21 Avqust 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Şahbuz şəhərində, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında “Yay tətili uşaqların gözü ilə” devizi altında festival təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Şahbuz Rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən festivalda Şahbuz rayonunda fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin kollektivləri iştirak ediblər.

Əvvəlcə 2016-2017-ci tədris ilində keçirilən müsabiqələrdə uğur qazanan Şahbuz rayonunun məktəbdənkənar müəssisələrinin 6 ən fəal dərnək üzvü və 6 ən yaxşı dərnək rəhbərinə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov tərəfindən diplomlar təqdim olunub.

 Tədbirin aparıcıları qeyd ediblər ki, muxtar respublikada uşaqların sağlam, bilikli, vətənpərvər böyümələri üçün geniş imkanlar mövcuddur. Belə ki, hər il muxtar respublikada ümumtəhsil müəssisələri üçün yeni binalar tikilir, məktəblərin maddi-texniki bazası möhkəmləndirilir, tədris ocaqları müasir informasiya texnologiyaları ilə təmin olunur, açıq və örtülü idman qurğuları yaradılır. Bunu Şahbuz rayonunun da timsalında aydın görmək olar. Son illər rayonda 23 ümumtəhsil məktəbi ilə yanaşı, idman, şahmat məktəbləri və Uşaq Yaradıcılıq Mərkəzi üçün binalar tikilərək və ya yenidən qurularaq müəllim və şagirdlərin ixtiyarına verilib. Rayonda fəaliyyət göstərən 6 məktəbdənkənar müəssisə də hərtərəfli qayğı əhatəsindədir.

Sonra rayonun məktəbdənkənar müəssisələrində fəaliyyət göstərən istedadlı uşaqların hazırladıqları əl işləri – rəsm, toxuma, tikmə, dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunub, bir-birindən maraqlı mahnılar səsləndirilib. Uşaq və yeniyetmələr şahmat taxtası arxasında yarışıb, idmançılar bacarıqlarını nümayiş etdiriblər. Məktəblilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən festival rayon sakinləri tərəfindən də maraqla qarşılanıb.

Qeyd edək ki, bundan əvvəl analoji tədbirlər Naxçıvan şəhəri və Şərur rayonunda təşkil olunmuşdu.

Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3839252
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1174
13316
1174
293469
3839252

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter