20 Oktyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Cəmiyyət üçün sağlamdüşüncəli, sağlaməxlaqlı insanların yetişdirilməsi ailədən başlayır. Ailə tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi mühüm rol oynamışdır. Sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitə olan ailə insanların bütün yaş dövrlərində ehtiyac duyduqları ən ali dəyərdir.
Milli dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və gələcək nəslə ötürülməsində ailənin böyük rolu vardır. Bu, danılmaz bir faktdır ki, gənc nəsil ailədə necə böyüyürsə, gələcəkdə cəmiyyətdə də tərbiyə aldığı mühitin daşıyıcısı qismində çıxış edir. Ona görə də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq müvafiq mövzularda yazı və rəsm müsabiqələri təşkil olunur, kütləvi informasiya vasitələrində sağlam ailənin formalaşması, ailə dəyərləri, uşaqların tərbiyəsi ilə bağlı çıxışlar edilir. Muxtar respublikada ailələrin, xüsusən də gənc ailələrin möhkəmləndirilməsi, yeniyetmə qızların təhsildən uzaqlaşaraq erkən nikaha daxil olması, qadınların hüquqi biliklərinin artırılması, yeni nəslin sağlam doğulması və böyüməsi məqsədilə ötən il ərzində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda 15 tədbir keçirilmişdir. Bu mövzularda qadınlara 4155 ədəd maarifləndirici broşür paylanılmışdır. Həyata keçirilən maarifləndirici tədbirlərin nəticəsidir ki, muxtar respublikada bu kimi mənfi halların qarşısı xeyli alınmışdır.

Aztəminatlı ailələrin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə ötən il komitə tərəfindən Naxçıvan Muxtar Respublikasının aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə birlikdə aztəminatlı ailələrə baş çəkilmiş, onların problemlərinin həlli istiqamətində müvafiq işlər görülmüş, ailə üzvləri tibbi müayinədən keçirilmiş, zəruri ehtiyacları ödənilmişdir.
Ailələrə və uşaqlara göstərilən qayğının bariz nümunələrindən biri də, ənənəvi olaraq, 2017-ci ildə də aztəminatlı ailələrdən olan 87 nəfər uşağa məktəbli forması, qış geyimi və dərs ləvazimatlarının təqdim olunması idi.
Muxtar respublikada ailələrin möhkəmliyi həmişə təqdirəlayiq olmuşdur. Bu, əsasən, milli mentalitetimizdən irəli gəlir. Əgər bu gün ölkəmizdə yüzlərlə, minlərlə insan qurduqları ailələrin brilyant, qızıl, gümüş yubileylərini keçirirlərsə, bu, o deməkdir ki, ailə modeli qorunur və nəsildən-nəslə yaşadılır. Hər il olduğu kimi, 2017-ci ildə də muxtar respublikamızda uzunömürlü ailələrin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə 10 uzunömürlü ailənin yubileyləri qeyd olunmuş, hədiyyələr verilmişdir. Bundan əlavə, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və istedadlı gənclər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda IV muxtar respublika yazı, dekorativ-tətbiqi sənət və rəsm müsabiqələri keçirilmişdir. Müsabiqənin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
Gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, bunun vasitəsilə ailə dəyərlərimizə bağlı olan ailələrin adət-ənənələrini ictimaiyyətə, yeni nəslə təqdim etmək, yeniyetmə və gənclərdə yaradıcılıq qabiliyyətini aşkara çıxarmaq və bədii zövqünü inkişaf etdirmək məqsədilə yeniyetmə, gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” II yaradıcılıq müsabiqəsi keçirilmişdir.
Muxtar respublikamızda milli dəyərlərimizin əsas hissəsi olan ailə dəyərlərinin qorunub yaşadılması, ailələrin bütövlüyünün möhkəmləndirilməsi istiqamətində bundan sonra da ardıcıl tədbirlər görüləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3163906
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2119
3743
24071
78453
3163906

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter