24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Etnoqrafik araşdırmalardan məlum olduğu kimi, xalq təqvimi və onunla bağlı adətlər, mərasimlər və inanclar sistemi milli mədəniyyətimizin ən zəngin sahələrindən biridir. Bəşəriyyətin ilkin çağlarından insan övladının düşüncə tərzi, ibtidai duyum, yozum və təxəyyül imkanlarından qaynaqlanaraq zaman-zaman biçimlənib və xalqımız xalq təqviminə əsaslanaraq ilin bütün dövrlərində görülən işləri sistemli olaraq bölüb, zəngin mənəvi irs yaradıb. Bu təsərrüfatçılıq ənənələrinin bəziləri zamanla unudulsa da, əksəriyyəti günümüzdə də yaşadılmaqdadır.

Aprel ayının isə xalq təqvimində özünəməxsus yeri var. Bu müddətdə havalar tez-tez dəyişir, təbiət canlanır. Buna görə də əkinçilik və heyvandarlıqla məşğul olan ata-babalarımız bu dövrə müxtəlif adlar veriblər. Məsələn, martın 21-dən aprelin 30-na (bəzi mənbələrdə aprelin 15-nə qədər) kimi olan dövr “qara yaz” adlanır.
Yazın əvvəlində əsən küləyə “keçiqaçıran” deyirlər. Soyuq küləyə bu adın verilməsi qışdan arıq çıxan keçilərin məhvinə səbəb olması ilə əlaqələndirilir. Bu, martın sonu ilə aprelin birinci yarısı arasındakı dövrə təsadüf edir. Həmin dövrə bəzən “oğlaqqıran” da deyirlər. Ümumiyyətlə, el arasında “qara yaz” vaxtı ağır dövr hesab edilir. Ona görə də “bayramdan sonra qırx kötük, qırx şələ odun, qırx çuval saman saxla” ifadələri yaranmışdır. Babalarımız Novruzu təntənə ilə qeyd etsələr də, hələ də çətinliklərdən qurtarmadıqlarını hiss etmiş, bəzən həmin dövrü “lənət marta, aprelin 15-nə kimi”, – deyə lənətləmişlər.

Aprelin 15-nə kimi (bəzi mənbələrdə aprelin 5-i) olan dövr “qarının mərdi” adlanır. Xalq arasında belə bir deyim də vardır: “Qorx aprelin beşindən, öküzü qoyar işindən”. Maraqlıdır ki, bu deyimə Anadolu türklərində də rast gəlinir.
“Qarının mərdi”– bu dövrdə havalar tez-tez dəyişir, bəzən qar yağır. Həmin dövrdə yağan qara bəzən “leylək qarı” deyirlər. Xalq arasında belə inam vardır ki, leylək yumurtasının üstünə qar yağmasa, bala çıxmaz. Bu qara bəzən “heyvagülü qarı” da deyirlər. Heyva çiçək açanda yağdığı üçün bu cür adlanmışdır. Həmin vaxt yağan yarı dolu-yarı qar yağıntıya isə “çoban yarması” deyirlər.
Yazın bu dövrünə “davar (dadar) doymaz”, “yatar-durmaz”, “gedər-gəlməz” də deyirlər.
Aprelin 10-15-nə qədər soyuqların tam sovuşmadığı dövr xalq tərəfindən “kərnəbut” (kərnəvurt) də adlandırılıb. El arasında deyirlər ki, bu vaxta qədər Naxçıvanda basdırılmış üzüm və narın üstünü açmazlar.
Yazın girməsi “kotan (cüt) dövrü” də adlanır. Novruz bayramının səhəri şum başlanır. Babalarımız həmin gün ellikcə sahəyə çıxar, ilk şırımı xalqın mötəbər bildiyi, “əli ruzili” adam edərdi. Səpin zamanı da ilk toxumu yerə həmin adam atar, Ulu Yaradandan ruzi-bərəkət diləyərdi. Atalarımız əkin, səpin vaxtı da təbiəti müşahidə edib, təyin edərdilər. Ona görə də “Durna gəldi çıx şuma, durna getdi çıx tuma” ifadəsini işlətmişlər. Şumun və səpinin vaxtında aparılması əsas şərtdir. “Bazardan qalsan, bir gün qalarsan, əkindən qalsan, bir il qalarsan” atalar sözü də elə buradan yaranmışdır. Suvarılan əkinlərə “armuda var”, “armud gülü” suyu verilir. Bu cür adlandırma suvarma vaxtını armudun çiçəkləməsi ilə təyin etmək ənənəsindən yaranıb.
Dəmyə əkinlərin vaxtında səpilməsi əsas şərtdir. İlk yağışlar onu sulamasa, bir neçə gün də palçıq əkini yubadacaq, məhsuldarlıq aşağı düşəcəkdir.
Xalq təqvimində aprel ayında yağan yağışlara müxtəlif bölgələrdə fərqli adlar verilmişdir. “Neysan yağış”, “yaz yağışı”, “leysan” (nisan), “abu-leysan” və sair. Bildiyimiz kimi,“leysan” gur yağan yağışa deyilir. Xeyirdən çox, dağıntılara səbəb olur. Ona görə də ilk yağan yağışın “abu-nisan” adlanmasını daha düzgün hesab edirik. Bu yağış müqəddəs hesab edilir. Bəzən bu sudan götürüb gələn ilə qədər saxlayırdılar. Bundan başqa, aprelin sonu və mayın əvvəllərində yağan yağışa “vədə yağışı” da deyirdilər. Həmin yağış ­taxılın boy atması ilə sünbül bağlaması, çöldə təbii otun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Bu dövrün özünə görə çətinlikləri də var. Çobanlar buna “göy qovan” dövr də deyirlər. Səbəb odur ki, təzə çıxan otlardan doymayan qoyunlar çəmənlikdən çəmənliyə qaçırlar. Qışdan arıq-üzgün çıxan heyvanlar isə onlarla ayaqlaşa bilmir. Bir tərəfdən də dölün düşməsi çobanların işini çox çətinləşdirir. Qeyd edək ki, bu dövr həm də “döl ayı” adlanır.
Bu dövrlə əlaqədar etnoqraf Teymur Bünyadov yazır: “Elə ki yazın “qırxı” çıxdı, təzə-tər yaz otları cücərir. Yazın ilk sədaları ilə başlayan bu müddət bir para ellərimizdə “tərçıx dövrü” adlanır. Təcrübəli çobanlar qoyun-quzunu gecə də örüşə aparırlar və deyirlər ki, qoy heyvanın gözünün qurdu ölsün, yeyib özlərini doyursunlar”.
Naxçıvanlı etnoqraf Asəf Orucov isə qeyd edir ki, “Xalq arasında belə bir deyim vardır ki, malın ağzı tarçıxa çatdı qorxusu yoxdur”.
Göründüyü kimi, etnoqraflar bu dövrün “tarçıx” adlandırılmasını həmin vaxt təzə-tər otların çıxması ilə əlaqələndirirlər.
Aprel ayında xalq təqviminə görə bir çox işlər görülür və bu dövrdə müəyyən dəyişikliklər baş verir. Ümumi yanaşsaq, etnik mədəniyyət hər bir xalqın təşəkkül tarixini, formalaşma mərhələlərini özündə əks etdirir. Bu zəngin mədəni irsi qorumaq, ata-babalarımızın bizə miras qoyduğu ənənələri gələcəyə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.

Zaleh NOVRUZOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3058656
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1589
4261
1589
109987
3058656

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter