19 Fevral 2019, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Sağlamlığın qorunması hər kəsin əsas qayğılarındandır. Hamı istəyir ki, sağlam və firavan yaşasın, qəzalardan uzaq olsun. Ancaq bəzən elə gözlənilməz hadisələr baş verir ki, bunların nəticəsində şəxsin sağlamlığına ciddi zərər vuran xəsarətlər qaçılmaz olur. Bu da, öz növbəsində, zərərçəkmiş insana və onun ailəsinə kifayət qədər yüksək məbləğdə maddi zərər vurur. Bu baxımdan baş vermiş qəza hallarında xəsarət almış insanların sağalması üçün ehtiyac olan maddi məsrəflərin təmin olunmasında fərdi qəza sığortasının mühüm əhəmiyyəti vardır. Bu, eyni zamanda vətəndaşların sosial müdafiəsi də deməkdir. 

Fərdi qəza sığortası könüllü sığortadır. Ancaq bununla yanaşı, o, müasir dünyada geniş yayılıb. İnsanların fəallığının artması, baş verə biləcək hər cür bədbəxt hadisələrin ehtimalının çoxalması, sağlamlığa dəyər verilməsi bu sığorta növünün populyarlığını artırır. Bu isə tərəflərin qarşılıqlı razılaşması yolu ilə müəyyən olunmuş qaydalar əsasında aparılır.
Fərdi qəza sığortasının bir sıra üstünlükləri də vardır. Belə ki, istehsalatda bədbəxt hadisələrdən icbari sığorta yolu ilə sığortalanan şəxslərə yalnız iş vaxtı baş verə biləcək hadisələrdən təminat verilirsə, fərdi qəza sığortası olan insana onun harada olmasından və günün hansı saatından asılı olmayaraq baş vermiş gözlənilməz, bədbəxt hadisələrdən maddi təminat verilir. Bu isə hər bir insanın həyatı üçün vacib şərtdir. Çünki sığorta agentliyi tərəfindən həyata keçirilən fərdi qəza sığortası bədbəxt hadisələr nəticəsində dəymiş xəsarətlərdən yaranan maddi zərərlərin əvəzini ödəməklə insanlara köməklik edir.

İnsan həyatında sağlamlığın və əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən qəfil, gözlənilməz bədbəxt hadisələrə həmişə, hər yerdə rast gəlmə ehtimalı vardır. Sosial fəaliyyətlərin getdikcə daha çox artması, iqtisadi və mədəni həyatdakı sürətli dəyişikliklər, uzaq səfərlərə yollanma meyilləri belə ehtimalları daha da artırır. Vətəndaşlar fərdi qəza sığortası ilə sığorta olunduqda belə hadisələr baş verdikdə sığortaçı tərəfindən verilən sığorta ödənişlərini istifadə etməklə dəymiş zərəri qısa müddətdə bərpa edə bilərlər. Bu zərərlərin isə fiziki, kimyəvi, texniki xarakterli təsadüfi hadisələrdən baş verməsi mümkündür. Belə ki, insanın cansağlığının və əmək qabiliyyətinin itirilməsi ilə müşayiət olunan qəfil yanğın, partlayış, donma, suda boğulma, elektrik cərəyanı, ildırım, günvurma, vəhşi heyvanların hücumu, tənəffüs yollarına yad əşyanın düşməsi, zəhərli bitkilərdən kəskin zəhərlənmə, eləcə də maşın, mexanizm və alətlərdən istifadə zamanı ona dəymiş zərərə görə sığortalı vətəndaşın özü və ya ailəsi sığorta müqaviləsində göstərilmiş məbləğdə sığorta ödənişi ilə təmin olunur.
Fərdi qəza sığortası tərəflər arasında razılaşdırılmaqla, könüllü sığorta müqaviləsi bağlamaqla həyata keçirilir. Bu müqaviləyə əsasən sığortalı şəxsin ödədiyi razılaşdırılmış sığortahaqqı müqabilində sığorta hadisəsi baş verdiyi zaman həmin müqavilədə göstərilən sığorta məbləğinin sığortaçı tərəfindən faydalanan şəxsə, yəni sığortaolunana və ya sığortaolunan bədbəxt hadisə nəticəsində vəfat etdiyi hallarda isə övladlarına verilməsi nəzərdə tutulur.
Fərdi qəza sığorta növü üzrə müqavilə bağlanarkən sığortalı şəxsin ödədiyi sığortahaqqı razılaşdırılmış sığorta məbləğinə və sığorta­olunanın peşəsi və məşğuliyyəti nəzərə alınmaqla müəyyənləşdirilən tarif dərəcəsinin sığorta məbləğinə nisbətdə hesablanmış pul məbləğidir. Bu məbləğ fərdi qəza sığortası üzrə tarif dərəcəsi risklərin səviyyəsindən asılı olaraq 0,4 faizdən 2 faizə­dək həcmdə müəyyənləşdirilir. Məsələn, aşağı risk dərəcəsində min manat dəyərində sığorta məbləği üçün 0,5 faiz tarif dərəcəsi ilə 5 manat sığortahaqqı ödəməklə müqavilə bağlamaq mümkündür. Belə ki, beş min manatlıq sığorta məbləği üçün isə müqavilə bağlandıqda 0,5 faiz tarif dərəcəsi ilə 25 manat sığortahaqqı ödənilməlidir. Nisbətən yüksək risk səviyyəsi mövcud olduqda isə min manatlıq sığorta məbləği üçün 1 faiz tarif dərəcəsi ilə 10 manat sığortahaqqı, beş min manatlıq sığorta məbləği üçün isə 50 manat sığortahaqqı ödənilməklə müqavilə bağlanır. Fərdi qəza sığortası üzrə sığortahaqqı nağd və nəqdiyyəsiz qaydada ödənilə bilər.
Göründüyü kimi, fərdi qəza sığortası çox mühüm maddi zəmanətlər vəd edir. İnsanların gözlənilməz qəfil qəza hadisələrinə rast gəlmə ehtimalı çox olsa da, onlardan vaxtında sığortalanmaqla yaranmış çıxılmaz vəziyyətdən, maddi zərərlərdən xilas olmaq mümkündür. Ona görə də fərdi qəza sığortası hər bir vətəndaş üçün vacib tələbatdır.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3704927
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
290
2795
3085
46019
3704927

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter