16 Avqust 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Avqust 2018
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Bu gün elə bir adam tapılmaz ki, dərziyə müraciət etməsin. Ona görə də bu peşə hər dövr üçün gərəklidir. Naxçıvan şəhərinin bir çox yerlərində “Dərzi” yazılan tanıtım lövhələrinə rast gəlirik. Bu sənətlə məşğul olanlar çox olsa da, az sayda bu peşədə ustalıq qazanmış dərzilər tapmaq olar.
Naxçıvan şəhərinin Xətai küçəsindəki dərzi köşkündə çalışan Sərraf Hüseynovla tanış oldum. Onunla çalışdığı ünvanda söhbət etdik. Usta astarı sökülmüş pencəyi təmir edirdi.
– Salam, Sərraf usta, işin irəli olsun.
– Əleykəssalam, buyurun.
Usta əvvəlcə məni müştəri sansa da, özümü təqdim edəndən sonra söhbətin nədən getdiyini başa düşdü.
– Buyur, əyləş bir çay iç, sonra söhbət edək, – dedi. Mən də ustanın təklifini qəbul etdim. Hal-əhval tutduqdan sonra söhbətə körpü saldım. Ömrünün 45 ilini bu sənətə həsr edən usta dedi ki, bu peşə yolunda, necə deyərlər, saçını ağartsa da, hələ də ona dərziliklə bağlı agah olmayan çox mətləblər var. Ustanın ­dediklərindən:

– 25 yaşımdan bu peşə ilə məşğul oluram. İlk beş ili usta yanında şəyirdlik etmiş, peşənin incəliklərini öyrənmişəm. Ustam o zamanlar şəhərdə tanınan dərzilərdən biri – Hüseyn Mürsəlov olub. Əvvəllər mənə kiçik işləri etibar etsə də, bu işə böyük həvəsim olduğunu görüb, biçib-tikməyi də öyrətdi.
Həmsöhbətimlə keçmişə səyahət edirik. Deyir ki, əvvəllər kimdən soruşsaydın ki, bu paltarı haradan almısan, cavab verərdi ki, filan ustaya tikdirmişəm. O vaxtlar dərzidə paltar tikdirməyən çox az adam tapılardı. Çünki hər kəs çalışardı ki, geyindiyi paltarları dərzidə istədiyi kimi hazırlatsın, üzərində, necə deyərlər, sənətkar incəliyi, ruhu duyulsun.
Sərraf Hüseynov ona bu sənətin sirlərini öyrətmiş Hüseyn usta ilə eyni yerdə işə başlayandan sonra yavaş-yavaş müştərilərinin də sayı artıb. Bəzən elə olub ki, gecə saatlarına qədər işləyib, sifarişləri yerinə yetirməli olub. Ancaq işi çox olsa da, səliqəli olmağa üstünlük verib. Buna görə də müştəri itirməyib, əksinə qazanıb.
Sərraf usta onu da dedi ki, əvvəllər dərzi sexində, necə deyərlər, adam əlindən iynə atsaydın, yerə düşməzdi. Son dövrlərdə xaricdən paltarların gətirilməsi dərzidə paltar tikdirənlərin sayını xeyli azaldıb. Yadımdadır: əvvəllər biz bir paltarı iki-üç il geyinərdik. İndiki paltarların keyfiyyəti çox aşağıdır. Gərək sənətə təkcə qazanc mənbəyi kimi baxmayasan. Ulu babalarımızdan bizə yadigar qalan bu sənəti yaşatmaq hər birimizin borcudur. Dərzi peşəsinin maraqlı tərəfləri çoxdur. Əgər hansısa bir paltarı tikirsənsə, onu bir də əvvəlki kimi tikə bilməzsən. Dərziliyi başqa peşələrdən fərqləndirən cəhət isə bu işdə daim yaradıcılığın olmasıdır. Dərzi, eyni zamanda öz zövqü ilə sifarişçinin zövqünü uyğunlaşdırmağı bacarmalıdır. Belə ki, bəzən sənin tikdiyin paltarlar sifarişçinin xoşuna gəlməyə bilər. Mənim əsas işim də müştəri məmnuniyyətini qazanmaqdır. Gərək hər işdə halallıq olsun. Halallıq olmayan yerdə qazancın da bərəkəti olmaz.
Hamımız üçün gərəkli bir sənəti yaşadan həmsöhbətimə gələcək işində uğurlar arzulayıb ondan ayrılıram, ürəyimdə belə insanlara “sağ ol” deyirəm. Çünki Sərraf usta və onun kimi öz peşəsinə ürəkdən bağlanan insanlara həmişə ehtiyacımız var.
Bu gün muxtar respublikamızda müxtəlif peşələr yaşadılır, inkişaf etdirilir, Naxçıvan Regional Peşə Tədris Mərkəzi fəaliyyətə başladığı gündən bu peşənin sirlərini öyrənmək istəyənlərə öz qapılarını açıb. İndi dərzilik kursunu bitirən çox sayda gənc bu peşə ilə məşğul olur. Əminliklə demək olar ki, dərzi peşəsi də yaşadılacaq, gələcək nəsillərə ötürüləcəkdir.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2883719
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4504
4351
17408
70413
2883719

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter