18 Oktyabr 2017, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Sentyabrın 12-də Naxçıvan Şəhər İcra Hakimiyyəti Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə şəhərdə sığorta işinin mövcud vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı tədbir keçirib. 

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov giriş sözü ilə çıxış edərək son dövrlərdə şəhərdə sığorta sahəsində görülmüş işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxışında sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirilib ki, baş vermiş müxtəlif gözlənilməz hadisələrə qarşı vaxtında sığorta olunmaq dəymiş zərərlərin qısa müddətdə bərpa edilməsinə şərait yaradır. Belə ki, sığorta hadisələrinin vurduğu zərərlərə görə verilən ödənişlər insanlara maddi kömək üçün mühüm bir vasitədir.

Ötən dövrdə Naxçıvan şəhərində sığorta sahəsində görülmüş işləri təhlil edən baş direktor qeyd edib ki, sığorta fəaliyyətinin genişləndirilməsi istiqamətində müəyyən işlər görülüb, müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilələrin sayında artım olub. Belə ki, cari ilin 8 ayında Naxçıvan şəhəri üzrə 11 min 996 sığorta müqaviləsi bağlanılıb ki, onlardan da 2 min 496-sı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 4 min 412-si daşınmaz əmlakın icbari sığortası olub.
Tədbirdə Naxçıvan şəhərində sığorta sahəsində görülmüş işlərlə bərabər, icbari qaydada sığorta olunmalı olan daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslərin mövcud olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, qanuna əsasən icbari qaydada sığorta olunmalı bütün obyektlərin sığortası təmin edilməlidir. Baş direktor bildirib ki, qarşıya qoyulmuş vəzifə bu sahədə maksimum nəticə əldə olunması, əhali arasında sığorta mədəniyyətinin daha da yüksəldilməsi və kütləviliyin təmin olunması üçün səylərin daha da artırılmasıdır.
Tədbirdə Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Rəşadət Əliyev, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Naxçıvan Şəhər Şöbəsinin rəis müavini Nəsimi Hüseynov Naxçıvan şəhərində icbari sığortaların vəziyyəti barədə məlumat veriblər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirə yekun vuraraq şəhərdə sığorta işinin günün tələbləri səviyyəsində aparılması istiqamətində müvafiq tapşırıqlar verib.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4739015
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17745
16138
47590
274075
4739015

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter