23 Noyabr 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Xəbər verdiyimiz kimi, avqust ayının 25-dən etibarən Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazarda və muxtar respublikamızın rayon mərkəzlərində məktəbli yarmarkaları təşkil olunub. 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə hər il keçirilən məktəbli yarmarkaları artıq ənənəvi hal alıb. Belə yarmarkalar yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimlərinə və dərs ləvazimatlarına olan tələbatlarının daha asan şəkildə təmin edilməsində mühüm rol oynayır. Həm qiymətlərin ucuzlaşmasına, həm də süni qiymət artımına nəzarətin güclənməsinə səbəb olan yarmarkalar övladlarını məktəbə yola salmağa hazır­laşan valideynlərin işini xeyli asanlaşdırıb. Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanır. Yarmarkada olarkən söhbətləşdiyimiz valideynlər yaradılmış şəraitdən razılıq etdilər.
Zöhrab Ağayev: – Hər bir valideyn çalışır ki, yeni tədris ilində övladına yeni məktəbli forması, dərs ləvazimatları alsın. Əvvəllər satıcılar alıcılara yüksək qiymətlərlə məhsullar təklif edirdilər. Düşünürdülər ki, valideynlər nə olursa-olsun, həmin ləvazimatları almağa məcburdur. İndi isə təşkil edilən belə yarmarkalar həm süni qiymət artımının, həm də məktəb ləvazimatlarının qanunsuz küçə satışının qarşısını alıb. Bu isə həm xərclərin optimallaşdırılması, həm də daha keyfiyyətli ləvazimatlar əldə etmək baxımından əhəmiyyətlidir.

Digər müsahibimiz Leyla Əhmədova süni qiymət artımının qarşısının alınması məqsədilə keçirilən yarmarkaların təşkilindən razılıq etdi. O bildirdi ki, yarmarkadakı qiymətlər bazar qiymətlərindən xeyli aşağıdır. Həm də çeşid bolluğu olduğundan seçim rahatdır.
Həvva Quliyeva isə bu il birinci sinfə qədəm qoyacaq nəvəsi üçün yarmarkaya gəldiyini bildirdi. Onun dediklərindən: “Bir zamanlar bütün sahələrdə olduğu kimi, təhsilimizdə də vəziyyət acınacaqlı idi. Lazım olan dərsliklərin tapılmaması, yaxud onların bazarlarda çox baha qiymətə satılması adi hala çevrilmişdi. Artıq o günlər xeyli geridə qalıb. Bu mənada, indi orta məktəblərdə təhsil alan şagirdlərə qibtə ilə baxmaq olar. Onlar üçün məktəbli yarmarkasında nə istəsən var. Mən də nəvəm üçün yarmarkadan lazımi ləvazimatları aldım. Bu şəraiti yaradanlara minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, yarmarkada təkcə şagirdlər üçün deyil, müəllimlər üçün də müəyyən ləvazimatlar satışa çıxarılıb. İbtidai sinif müəllimi Xanım Əhmədova deyir ki, hər il zəruri ləvazimatları bu yarmarkadan alır. Müsahibimiz yaradılmış şəraitdən müəllim həmkarlarının da çox razı qaldığını bildirdi.
Məktəbli yarmarkasının təşkili, buradakı qiymətlərin münasibliyi haqqında görüşüb söhbət etdiyimiz hər kəs ­ürəkdolusu danışdı.
Qeyd edək ki, məktəbli yarmarkası sentyabrın 15-dək davam edəcək.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5321094
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5678
18695
60668
369300
5321094

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter