12 Dekabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Avtomobil nəqliyyat vasitələrindən rahatlıqla istifadə olunmasında sığortanın əhəmiyyəti böyükdür. Belə ki, sığorta olunmaq bu vasitələrdən istifadə zamanı bəzən qaçınılması mümkün olmayan bədbəxt hadisələrin vurduğu maddi zərərlərin əvəz olunmasında nəqliyyat sahibinin köməyinə gəlir. Çünki avtomobillərdən istifadə zamanı yaranan arzu­edilməyən hadisələr həm avtomobil sahiblərinə, həm də digər üçüncü şəxslərə maddi zərərlər vurur.
Ölkəmizdə mövcud olan qanuna əsasən belə bədbəxt hadisələr zamanı üçüncü şəxslərə dəyə biləcək zərərləri ödəmək üçün icbari, zərərvuran avtonəqliyyat vasitəsinin sahibinə dəymiş zərəri ödəmək üçün isə avtonəqliyyat vasitəsinin tam sığorta müqaviləsi bağlanılır. Avtomobilin hərəkəti zamanı başqasının avtomobilinə və həyatına vura biləcəyi zərərlə əlaqədar avtomobil sahibinin çıxılmaz vəziyyətə düşə biləcəyini nəzərə alaraq mülki məsuliyyətin sığortası hər kəs üçün icbari qaydada tətbiq olunur. Sığorta hadisəsi baş verdiyi zaman zərərvuran avtomobil sahibinin öz nəqliyyat vasitəsinə dəymiş zərər isə bu hadisəyə qədər avtonəqliyyatı tam sığorta müqaviləsi olduğu halda ödənilir. Ona görə də avtonəqliyyat vasitələri sahibləri təkcə mülki məsuliyyətlərini deyil, həm də avtomobillərini sığortalamalıdırlar. Çünki mülki məsuliyyətin sığortası ola biləcək qəza halında digər şəxslərin həyatına, sağlamlığına, mal və əmlakına vurduğu zərərlərin onun özü tərəfindən deyil, sığorta agentliyi tərəfindən ödənilməsini təmin edir. Tam sığorta və ya başqa adı ilə kasko sığortası isə avtomobil sahibinin sərxoşluğu və hadisənin qəsdən törədildiyi hallar istina olmaqla dəyə biləcək bütün zərərlərin, hətta təbiət hadisələri və təsadüflər nəticəsində həmin avtomobilin sahibinə dəymiş zərərlərin ödənilməsinə təminat verir.

Avtomobil sahibinin istəyindən asılı olaraq avtonəqliyyat vasitəsinin tam sığortası tərəflər arasındakı razılaşma yolu ilə bağlanılmış müqavilə əsasında təmin edilir. Eyni zamanda tam sığorta avtomobil sahiblərini oğurluqdan, yol qəzalarından, yanğından, partlayışdan, təbii hadisələrdən, hətta avtomobil sahibinin təqsirli olub-olmamasından asılı olmayaraq əşyaların düşməsindən, atılmasından və sair risklərdən sığortalaya bilməyiniz üçün də tətbiq olunur. Ona görə də avtonəqliyyat vasitəsi sahibləri mülki məsuliyyətin icbari sığortası ilə yanaşı, həm də tam sığorta müqaviləsini bağlamaqla sığorta zəmanətlərindən faydalana bilərlər. Avtonəqliyyat vasitəsinin tam sığorta məbləğinə gəldikdə, bu, avtomobilin bazardakı dəyəri və sığortaçı ilə ­sığortaolunan arasındakı razılaşma əsasında həyata keçirilir.
Avtonəqliyyat vasitəsinin tam sığortası üzrə qəza halları baş verdikdə sığorta­olunanın müraciəti əsasında qəza nəticəsində dəymiş zərərin tam məbləğdə, yəni müqavilə bağlanarkən müəyyənləşdirilmiş sığorta məbləği həddində ödənilir. Vətəndaşlar avtonəqliyyat vasitəsini tam sığorta etdirməklə bütün gözlənilməz hadisələrdən sığorta təminatı almış olurlar. Ona görə də avtonəqliyyat vasitələrinin tam sığortası hər bir avtonəqliyyat vasitəsi sahibi üçün zəruridir.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3391313
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
78
5851
11143
50480
3391313

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter