25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhəri – qədim diyarımızın bu mərkəzi illərdən bəri görülən işlərin, çəkilən zəhmətin nəticəsində müasirliyi, gözəlliyi, səliqə-sahmanı ilə postsovet məkanındakı nümunəvi şəhərlərdəndir.
Şəhərin inkişafı, öz simasını dəyişib yeniləşməsi bu yaşayış yerinin sakinlərini də dəyişmiş, onlarda fərqli dünyagörüşü, həm də qədirbilənlik formalaşdırmışdır. Çünki bu şəhər hər birimizin gözlərinin qarşısında blokada şəraitində qurulub-yaradılıb. Çoxumuzun əl izləri var bu şəhərin hüsnündə. Ona görə də qədrini bilirik, bilməliyik də. Hər daşını, hər ağacını, hər budağını qorumaqla bu qədim və müasir şəhərimizi bura tez-tez üz tutan çoxsaylı qonaqlara da həmişə gözəl təqdim etməliyik. Bu qənaətə hər gün işə gəldiyim marşrut avtobusdan ətrafı seyr edərkən gəlirəm. Lakin axşam işdən evə qayıdarkən gecələri gündüzlərindən də gözəl olan şəhərimizin gözəlliyinin tamlığını pozan başqa bir mənzərə də diqqətimi cəlb edir. Bu, bəzi idarə, müəssisə, təşkilat və mağaza adlarının tanıtım lövhələridir.

“Elit-57” Alış-Veriş Mərkəzinin, 3 saylı uşaq musiqi məktəbinin, Heydər Əliyev küçəsində yerləşən “Bakcell” mağazasının, “Ruzi” gözəllik salonunun, “İstiqlal” küçəsində yerləşən “Damla” şirniyyat mağazasının, “12-ci” məhəllədə yerləşən “Reyhan” ərzaq mağazasının, Heydər Əliyev prospektindəki kukla teatrının tanıtım lövhələrində bəzi hərflərin işıqlandırılmasında problemin olması sözlərin yarımçıqlığı, bəzən də onların anlaşılmaz olması ilə nəticələnir. Araşdırmalar zamanı dilimizin qrammatik xüsusiyyətlərini pozan bir lövhəyə də rast gəldik.
“Təbriz” küçəsindəki “Texniki məişət avadanlıqlarının satışı” mağazasının tanıtım-reklam lövhəsində məişət sözü “məişet”, xoş gəldin sözü “xoş geldin” kimi yazılıb. Nəzərə alsaq ki, bu idarə, müəssisə, təşkilat və mağazaların qarşısından hər gün yüzlərlə insan, xüsusilə gördüklərini yaddaşlarına həkk edən məktəblilər, şəhərimizin qonaqları keçir, onda belə problemlərin dərhal aradan qaldırılması daha məqsədəuyğun olardı. Çox istərdik ki, idarə, müəssisə, təşkilat və mağazaların rəhbərləri axşam işdən çıxanda ayaq saxlayıb çalışdıqları binanın fasadındakı tanıtım lövhələrinə nəzər salsınlar. Bu halda inanırıq ki, gördükləri mənzərə haqqında ya özləri nəticə çıxarar, ya da aid təşkilatlardan kömək istəyərlər.

 Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4128769
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1573
4356
5929
92369
4128769

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter