19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud uşaqlara daim dövlət qayğısı göstərilir, onların hərtərəfli inkişafı, cəmiyyətə adaptasiyası və inteqrasiyası üçün ardıcıl olaraq lazımi tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı”nın təsdiq olunması və aid təşkilatlar tərəfindən bu proqramın icrası sağlamlıq imkanları məhdud uşaqların layiqli vətəndaş kimi formalaşması, cəmiyyətə inteqrasiya olunması üçün əlverişli şərait yaradır. Pro­qramın əsas məqsədi muxtar respublikamızda yaşayan sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, inklüziv təhsilə keçid imkanlarının artırılması, distant təhsilin inkişaf etdirilməsi, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi, onların müasir informasiya texnologiyalarından istifadə imkanlarının artırılması, eləcə də təlim-tərbiyəsilə bağlı müvafiq pedaqoji kadrların hazırlanmasıdır. Proqramın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2017-ci il ərzində sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası və təlim-tərbiyəsilə bağlı müvafiq tədbirlər həyata keçirmişdir. Belə ki, muxtar respublika üzrə 18 yaşadək sağlamlıq imkanları məhdud olan 1998 uşaqdan 268 nəfərinin məktəbəqədəryaşlı olduğu müəyyənləşdirilmiş və onlar haqqında məlumat bazası yaradılmışdır.

Ötən il ərzində komitə tərəfindən 1120 nəfər sağlamlıq imkanları məhdud uşağın ailələri ilə əlaqə saxlanılmış, məlumat bazasının yaradılması məqsədilə söhbətlər aparılmış, uşaqların əlillik göstəricisi və səbəbləri araşdırılmış, onların potensialına uyğun olaraq məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə göndərilmələri tövsiyə olunmuşdur.
Proqramın icrası ilə əlaqədar uşaq bağçalarına, ümumtəhsil müəssisələrinə, musiqi, idman, şahmat məktəblərinə və digər məktəbdənkənar müəssisələrə sağlamlıq imkanları məhdud uşaqların cəlb olunması diqqət mərkəzində saxlanılmışdır.
Proqrama uyğun olaraq müvafiq komissiya tərəfindən tədrisə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı monitorinqlərin aparılması, valideyn, şagird və müəllimlərlə maarifləndirici görüşlərin təşkili həyata keçirilir. Ümumilikdə, ötən il muxtar respublikanın 207 məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisələrində monitorinq keçirilmiş, xüsusi kateqoriyadan olan uşaqlara qarşı heç bir hüquq pozuntusu qeydə alınmamışdır. Eyni zamanda Ordubad şəhər 3 nömrəli, Kəngərli rayon Qıvraq qəsəbə, Şərur şəhər 2 nömrəli, Şahbuz şəhər 1 nömrəli tam orta məktəblərdə sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması ilə bağlı onların valideynləri və məktəb psixoloqları ilə görüş keçirilmişdir.
Komitə tərəfindən sağlamlıq imkanları məhdud uşaqların tətil günlərində asudə vaxtlarının səmərəli təşkili məqsədilə muxtar respublikanın rayon və şəhərlərində təşkil olunmuş teatr tamaşalarına, animasiya və cizgi filmlərinə 490 uşaq cəlb olunmuş, 11 nəfər sağlamlıq imkanları məhdud uşaq tarixi abidələrə ekskursiyalara aparılmış və bu kateqoriyadan olan 30 uşağın Ağbulaq İstirahət Mərkəzində 3 günlük “Yay məktəbi” çərçivəsində istirahəti təşkil olunmuşdur.
Sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması, yaradıcılıq müsabiqələrinin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə 2 aprel – Beynəlxalq Uşaq Kitab Günü ilə əlaqədar “Müstəqilliyimiz əbədidir” mövzusunda 30 uşaq arasında II muxtar respublika şeir müsabiqəsi keçirilmişdir. Müsabiqədə qalib olan və həvəsləndirici yerlərə layiq görülən uşaqlara diplom və hədiyyələr, digər iştirakçılara hədiyyələr təqdim olunmuşdur. Bundan əlavə, bu kateqoriyadan olan uşaqların solo konserti təşkil edilmiş, onlara diplom və hədiyyələr verilmişdir. Həmçinin uşaqların sərgi-satışlarda rəsm və əl işləri sərgilənmiş, onların satışı təşkil olunmuşdur.
Ümumilikdə, proqramın icrası ilə bağlı 2405 sağlamlıq imkanları məhdud uşağın ailəsi ilə əlaqə saxlanılmış, uşaqların əlillik göstəricisi və səbəbləri araşdırılmış, onlardan 218 nəfər məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə cəlb olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612273
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
317
3542
89413
135515
3612273

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter