17 Avqust 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Avqust 2018
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Ulu öndərimizin əsasını qoyduğu dövlət qadın siyasəti istiqamətində ardıcıl tədbirlər Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Bu gün dövlətimizin qadınlara qayğısını həyatımızın hər sahəsində görmək olar. Bunun nəticəsidir ki, qadınlarımız dövlət quruculuğunda, ictimai həyatda fəal iştirak edir, muxtar respublikamızın sosial-mədəni inkişafına öz töhfələrini verirlər. Bugünkü müsahiblərimiz isə zərif çiyinlərində “ağır yük” daşıyan qadın taksi sürücüləridir.

İlk müsahibim Süsən Sadiqova Şahbuz rayonunun Mahmudoba kəndində dünyaya gəlib. Bir övladı, üç nəvəsi var. Ali təhsillidir. Süsən xanım əvvəllər müxtəlif yerlərdə işləyib, Şahbuz Şəhər Texniki Peşə Məktəbində sürücülük dərsi deyib, kəndlərindəki ictimai təsərrüfatda mühəndis-texnoloq vəzifəsində çalışıb, pambıqyığan maşın belə, idarə edib.

Müsahibim uzun illər doğma vətəni Naxçıvandan ayrı yaşayıb. Artıq beş aydır ki, el-obasına qayıdan Süsən xanımla söhbətimizdə bildirdi ki, qadın zərif məxluqdur. Amma onun zəif olduğunu düşünənlər yanılırlar. Çünki qadınlar həyatda iradəli, zəhmətkeş insan, qayğıkeş ana olduqları kimi, cəmiyyətdə də öz sözlərini deyə bilirlər. Məqsədinə çatmaq üçün qadın və ya kişi olmaq əsas şərt deyil. Şərt insanın məqsədinin və əxlaqının, dürüstlüyünün olmasıdır. Taksi sürücüsü işləmək çətin deyil. Artıq beş aydır ki, çalışdığım bu iş məni yormur. Xanımların taksi sürücüsü işləməyi çoxları tərəfindən maraqla qarşılanır. Bəziləri mənə: “Sənə halal olsun!” deyəndə qürur hissi duyuram. Muxtar respublikamızın hər yerini tanıyıram. Ona görə də müştəri hər hansı ünvana getməyi sifariş edəndə çətinlik çəkmirəm. Paytaxt Naxçıvanla bərabər muxtar respublikanın istənilən bölgəsinə də müştəri aparıram. Ümumiyyətlə, heç vaxt müştəri sarıdan korluq çəkməmişəm. Gündəlik qazancım da pis deyil. Müştərilərimin çoxu şəhərimizə qonaq gələn turistlərdir. Onlarla bərabər mən də bu qədim diyarın gəzməli-görməli yerləri ilə daha yaxından tanış oluram. Xarici ölkələrdə yaşadığım vaxtlarda həmin ölkələrin millətlərinin dillərini də öyrənmək imkanım olub. Öyrəndiklərim indi turist müştərilərimlə dialoq qurmağımı çox asanlaşdırır.
Yerli istehsal olan “NAZ-Lifan” markalı taksilərimiz ən son avadanlıqlarla təchiz edilib. Avtomobilin salonunda quraşdırılan GPS avadanlığı və izləmə kamerası müştərilərimizə mənzilbaşına rahat və təhlükəsiz çatmaq imkanı yaradır. Bir sözlə, dövlətimizin bizə yaratdığı imkanlardan çox razıyıq.
Süsən xanım bir məqamı da vurğulayır ki, sağ olsun yol polisləri, hamısı bizə hörmətlə yanaşırlar. Eləcə də Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin işçiləri hər hansı bir problemlə qarşılaşmağımıza imkan vermirlər. Amma bayaqdan sadaladığımız bu üstünlüklər, biz qadın sürücüləri də qanun pozuntusu müqabilində hansısa cəza növündən qorumur. Çünki qanun qarşısında hamı bərabərdir.
Digər müsahibim gəncdir. Öz işini ürəkdən sevən Nurtac Kazımovanın dediklərindən:
– 1987-ci ildə Babək rayonunda doğulmuşam, əvvəllər ticarət mərkəzlərindən birində kassir işləyirdim, lakin sürücülüyə olan marağım məni sükan arxasında oturmağa vadar etdi. Qərara aldım ki, sürücü kimi çalışım. Artıq bir aydır ki, bu işlə məşğul oluram.
Nurtac onu da bildirir ki, qazancı normaldır, dolanışıqlarına bəs edir. İki övladı var, onlar orta məktəbdə oxuyurlar.
Müsahibimin sözlərinə görə, hər kəs çörəyini zəhmətlə qazanmalıdır. Bunun üçün, sadəcə, əzmlə çalışmaq, sahibi olduğun işə can yandırmaq lazımdır. Yaxşı şəraitlə təmin olunmaq üçün qarşılaşdığın çətinliklərə sinə gərməyi bacarmalısan.
Səhərə yaxın, gecə saat dörddə, beşdə hələ şəhər “oyanmamış” mən öz işimə başlayıram. Bəzən elə olub ki, muxtar respublikanın ən ucqar dağ kəndlərinə gecəyarısı müştəri aparmışam və dan yeri ağaranda geri qayıda bilmişəm. Qadın olmağıma baxmayaraq, kimliyindən asılı olmayaraq sərnişini istədiyi ünvana qorxmadan, çəkinmədən çatdırıram. Bütün bunların səbəbi isə muxtar respublikamızda yaradılmış sakitlik və əmin-amanlıqdır.
Yəqin ki, el arasında bu deyimi eşitmisiniz: “Aslanın erkəyi, dişisi olmaz”. Bu fikir bizim qəhrəmanlarımızla bağlı tam yerinə düşür. Və bir anlığa Azərbaycan qadınının tarixən keçdiyi yolu gözlərim önünə gətirməyə çalışıram. “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanlarından tanıdığım qadınlar, Tomris ana, Sara xatın, müasir dövrümüzdə böyük vəzifələrə irəli çəkilən, elmdə öz sözünü deyən, deputat kimi seçicilərinin problemlərinin həllinə çalışan qadınlarımız hər birimizin böyük hörmətlə xatırladığımız insanlardır. Haqqında bəhs etdiyimiz taksi sürücülərimiz də belə zəhmətkeş qadınlarımızdandır.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2883730
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
8
4507
17419
70424
2883730

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter