23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

  Gözlənilməz hadisələrdən insana dəymiş zərərlərin əvəzinin ödənilməsini təmin edən sığorta sosial-iqtisadi inkişafın mühüm göstəricilərindən biridir. Bədbəxt hadisələrin daha tez-tez rast gələ bilinəcəyi yerlər arasında istehsalat obyektləri də vardır. Belə ki, müxtəlif işlər zamanı istehsalatda təhlükəsizliyin təmin edilməsi və işçilərin peşə əmək qabiliyyətinin qorunması tədbirləri gündən-günə daha da təkmilləşir, lakin baş verə biləcək gözlənilməz bədbəxt hadisələr qaçınılmaz olduqda bu, həmin insanların əmək qabiliyyətinin itirilməsinə səbəb ola bilir. Belə hadisələrdən zərərçəkmiş insanın özünün və ailəsinin sosial müdafiəsinə xidmət edən icbari sığorta isə mühüm ictimai əhəmiyyət daşıyır. Əgər vaxtında bağlanılmış sığorta müqaviləsi varsa, zərərçəkmiş insanın həyatına, sağlamlığına və əmək qabiliyyətinə dəyən zərərlərin əvəzi sığorta orqanları tərəfindən ödənilir. 

Dövlətimiz tərəfindən vətəndaşların həyatının və sağlamlığının qorunması üçün mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın tətbiqidir. Bu sığortanın mahiyyəti insan­larımızın həyatı və sağlamlığına verilən dəyərlə ifadə olunur. Buna görə də həmin sığorta növünə hər bir işçinin gələcəyinin zəmanəti kimi baxmaq olar.
İcbari sığorta növü ölkəmizdə 2010-cu il 11 may tarixdə qəbul edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aparılır. Həyata keçirilən sığorta istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığorta olunanların əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur. İş vaxtı əmək qabiliyyətini itirmiş şəxslərin və ya onların himayəsində olmuş digər insanların maddi təminatında bu ödənişlərin mühüm əhəmiyyəti vardır.

Bu sığorta növündə sığortaçı, sığortalı, sığortaolunan və digər faydalanan şəxslərin hüquq və vəzifələri qanunla müəyyənləşdirilmişdir. Belə ki, işəgötürən kimi hüquqi və ya fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi və ya mülki-hüquq müqaviləsi əsasında işləyən hər bir işçi, dövlət orqanlarında çalışanlar, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, habelə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş və işləyən şəxslər istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari qaydada sığorta olunmalıdırlar. Bundan əlavə, həmin qanuna görə istehsalat təcrübəsi keçən tələbə və şagirdlər, müəssisələrdə işə cəlb olunmuş hərbi qulluqçular, hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb olunmuş şəxslər də bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta olunmalıdırlar.
Bu sığorta növündə zərərçəkənlərə verilən ödənişlər isə icbari sığorta müqaviləsi bağlanılmış şəxsin əmək fəaliyyətini yerinə yetirdiyi zaman bədən üzvlərinin zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin şəkildə pozulması, o cümlədən əlverişsiz və zərərli istehsalat amillərinin təsiri ilə yaranan xroniki və ya kəskin xəstəlik halları zamanı həyata keçirilir. Bağlanmış müqaviləyə əsasən sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququna malik faydalanan şəxsə müəyyənləşdirilmiş zərər məbləği həddində sığorta ödənişi verilir.
Ancaq qeyd etmək lazımdır ki, istehsalatda bədbəxt hadisələrin baş verməsi və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın tətbiqi zamanı sığortaçı baş vermiş sığorta hadisəsinin sığorta­olunanın özü tərəfindən qəsdən törədilmiş hərəkətin nəticəsi olması, habelə onun sərxoş vəziyyətdə olması halında baş verdiyi zaman sığorta ödənişindən imtina hüququna malikdir.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi və ya ölüm halı baş verdikdə sığorta­olunan və yaxud faydalanan şəxslər sığorta ödənişi almaqla maddi dəstək əldə edirlər. Bu zaman faydalanan şəxslər kimi istehsalatda sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin özü və ya sığorta hadisəsi nəticəsində sığortaolunanın ölməsi halında onun himayəsində olmuş əmək qabiliyyəti olmayan şəxslər, habelə sığortaolunanın ölümündən sonra doğulmuş övladları və digər faydalanan insanlar nəzərdə tutulur.
Sığortahaqqına gəldikdə, bu, xeyrinə icbari sığorta müqaviləsi bağlanılan şəxslərin müəyyən olunmuş qaydada hesablanan birillik əməkhaqqı fondunun sığorta tarifinin faiz nisbəti əsasında hesablanır. İşəgötür­ən­ tərəfindən ödənilən sığortahaqqının tarifi isə istehsalatda fəaliyyət növündən asılı olaraq müəyyən edilmiş peşə riskinin dərəcəsindən və sığortaolunanların kateqoriyalarından asılı olaraq 0,2 faizdən 2 faizədək müəyyənləşdirilir.
Hər bir işçi üçün iş yerində baş verə biləcək bədbəxt hadisələrdən və peşə xəstəliklərindən, peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın həyata keçirilməsi işəgötürənin qanunvericiliklə müəyyən olunmuş vəzifəsidir. İşəgötürən sahibkar bu vəzifələri yerinə yetirməklə öz işçilərinin sosial müdafiəsini də təmin etmiş olur. Ona görə də bu sığortanın aparılması göstərilən hallarda əmək qabiliyyətini itirmiş şəxslərin və ya onların himayəsində olmuş digər insanların maraq və mənafelərinin müdafiəsinə xidmət edir.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4811815
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10920
15275
10920
346875
4811815

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter