15 İyul 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Məktublar, məktublar... Ötən illərin tarixə qovuşan saralmış vərəqləri. Həsrətliləri qovuşduran, uzaqdakıları yaxınlaşdıran, ürəkləri birləşdirən məktublar. İnsanların yazı mədəniyyətini formalaşdıran, onlara düzgün yazmaq qabiliyyəti aşılayan, səmimiliyini artıran məktublar. Texnoloji inkişafın qeyri-operativ adı ilə sıxışdırıb sıradan çıxmaya məruz qoyduğu sosial itki. Son cümlə ilə razılaşmaq olar. Sürətli internet həyatımızın ayrılmaz hissəsinə çevrilən andan artıq əksər insanlar məktub yazıb, ünvan axtarıb, günlərlə gözləri yolda cavab gözləmir. Bu, təbiidir. Söz yox ki, məktubların nə olduğunu məktub yazanlar bilər.
Məktubları xatırlatmaqda məqsədim indi onların yerini alan sosial ünsiyyət vasitələrindən söhbət açmaqdır. “Yerini alan” anlamı isə yalnız texnoloji cəhətdən ola bilər. Çünki hələ indi də çoxumuzun ən əziz əşyamız kimi qoruduğumuz, hərdən açıb oxuyarkən o illərə qayıtdığımız, saralmış vərəqlərə bəzən göz yaşlarımızın, bəzən sevincimizin, xoş günlərimizin hopduğu və heç nəyin onların yerini verə bilmədiyi məktublarımız var.

İndi ancaq rəsmi yazışmalarda məktubdan istifadə olunur. Digər məktubların yerini isə sosial şəbəkələrdə paylaşılan, “ömrü” qısa mesaj adlandırılan yazışmalar alıb. Təbiidir, zaman dəyişir, cəmiyyət müasirləşir, həyatımıza yeniliklər daxil olur. Lakin gəlin etiraf edək ki, yeniliklərdən düzgün yararlanmırıq. Bu isə internetdən istifadə edənlərin sayının sürətlə artdığı bir dövrdə cəmiyyətin hər an sosial bəlalara doğru addımladığını danılmaz fakta çevirir. Xeyli araşdırmalardan sonra bu yazını yazmağı özümə borc bildim. Lakin borcumu həyata keçirmək azdır, həyəcan təbili çalmaq lazımdır. Çünki sosial şəbəkələrdə yazışanlar dilimizin qrammatik xüsusiyyətlərinə ağır zərbə endirirlər. Fakta nəzər salaq: Ana yaxın rəfiqəsindən gələn mesajı oxuyur və ona cavab yazır. Yazını bitirir, mesajı yenidən oxuyur, səhvlərini düzəldir. Bunu kənardan müşahidə edən oğlu: “Ana, sən yazdığın mesajın səhvlərini də düzəldirsən, nöqtə, vergül qoyursan?” – deyir və gülməyə başlayır. Hələ, üstəlik, bacısını səsləyir ki, ay bacı, anam yazdığı mesajın səhvini də düzəldir ey... Uşaqların gülüş səsləri bir-birinə qarışır. Ana isə onlara izah etməyə çalışır ki, bu, kiçik bir yazıdır, müəllifi isə sənsən, o yazı səhvləri ilə də, düzləri ilə də sənindir. Hələ, üstəlik, təhsilli adamsansa, düzəliş edilməmiş yazını göndərməyi necə qüruruna sığışdıra bilərsən? Yadımdadır, məktub yazılan dövrlərdə təhsili olmayan adam məktub yazarkən onu bir müəllimə, savadı olan adama oxutdurmamış göndərməzdi. Düşünün, nəyə görə? Səhvi olmasın deyə. Əgər təhsili olmayan insan belə düşünürdüsə, ali təhsili olan adam necə səhvə yol verə bilər? Araya sükut çökür...
Anaya o “iradlar” səbəbsiz yerə olunmamışdı. Çünki indi insanlar, xüsusən də cəmiyyətimizin böyük hissəsini təşkil edən gənc­lər sosial şəbəkələrdə yeni bir ünsiyyət “dili” yaradıblar. Faktlara nəzər salaq: “ Salam, canım, necəsən? – “slm cnm ncsn?”, “Bu gün gəlirsən?” – “bugn gersən?”, “Həyatım, universitetdəsən?” – “heyatm unidəsən?”, “Səninçün çox darıxmışam, gəlirsən?” – “Sencn chox darxmwam gərsən?”, “Sağ ol, görüşərik” – “Saol gorwerk”, “Oldu” – “ok” kimi ifadə olunur. Budur, bir azərbaycanlının yazı forması: ingilislərin “w”su, türklərin “e”si, azərbaycanlıların bir neçə hərfi. Qeyd etdiklərim hələ gündəlik ünsiyyətin ən kiçik elementləridir. Gün uzunu dayanmayan, dincəlməyən insanlar sosial şəbəkələrdə öz aralarında formalaşdırdıqları bu yeni “dildə” səhifə-səhifə yazıb-­pozurlar. Və yazdıqca da dilimizin zənginliyinə, qrammatik xüsusiyyətlərinə zərbədir ki, endirirlər. Müşahidələrimə əsasən deyə bilərəm ki, bu cür yazı alışqanlığı insanların virtual “həyat”ından real həyatına da keçib. Dilimizə aid olmayan hərflərə, sözlərə gənclərin mühazirə dəftərlərində, digər insanların nə iləsə bağlı idarə, müəssisə, təşkilatlara müraciət məktublarında, hətta mağazalardan alacaqları ərzaq siyahılarında da rast gəlmək olar.
Axı bunu bilməyən yoxdur ki, Azərbaycan dili öz varlığını qorumaq üçün ardıcıl mübarizə aparmış, mənsub olduğu xalqla birlikdə inkişaf edərək çoxsahəli dünyəvi elmi dil səviyyəsinə yüksəlmişdir. Bu işdə bədii söz ustalarının, ədəbiyyatımızın korifeylərinin əvəzsiz xidmətləri vardır. Onlar ümumxalq dilinə həmişə fəal münasibət bəsləmiş, onun zənginləşməsi və hərtərəfli inkişafı üçün böyük fədakarlıqlar göstərmişlər. Tarixin müəyyən dövrlərində dilimiz düşmən qüvvələrin təzyiqinə, təcavüzünə məruz qalıb, lakin xalqımız milli birliyi, milli qüruru sayəsində dilini qorumağa müvəffəq olub. Ulu öndərimiz Heydər Əliyev bu ənənəni daha böyük əzmkarlıqla davam etdirmişdir. Onun xalqına olan sonsuz məhəbbəti ana dilimizi yüksəklərə qaldırdı. Ulu öndərin ana dilinə münasibəti hər kəs üçün örnəkdir.
İnsanların sosial ünsiyyət “dilinə” nəzər salanda onlara veriləsi belə bir sual yaranır. Məgər ingilislər, türklər, ruslar yazışmalarında bizim dilimizdə bir hərfdən, bir kəlmə sözdən istifadə edirlər? Əlbəttə, yox. Belə isə nə üçün məhz biz? Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmağa, dili yad ünsürlərdən qorumağa borcludur. Azərbaycan dilinin analoqu yoxdur. Bu dilin şirinliyini, gözəlliyini, cazibəsini heç bir dildə tapmaq olmaz.

 Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2732807
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4725
4754
35278
74046
2732807

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter