25 Mart 2019, Bazar ertəsi

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

2017-ci ildə muxtar respublika ərazisində ekoloji mühitin qorunması və bərpası sahəsində görülən işlər davam etdirilmiş, keçirilən yaşıllaşdırma aylıqları çərçivəsində 550 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 455 mindən çox ağac və gül kolu əkilmişdir. Əkilən ərazilərin 200 hektarını yeni meyvə bağı və yaşıllıqlar, 20 hektarını üzüm bağı, 17 hektarını badam bağı təşkil etmişdir. Meşə fondu sahələrindən 6400 kubmetr quru oduncaq kütləsi tədarük edilərək hərbi hissələrə verilmişdir. Həmçinin bu dövrdə muxtar respublikanın torpaq və iqlim xüsusiyyətlərinə uyğunlaşdırılmış 520 mindən çox meşə və meyvə tingi, həmişəyaşıl ağac, gül və bəzək kolları yetişdirilmişdir.
Ətraf mühitin mühafizəsi və qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər aparılmışdır. Bundan başqa, əhalinin istifadə etdiyi içməli və təsərrüfat sularının mövcud standartlara uyğunluğunun nəzarətdə saxlanılması məqsədilə 65 monitorinq keçirilmiş, su nümunələri götürülərək təhlil olunmuşdur. Yay-qış otlaqlarının, biçənək və örüşlərin, digər torpaq ehtiyatlarının geobotanik tərkibinin, münbitliyinin qorunması, bərpa edilməsi məqsədilə aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq tədbirlər davam etdirilmişdir.
Muxtar respublika ərazisində ətraf mühitin mühafizəsi tədbirlərinə ictimaiyyətin diqqətinin cəlb edilməsi, maarifləndirilməsi və məlumatlandırılması məqsədilə teleradio verilişləri, radio və qəzet materialları hazırlanmışdır.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792023
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2409
1728
2409
56340
3792023

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter