19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Babək rayonunun Payız Kənd Mərkəzində “Reproduktiv sağlamlıq və ailə ­dəyərləri” mövzusunda maarifləndirici tədbir  keçirilib. Tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Məmmədova açaraq belə tədbirlərin ­əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada ailələr həmişə uzunömürlü olması və möhkəmliliyi ilə seçilib. Qadın ailədə milli dəyərləri yaşadan, onu digər ailə üzvlərinə aşılayandır. Hər bir ailədə dünyaya gələn körpəni vətənpərvərlik ruhunda böyütmək, milli və mənəvi dəyərləri övladlarına aşılamaq qadının – ananın müqəddəs amalıdır. Azərbaycan qadını adını uca tutmaqla bütün insani keyfiyyətləri, dostluq, ülfət, məhəbbət və xeyirxahlıq kimi ali insani keyfiyyətləri övladlarına aşılamağı bacarmalıdır.
Vurğulanıb ki, ailədə sağlam həyat tərzinin formalaşmasında qadının rolu böyükdür. Ana yeni nəsli mövcud ictimai şəraitdə həyata hazırlamalı, ailə şəraitində şəxsiyyətin normal şəkildə formalaşması üçün övladlarına zəruri olan bilik, bacarıq və vərdişləri mənimsətməlidir. Qadın ailəsinin tərbiyə verəni, əxlaq aşılayanı, övladlarına bütün milli dəyərləri öyrədəni olmaqla bərabər, həmçinin ailənin bütövlüyünü qoruyub saxlamaq missiyasını həyata keçirəndir. Faktdır ki, tərəflər lazımi tibbi müayinədən keçmədikdə bu nikahlardan çox zaman sağlamlıq imkanları məhdud uşaqlar dünyaya gəlir.

Ramilə Seyidova qeyd edib ki, muxtar respublika üzrə 1925 sağlamlıq imkanı məhdud uşaqlar vardır. Bu uşaqların 20 faizi Babək rayonunda yaşayır. Babək rayonu üzrə 26 min 853 uşaq vardır ki, onlardan da 376-sı sağlamlıq imkanı məhdud uşaqlardır.
Bütün bunlar onu göstərir ki, sağlam ailənin formalaşması üçün tərəflər sağlam həyat tərzi yaşamalı, nikaha daxil olarkən həkim müayinəsindən keçməli və sonrakı dövrdə qadınların reproduktiv sağlamlığı daim diqqət mərkəzində saxlanılmalıdır.
Sonra Naxçıvan Muxtar Respublikası ­Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva ­“Qadınlarda virus hepatitlərinin fəsadları və bətn daxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda çıxış edərək xəstəliklərin yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda suallar cavablandırılıb, iştirakçılara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3037860
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4670
5369
15092
89191
3037860

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter