19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Son zamanlar arıqlamaq üçün istifadə olunan məhsulların sosial şəbəkələr üzərindən onlayn satışlarının təşkili geniş vüsət alıb. Həkim və dietoloq nəzarətindən kənar necə gəldi satılan həmin məhsullardan isə ən çox istifadə edən xanımlardır. Elə, bəlkə də, ona görədir ki, bu sahə getdikcə gəlirli bir biznesə çevrilir. 

Qısa araşdırma apardıq. Məlum oldu ki, dünyada ən çox istifadəçisi olan “İnstagram” şəbəkəsində “Herbalife Naxçıvan” adında onlarla səhifə yaradılıb. Əvvəlcə güclü reklamı aparılan bu məhsullar özünə kifayət qədər maraq cəlb etdikdən sonra onlayn yolla muxtar respublikaya gətirilərək satılır. Özü də insanların etibarından sui-istifadə edilərək qat-qat baha qiymətə, bəzən 100-150 manata. Həm də onların əksəriyyəti xaricdə istehsal edildiyindən bu məhsulların tərkibinə nəzarət imkanları da zəifdir. Halbuki həmin məhsullardan mütləq ixtisaslı dietoloqların nəzarəti altında istifadə olunmalıdır. Amma, təəssüf ki, arıqlama məhsullarının satışı ilə məşğul olanlar nə həkim, nə də dietoloqdur. Onlar, sadəcə, öz ciblərini bizim sağlamlığımız naminə dolduran işbazlardır. Beləcə, həmin işbazların toruna düşən insanlarımız öz əlləri ilə öz sağlamlıqlarına, necə deyərlər, balta vururlar.

Yuxarıda da qeyd etdiyimiz kimi, onlayn yolla satılan bu məhsullardan istifadə həkim-dietoloq nəzarəti altında həyata keçirilməlidir. Sosial şəbəkələrdə onları reklam edərkən məhsulun istifadəsinin bir sıra xəstəliyi olanlara qadağan edildiyi bildirilir. Onda sual oluna bilər: bəlkə, bu məhsullardan istifadə edən şəxs hər hansı bir xəstəliyin daşıyıcısı olmaqdan özü də xəbərsizdir, o zaman həmin şəxsdə baş verəcək fəsadlara görə kim cavab verəcək?!
Məhsullardan istifadə edənlər “bir neçə günə 4-5 kiloqram arıqladım”, – deyib aləmə hay təpir, sevinclərini başqaları ilə paylaşırlar. Sirr deyil ki, bu paylaşmalar, əsasən, məhsulun satıcıları tərəfindən müştərini cəlb etmək üçün düzülüb-qoşulur.
Məhsulların tərkibi və ya zərərli tərəfləri barədə isə mütəxəssislər durmadan həyəcan təbili çalırlar. Bəziləri hətta ölümə səbəb olacağını deyirlər. Bir sözlə, qısa zamanda itirilən çəkilər sağlamlığımıza, nəticə etibarilə, sabahımıza çox ciddi zərbələr vurur.
Mənim fikrimcə, arıqlamaq özfəaliyyət olmamalıdır. Təbii ki, bütün qadınlar gözəl görünmək istəyir. Amma bu, sağlamlığımız naminə başa gəlməməlidir. Artıq çəkidən qurtulmağın ən gözəl yollarından biri düzgün və səmərəli qidalanma, aktiv həyat tərzi və idmandır. Hər insanın orqanizmi onun bağçasıdır, iradəsi isə bağbanı. Hərəkət həyatdır. “Sağlam həyat sağlam idman və aktivliyin nəticəsidir”. Bu deyim idman sahəsində çalışan həkimlərin apardıqları araşdırmalardan sonra özləri üçün seçdikləri devizdir.
Sevindirici haldır ki, bu gün muxtar respublikamızda qadınlar üçün ən yüksək səviyyədə idman alətləri ilə təmin olunan aerobika, fitnes, bədii gimnastika salonları, tennis və üzgüçülük mərkəzləri fəaliyyət göstərir. Əgər Naxçıvanda bizim sağlamlığımız, ideal çəki və bədən quruluşuna sahib olmağımız üçün hərtərəfli imkan yaradılıbsa, bəs nə üçün biz bu imkanlardan səmərəli istifadə etməyək?! Gəlin arıqlama, çəkiitirmə adı ilə bizə sırınan zərərli vasitələrdən uzaq duraq, sağlamlığımıza süni yollarla balta vurmayaq. Axşamlar Naxçıvan şəhərinin sakit, təmiz yollarında bir saat yürüş etmək, görün, sizin sağlamlığınıza nə qədər müsbət təsir edəcək. Deyirlər, güclü olmaq istəyirsənsə, qaç, sağlam olmaq istəyirsənsə, qaç, gözəl olmaq istəyirsənsə, yenə də qaç!
Bu məqamda bir qədər geriyə qayıdaq. Hələ ötən ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir qrup şəxsin külli miqdarda dərman preparatlarının qanunsuz olaraq muxtar respublika ərazisinə gətirməsi və satışının təşkilinin qarşısı alınmışdı. Aparılan araşdırmalar zamanı məlum olmuşdu ki, bir qrup şəxs heç bir tibbi təhsili olmadığı halda, qanunsuz olaraq bir neçə nəfərlə əvvəlcədən razılığa gələrək dövlət qeydiyyatına alınmamış və normativ-texniki tələblərə cavab verməyən dərman preparatlarının muxtar respublika ərazisindəki əczaxanalarda satışını təşkil edib. Həmin şəxslər sosial şəbəkələrdəki (facebook və instagram) səhifələrində özünü insanlara həkim kimi təqdim edərək, ictimaiy­yət arasında tanınmağa çalışaraq asan qazanc dalınca düşmüşdülər. Amma vaxtında görülən tədbirlər nəticəsində həmin şəbəkənin qanunsuz əməllərinin qarşısı alındı.
Gəlin bu cür hallara qarşı hər birimiz barışmaz olaq və sağlamlığımıza biganə yanaşmayaq!

Sara ƏZİMOVA
jurnalist

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612285
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
329
3542
89425
135527
3612285

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter