13 Dekabr 2017, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Kəngərli rayonunun timsalında da bunu görmək olar

Davamlı inkişafın təmin edilməsində təkcə iqtisadi artım deyil, təbii və insan ehtiyatlarından səmərəli istifadə, məşğulluq sisteminin inkişafı nəticəsində işsizlik və yoxsulluq səviyyəsinin aradan qaldırılması kimi sosial məsələlər də vacib şərt hesab olunur. 

İnsan fəaliyyətinin bütün sahələrində təzahür edən məşğulluq, bütövlükdə, cəmiyyətin mövcudluğunun maddi-­mənəvi əsası, səmərəli iqtisadi fəaliyyətin nizamlanması üçün mühüm amildir. İnsan əməyi olmadan istehsal prosesini həyata keçirmək mümkün deyil. Ona görə də müasir iqtisadi şəraitdə dövlətimizin makroiqtisadi siyasətinin əsas məqsədlərindən biri əmək qabiliyyətli əhalinin məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir.
Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsini yaşayan Naxçıvan Muxtar Respublikasında formalaşdırılmış möhkəm iqtisadi əsaslar fonunda əhalinin maddi rifah halının davamlı olaraq yüksəlməsi, insanların etibarlı sosial müdafiəsinin təşkili mühüm əhəmiyyət daşıyır. Regionda sosial-iqtisadi tərəqqi prosesində qazanılan nailiyyətlərin miqyasının ildən-ilə genişlənməsi və dərinləşməsi əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bərabər, bu istiqamətdə mümkün zəruri tədbirlərin uğurla reallaşmasına da yeni imkanlar açır. Sosial-iqtisadi problemlərin həlli, yoxsulluğun azaldılması, işgüzar fəallığın yüksəldilməsi, habelə məşğulluğun artırılması istiqamətində muxtar respublikada son illər ərzində uğurlu addımlar atılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilən və muxtar respublikanın sosial-iqtisadi inkişaf istiqamətlərini özündə əks etdirən dövlət proqramlarından irəli gələn vəzifələrin həyata keçirilməsi Naxçıvanın davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, məşğulluğun təmin edilməsi üçün geniş imkanlar açıb.
Məşğulluq strategiyasının həyata keçirilməsi, eyni zamanda əhalinin məşğulluğunun artırılması üzrə dövlət pro­qramlarının uğurlu icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaradıb. Belə ki, təkcə 2016-cı ildə Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti, traktorçu-maşınçı, xalçaçı, aşpaz köməkçisi peşələri və digər peşələr olmaqla, ümumilikdə, 413 nəfər peşə kurslarına, 93 nəfər isə ixtisasartırma kurslarına cəlb edilib. Penitensiar Xidmətin Cəza­çəkmə Müəssisəsində 12 məhkum qazanxana maşinisti, 12 məhkum bərbər, 10 məhkum isə daş üzərində oyma peşələri üzrə kurslara cəlb olunub. Bundan əlavə, Təhsil Nazirliyinin tabeliyindəki peşə-ixtisas təhsili müəssisələrində 2 min 956 gənc müxtəlif peşələrə yiyələnib.
Muxtar respublikamızın digər bölgələri kimi, Kəngərli rayonunda həyata keçirilən məşğulluq tədbirləri də öz əhəmiyyəti ilə seçilir. Bu sahədə görülən işlər işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaranların sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində 2016-cı ildə rayonda 178 yeni iş yeri yaradılıb ki, bunun da 174-ü və ya 97,8 faizi daimi iş yeridir. Ötən il rayonda 282 nəfər işaxtaran vətəndaşdan 264 nəfəri işlə təmin olunub. 27 nəfər peşə hazırlığına cəlb olunub, 22 nəfər ictimai işlərə göndərilib. 2016-cı ildə rayonda keçirilən əmək yarmarkalarında 53 şəxsə göndəriş verilib, 50 nəfər işlə təmin olunub. Naxçıvan şəhərində təhsil və səhiyyə işçiləri üçün keçirilən yarmarkalarda rayon sakinlərindən 47 nəfəri Kəngərli rayonunun təhsil və səhiyyə müəssisələrində daimi işlə təmin edilib.
Rayon Məşğulluq Mərkəzindən aldığımız məlumata görə, həyata keçirilən məşğulluq tədbirləri bu ilin ötən dövründə də diqqət mərkəzində saxlanılıb. Belə ki, cari ilin ilk doqquz ayı ərzində rayon üzrə 223 nəfər işaxtaran vətəndaş qeydə alınıb. Bu günədək 218 nəfər işlə təmin edilib. Onlardan 92 nəfəri qadınlar olub. İşlə təmin olunan vətəndaşlardan 100 nəfərini 16-29 yaş arası gənclər, o cümlədən 41 nəfərini alitəhsilli, 27 nəfərini orta ixtisas təhsilli, 124 nəfərini orta təhsilli vətəndaşlar, 26 nəfərini isə peşə ixtisası məktəblərinin məzunları təşkil edib. Eyni zamanda işlə təmin edilən peşə ixtisası məzunlarından 19 nəfəri qadınlar olub. Bundan əlavə, həmin dövrdə 2 nəfər ictimai işə cəlb olunub, 20 nəfər isə peşə təlimi kurslarına göndərilib. Onlardan 15 nəfərini 16-29 yaş arası gənclər, o cümlədən 11 nəfərini qadınlar təşkil edib. Peşə təlimi kursunu bitirən məzunların da işlə təmin olunması diqqət mərkəzində saxlanılıb. Belə ki, məzunlardan 14 nəfəri işlə təmin edilib.
Sosial-iqtisadi inkişaf cəmiyyətin potensial istehsal imkanlarının yüksəlməsinə müsbət təsir göstərməklə həyat tərzini, yaşayış imkanlarını yaxşılaşdırır və məşğulluğun artırılması ilə nəticələnir. Bu baxımdan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi cari ildə muxtar respublikamızda, həmçinin Kəngərli rayonunda məşğulluğun yüksəlməsinə də öz layiqli töhfəsini verəcəkdir.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5651672
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1425
17035
35124
197563
5651672

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter