilə müqayisədə 2,8 dəfə azalıb.

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində, habelə Şərur və Ordubad rayonlarındakı bölmələrində bu kateqoriyadan olan uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilib. Reabilitasiya təlimlərinə 152 uşaq cəlb olunub. Həmçinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində müvafiq kateqoriyalı uşaqlar arasında mütaliə yarışı və ustad dərsi keçirilib.
Bu ilin birinci rübündə sağlamlıq imkanları məhdud şəxslərin və tənha ahılların tibbi və sosial reabilitasiyası da diqqətdə saxlanılıb. 224 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində, 10 nəfərə isə Ahıllar Evində sosial xidmət göstərilib. Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 84 şəxsin, Uşaq Bərpa Mərkəzində isə sağlamlıq imkanları məhdud 68 uşağın müalicəsi təşkil edilib. Sağlamlıq imkanları məhdud 31 şəxsə müalicə pansionatlarına göndəriş verilib, 123 nəfər isə texniki reabilitasiya vasitələri ilə təmin edilibdir.
Muxtar respublikada idmanın inkişafı üçün yaradılan şərait məhdud fiziki imkanlı uşaqların da idmana maraqlarının artmasına səbəb olub. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının boccia idman növü üzrə Culfa rayonunda, stolüstü tennis üzrə isə Kəngərli rayonunda bölmələri yaradılıb.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2268758
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3165
5530
8695
135820
2268758

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter