20 Mart 2019, Çərşənbə

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Səliqə-sahman, təmizlik yaxşı əməldir, sağlamlıq və gözəllikdir. Ata-babalarımız “təmizlik imandan gəlir” kəlməsini nahaqdan deməyiblər. Son illərdə muxtar respublikamızın paytaxtında görülən işlər nəticəsində ətraf mühitin mühafizəsi, insanlarda ətraf mühitə qayğının formalaşdırılması istiqamətində mühüm işlər həyata keçirilib. İstər yağışlı bahar günlərində, istər küləyin yarpaqları sağa-sola sovurduğu payızda, istərsə də qarlı-çovğunlu qış fəslində paytaxt Naxçıvan şəhəri təmiz və səliqəli görünür. 

Qış ayları həm də şəhərin təmizliyinə cavabdeh olan qurumlar üçün sınaq dövrüdür. Ötən illərin müşahidələri belə deməyə əsas verir ki, bu sahəyə göstərilən diqqət və qayğı sayəsində əlaqədar qurumlar bu imtahandan üzüağ çıxmağı bacarırlar.

Şəhərimizdə səliqə-sahmanın yaradılmasında, fasiləsiz olaraq yaşayış massivlərinin ərazilərində məişət tullantılarının təmizlənməsində Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsi kollektivinin böyük əməyi vardır. İdarənin rəisi Hüseyn Həziyev bizimlə söhbətində dedi ki, Naxçıvan şəhərinin fasiləsiz təmizlənməsi üçün hərtərəfli imkanlar yaradılıb. Məişət tullantılarının vaxtlı-vaxtında toplanması və şəhərdən kənarlaşdırılması işində mühüm rol oynayan maşın və mexanizmlərlə təminat diqqət mərkəzində saxlanılıb, idarəyə müxtəlif markalı 35 tullantı daşıyan avtomaşın, 4 qarkürəyən, 3 qumsəpən, 10 süpürgə maşını, 1 “CAT” markalı ekskavator verilib. Bu texnikalar şəhərdə təmizlik işlərinin aparılmasını, məişət tullantılarının yığılmasını, daşınmasını yüksək səviyyədə həyata keçirməyə imkan verir.
Qış mövsümü ilə əlaqədar olaraq Sanitar-Təmizlik İdarəsində də xüsusi fəaliyyət planı hazırlanıb və həyata keçirilməsinə başlanılıb. Bundan öncə isə idarənin balansında olan maşın-mexanizmlərə texniki baxış keçirilib, onlar lazım olan ehtiyat hissələri ilə təmin olunub. Qumsəpən və qarkürəyən maşınlar hazır vəziyyətə gətirilib, sürücülərə isti geyim dəstləri verilib. Küçə və xiyabanların qar və buzdan təmizlənməsi üçün lazımi avadanlıqlar alınıb, Əliabad qəsəbəsinin yaxınlığında yerləşən Şorsu massivindən duzlu qum daşınaraq tədarük olunub.
Həmsöhbətim bildirdi ki, 187 nəfərin işlə təmin olunduğu idarənin kollektivi mənzil-istismar sahələrinə aid ərazilər daxil olmaqla, Naxçıvan şəhərinin bütün ünvanlarında 3 qrup üzrə günün müxtəlif vaxtlarında təmizlik işləri aparır. Digər 20 nəfərlik 2 qrup isə gün ərzində növbətçilik edir, abadlıq, tikinti-quruculuq tədbirləri ilə əlaqədar olaraq yaranan tullantıları dərhal şəhərdən kənarlaşdırır.
Təmizlik işləri təkcə şəhərin mərkəzi küçələri ilə məhdudlaşmır. Eyni zamanda ətraf məhəllələr və kəndlər də diqqətdə saxlanılır. Belə ki, şəhərin və ətraf kəndlərin müxtəlif ünvanlarında tullantıların ətrafa yayılmaması üçün nəzərdə tutulan yerlərdə xüsusi qutular qoyulub.
Təəssüf ki, bəzi şəhər sakinləri hələ də muxtar respublika paytaxtının təmizliyinə soyuq münasibət göstərir, məişət tullantılarını hara gəldi atırlar. Gəlin qurub-yaradılanları qoruyaq, ümumi evimiz sayılan şəhərimizin daha gözəl görünməsi üçün əlimizdən gələni əsirgəməyək.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3782802
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
864
1827
5352
47119
3782802

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter