19 Fevral 2019, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə Culfa rayonunun Kırna kəndində maarifləndirici tədbir keçirilib. Mədəni və yabanı dərman bitkilərinin mövsümə uyğun yığılması, qurudulması, onlardan bitki ekstraktlarının hazırlanması qaydaları ilə bağlı ailə təsərrüfatları üçün keçirilən tədbiri Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Sərxan Hüseynov açıb.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, biologiya elmləri doktoru, professor Əliyar İbrahimov Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış dərman bitkilərinin toplanması və qurudulması qaydaları, onların xammal şəklində tədarükünün təşkili haqqında geniş məlumat verib.

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Əli Şərifov bildirib ki, muxtar respublikamızın təbii iqlim şəraiti, münbit torpaqları regionumuzda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, müalicəvi dərman bitkilərinin yetişdirilməsi və yayılmasını da təmin edib. Bu mənada, mədəni və yabanı dərman bitkilərinin tələblərə uyğun yığılması, qurudulması, onlardan bitki ekstraktlarının hazırlanması bu işlə məşğul olan ailə təsərrüfatlarının müvafiq biliklərə malik olmalarını zəruri edir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elnur Mahmudov çıxışında deyib ki, dərman bitkilərinin toplanması, qablaşdırılması və satışının həyata keçirilməsinin iqtisadi cəhətdən böyük əhəmiyyəti var. Bu istiqamətdə aparılan tədbirlərin davamı olaraq Naxçıvan şəhərində ailə təsərrüfatı məhsulları üçün taraların satışı mağazası istifadəyə verilib. Ailə təsərrüfatlarının sahibləri istənilən vaxt mağazaya müraciət edib istehsal etdikləri məhsullar üçün taraların sifarişini verərək öz məhsullarını qablaşdıra bilərlər.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarif­ləndirici bukletlər paylanılıb.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3704876
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
239
2795
3034
45968
3704876

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter