21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Cəmiyyət inkişaf etdikcə sığortanın faydalarından istifadə imkanları da artır. Bu sahədə aparılan işlərin təcrübəsi göstərir ki, burada müəyyən riskli hadisələr zamanı ödənilən sığorta məbləği məsələləri mühüm yer tutur. Ona görə də sığorta fəaliyyətlərinin tənzimlənməsi üzrə mövcud qanun və qaydalara görə hansı riskli halların sığorta hadisəsi hesab olunduğunun bilinməsi vacibdir.
Qeyd edək ki, sığorta gözlənilməz hadisələrdən zərərçəkmiş insanların maddi itkilərini aradan qaldırmaq məqsədi daşıyır. Başqa sözlə, sığortanın hansı hadisələrə təminat verməsi icbari sığortalarda qanunla və bağlanılmış müqavilə ilə, könüllü sığortalarda isə müəyyənləşdirilmiş qaydalar və tərəflər əsasında bağlanılmış müqavilə əsasında təyin olunur. Sığortadan gözlənilən nəticələr isə həm iqtisadi, həm də sosial səmərə baxımından çox əhəmiyyətlidir. Belə ki, sığorta olunmaqla insanlar öz həyatı, sağlamlığı və əmlakına qarşı ola biləcək müəyyən gözlənilməz və bədbəxt hadisələr nəticəsində dəymiş maddi zərərləri aradan qaldıra bilərlər.

İnsanın rastlaşdığı gözlənilməz və bədbəxt hadisələr çoxdur. Lakin bunların hamısı sığorta hadisələri hesab olunmur. Sığorta hadisələri təsadüfi, gözlənilməz, əvvəlcədən müəyyən olunmayan hadisələrin nəticəsi olmalıdır. Bundan əlavə, qeyd etmək lazımdır ki, sığorta olunmaq riskli hadisənin baş verməsinin qarşısını almır, yalnız onun törətdiyi maddi itkiləri aradan qaldırmağa xidmət edir. Belə ki, daşınmaz əmlak sığorta olunub deyə, burada yanğının baş verməyəcəyinə heç kim zəmanət verə bilməz. Bu yalnız yanğın, zəlzələ, subasma və sair kimi təsadüfi, əvvəlcədən bilinməyən, təkrarolunan hadisələrin səbəb olduğu zərərlərin aradan qaldırılmasına xidmət edir. Ona görə də nəzərə alınmalıdır ki, xarakterində təsadüfilik, gözlənilməzlik, əvvəlcədən müəyyən edilməməzlik olmayan hadisələr üçün sığorta işi aparılmır və bu hadisələr sığorta hadisəsi hesab olunmur. Məsələn, qrunt sularının yer səthinə yaxın olduğu ərazidə özünə ev tikən vətəndaşlar burada hər an subasma ehtimalı olduğunu bildikləri üçün bu hadisədən daşınmaz əmlakını sığorta etdirə və müvafiq olaraq da həmin hadisə baş verdikdə sığorta ödənişi tələb edə bilməzlər. Eləcə də yaşayış evinin köhnəlikdən, uzun müddət istifadə olunmamasından və baxımsızlıq nəticəsində yararsız vəziyyətə düşməsi də sığorta hadisəsi sayılmır. Bununla yanaşı, yanğın, zəlzələ, daşqın, digər qəfil və gözlənilməz hadisələrdən dəyən zərərləri minimumlaşdırmaq üçün sığorta həmişə insanlara faydalı olub, bağlanılmış müqaviləyə əsasən dəymiş zərərlərin əvəzini ödəyir.
Ölkəmizdə həyata keçirilən konkret sığorta fəaliyyəti növləri üzrə sığorta hadisələri müəyyən olunub. Məsələn, vətəndaşlara məxsus olan daşınmaz əmlakın icbari sığortası zamanı sığorta agentliyi vətəndaşların ödədiyi sığortahaqqı müqabilində bağlanılan müqavilə əsasında baş verə biləcək yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğu və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və üçüncü şəxslərin hərəkətləri zamanı dəymiş faktiki zərər həcmində sığorta məbləği ödəyir. Göründüyü kimi, yuxarıda qeyd olunan və qanunda da göstərilmiş hadisələrin təsadüfiliyi, onların gözlənilməz olması əsas meyar kimi diqqəti cəlb edir.
Bu sahədə tənzimlənmə işləri sığortaçı ilə sığortaolunan vətəndaş arasında müqavilənin bağlanması ilə başlayır. Belə ki, icbari sığorta müqaviləsinin bağlanılması sığortaçı və sığortaolunanın istəyinə görə deyil, qanunun tələbinə görə aparılır. Qanunda göstərilən şərtlər əsasında sığorta müqaviləsi bağlanıldıqda sığortalıya sığorta agentliyi tərəfindən sığorta şəhadətnaməsi təqdim olunur. Bu sənəddə sığortaçı və sığortalıya aid olan məlumatlarla bərabər, sığorta predmeti, yəni nəyin sığorta olunduğu, sığorta riskləri, sığortahaqqının məbləği, onun verilməsi qaydası və müddəti, eləcə də sığorta məbləği göstərilir. Sığorta müqaviləsi bağlanıldıqda təqdim olunan şəhadətnamədə göstərilən məlumatlarla yanaşı, tərəflər arasında hər müqavilə bağlandığı zaman sığorta agentliyinin mütəxəssisləri tərəfindən vətəndaşlara əlavə maarifləndirici məlumatlar da verilir. Bu zaman bildirilir ki, sığorta təminatı qanunda və qaydalarda göstərilən və sığorta şəhadətnaməsində də qeyd olunan hallar üçün verilir.
Sığorta fəaliyyəti məsuliyyətli bir işdir. Ona görə də bu işin dəqiq yerinə yetirilməsi tələb olunur. Belə ki, cəmiyyətimizdə mövcud olan bütün iqtisadi münasibətlər kimi sığorta da burada iştirak edən tərəflərin qarşılıqlı maraq və mənafeləri üzərində qurulmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi, icbari sığortalar üzrə baş vermiş hadisələrə yanaşma həmin icbari sığorta üzrə qanunla müəyyən olunmuş və sığorta müqaviləsində göstərilmiş hadisələr dairəsində baxılmalıdır. Könüllü sığortalar üzrə müqavilələr bağlanılarkən sığorta növü üzrə müəyyən edilmiş qaydalarda göstərilən və müqavilədə əks olunan hadisələr əsas götürülür. Bu sahədə işlərin səmərəli təşkili məqsədilə vətəndaşların bir çox növdən olan sığorta müqavilələrinə qoşulması üçün lazımi işlərin görülməsi, daha çox maarifləndirmə aparılması tələb olunur.
- Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5283783
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5160
18197
23357
331989
5283783

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter