20 İyun 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Gözəl görünmək hər bir qadının arzusudur. Danılmaz faktdır ki, ­tarixboyu qadınlar gözəlliyin sirlərini öyrənməyə çalışıblar. Bu gün də onlar öz gözəlliklərini qoruyub saxlamaq üçün əllərindən gələni edir və yeni texnologiyaların sayəsində xarici görkəmlərini mükəmməlləşdirə bilirlər. Müasir dövrümüzdə daha dəbli və baxımlı görünmək üçün ­xanımlarımız gözəllik salonlarına üz tuturlar. Bu artıq onların həyatlarının ayrılmaz hissəsinə çevrilib. 

Onu da deyək ki, natəmizlik, gigiyenik normalara riayət edilməməsi səbəbindən gözəlləşmək üçün üz tutulan bəzi gözəllik salonları xəstəlik mənbəyinə çevrilə, bu məkanlar bir çox xəstəliklərin yoluxma ocağı ola bilər. Belə xəstəliklərə göbələk infeksiyası, hepatit B, C, HİV və digərlərini misal göstərmək olar.
Əvvəlcə qeyd edək ki, salonlarda gigiyena qaydalarını gözləmək, alətləri sterilizə etmək, təmizliyə riayət etmək, daraqları, qayçıları, manikür, pedikür və digər alətləri dezinfeksiya etmək sağlamlığı qorumaq baxımından çox vacibdir. Biz də şəhərdəki bəzi gözəllik salonlarında sanitar-gigiyena qaydalarına necə əməl olunduğunu öyrənmək istədik…

Saç ustası Məleykə xanım bildirdi ki, hər müştəridən sonra saç baxımı zamanı istifadə olunan daraqlar, qayçılar dezinfeksiya edilir, sonra digər müştəri üçün istifadə olunur. O həmçinin qeyd edir ki, aləti, sadəcə, spirtləmək yetərli deyil. Onları spirtlə silmək, suda qaynatmaq təhlükəli viruslara təsir göstərmir. Tam dezinfeksiya üçün mütləq şəkildə xüsusi aparatlardan istifadə olunmalıdır. Həmin aparatlar bakteriyaları, göbələkləri tamamilə məhv edir və bundan sonra onlardan istifadə tam təhlükəsiz olur.
Digər bir gözəllik salonunda çalışan Arzu xanım ixtisasca tibb bacısı olduğu üçün xəstəliklərə yoluxma risklərindən daha ətraflı xəbərdardır. O deyir ki, salonda sanitariya qaydalarına riayət olunur. Dəsmallar, saç üçün polietilen örtüklər, əlcəklər bir dəfə istifadə olunub atılır. Manikür, pedikür zamanı yoluxucu xəstə­liklərin daha tez yayılma ehtimalını nəzərə alaraq aparatları dezinfeksiya edirik. Əks təqdirdə, ilk növbədə, müştərilərin sağlamlığına ciddi ziyan vurar, həm də onların sayının azalmasına səbəb olarıq. Biz çalışırıq ki, sanitar-gigiyenik qaydalara tam riayət edək.
Digər bir gözəllik salonunun işçisi Pərvanə xanım bildirdi ki, xanımlar özləri də görürlər ki, təmizliyə necə riayət edirik. Əsas odur ki, işimizin keyfiyyətindən və gördüyümüz təmizlik işlərindən müştərilər razı qalsınlar. Daraqlar, saç kəsmək üçün nəzərdə tutulmuş xüsusi qayçılar, kosmetik alətlər sabunlu su ilə təmizlənir, bir neçə saat ultrabənövşəyi şüa buraxan sterilizasiya qutusunda saxlanılır. Dərini zədələyə biləcək alətlər dezinfeksiya olunur, sterilizə edilir.
Manikür ustası Zəhra xanım isə bildirdi ki, gözəl əllər və səliqəli dırnaqlar xanımın baxımlılığından xəbər verir. Ən çox diqqət yetirdiyimiz vacib məqam əllərdir. Xanımlarımıza əllərinin daha gözəl görünməsi üçün xidmət göstərir. Bu yolla dırnaqların sınmasının qarşısını ala bilirik. Salonumuzda hər zaman yeniliklərlə maraqlanan ustalar çalışırlar. O həmçinin bildirir ki, salona gələn insanların yoluxucu xəstəliklərə tutulmaması üçün təmizlik qaydalarına riayət olunur, bütün alətlər xloraminlə dezinfeksiya edilir və spirtlə təmizlənir.
Onu da qeyd edək ki, müntəzəm olaraq Naxçıvan şəhərində fəaliyyət göstərən gözəllik salonlarının sahibkarları və işçilərinin iştirakı ilə sanitar-gigiyenik qayda və normalara dair seminarlar təşkil olunur. Qanla keçən yoluxucu xəstəliklərin profilaktikası məqsədilə gözəllik salonlarında aparılan sanitar-gigiyenik və əks-epidemik tədbirlər görülür, monitorinqlər, infeksion xəstəliklərə qarşı dezinfeksiya və sterilizasiya işinin təşkilində yol verilən nöqsanların aradan qaldırılması üçün mütəmadi işlər həyata keçirilir. Təkcə ötən il əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb edən profilaktika, skrininq tədbirləri çərçivəsində 105 bərbərxana və 38 gözəllik salonunda maarifləndirmə xarakterli monitorinq aparılıb.
Sonda onu da bildirək ki, hər bir insan üçün gözəllik nə qədər lazımdırsa, sağlamlıq bir o qədər vacibdir. Gəlin bu cür məqamlarda diqqətli olaq, sağlamlığımızı gözəlliyimizə qurban verməyək.

 Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2608142
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4502
4555
13827
100928
2608142

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter