22 İyul 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqram Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi islahatların uğurla həyata keçirilməsi, kadr potensialının təkmilləşməsi və hər bir sağlamlıq imkanları məhdud uşağın layiqli vətəndaş kimi cəmiyyətə inteqrasiya olunması üçün əlverişli şərait yaradır. 

Proqramın əsas məqsədi muxtar respublikamızda yaşayan sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, ink­lüziv təhsilə keçid imkanlarının artırılması, distant təhsilin inkişaf etdirilməsi, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi, onların müasir informasiya texnologiyalarından istifadə imkanlarının artırılması, eləcə də təlim-tərbiyəsi ilə əlaqədar müvafiq pedaqoji kadrların hazırlanmasıdır. Proqramın icrası ilə bağlı aid dövlət orqanları, o cümlədən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası və təlim-tərbiyəsi ilə əlaqədar müvafiq tədbirlər həyata keçirmişdir. Belə ki, muxtar respublika üzrə 18 yaşadək sağlamlıq imkanları məhdud olan 2024 nəfər uşaqdan 251 nəfərinin məktəbəqədəryaşlı olduğu müəyyənləşdirilmiş və onlar haqqında məlumat bazası yaradılmışdır.

Cari ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 750 nəfər sağlamlıq imkanları məhdud uşağın valideynləri ilə əlaqə yaradılaraq maarifləndirici söhbətlər aparılmışdır. 29 nəfər sağlamlıq imkanları məhdud uşaq məktəbəqədər, məktəb, məktəbdənkənar təlim-tərbiyə, müalicə və reabilitasiya müəssisələrinə yönləndirilmişdir.
Komitə tərəfindən cari ildə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı monitorinqlərin aparılması məqsədilə muxtar respublikanın 135 məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisələrində monitorinq keçirilmiş, xüsusi kateqoriyadan olan uşaqlara qarşı heç bir hüquq pozuntusu qeydə alınmamışdır. Eyni zamanda Ordubad şəhər 3 nömrəli, Şərur şəhər 2 nömrəli və Qıvraq qəsəbə tam orta məktəblərində sağlamlıq imkanları məhdud uşaqlar üçün tolerant mühitin yaradılması ilə bağlı onların valideynləri, məktəb direktoru və psixoloqları ilə görüş keçirilmişdir.
Uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə teatr tamaşalarına, animasiya və cizgi filmləri nümayişinə, konsert proqramlarına komitə tərəfindən 490 nəfər sağlamlıq imkanları məhdud uşaq cəlb olunmuşdur.
Bundan əlavə, 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 27 may tarixdə 30 nəfər sağlamlıq imkanları məhdud və digər xüsusi kateqoriyadan olan uşaqların muxtar respublikanın istirahət guşələrinə, muzeylərə və tarixi abidələrə ekskursiyaları təşkil edilmişdir. Sonda ekskursiyaya cəlb olunmuş uşaqlara Naxçıvan Dövlət Film Fondu tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyat və döyüş fəaliyyətinə həsr edilmiş “Yaddaş” filmi nümayiş olunmuş və uşaqlara hədiyyələr verilmişdir.
Mayın 30-da komitə tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün qanvermə aksiyası təşkil edilmiş, 6 litr qan toplanaraq hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən uşaqlara köçürülməsi məqsədilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin qan bankına verilmişdir.
Bundan başqa, iyunun 19-21-də uşaqların tətil günlərində asudə vaxtlarının səmərəli təşkili məqsədilə 29 nəfər sağlamlıq imkanları məhdud uşağın Ağbulaq İstirahət Mərkəzində 3 günlük istirahətləri təmin olunmuşdur.
Ümumiyyətlə, komitə tərəfindən 6 ay ərzində əlaqə saxlanılan 750 nəfər sağlamlıq imkanları məhdud uşaqdan 7 nəfər məktəbəqədər, 8 nəfər məktəbdənkənar müəssisələrin dərnəklərinə, 2 nəfər idman məktəblərinə, 12 nəfər müalicə və reabilitasiya müəssisələrinə olmaqla, cəmi 29 nəfər məktəbəqədər, məktəbdənkənar təlim-tərbiyə, müalicə və reabilitasiya müəssisələrinə cəlb olunmuşlar.
Komitə tərəfindən muxtar respublikada qeydiyyatda olan 2024 nəfər sağlamlıq imkanları məhdud uşağın rayonlar və illər üzrə xəstəliklərinin təhlili aparılmışdır. Təhlillərə əsasən rayonlar üzrə ən çox yayılmış xəstəliklərin qarşısının alınması məqsədilə cari ilin mart ayından muxtar respublikanın kənd mərkəzlərində qadınlar arasında maarifləndirici tədbirlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müvafiq proqramın icrası ilə bağlı tədbirləri hazırda da davam etdirir. Bütün bu görülən tədbirlər bir məqsədə – gələcəyimizin sağlam təməllər üzərində qurulmasına, uşaqların vətənimiz, dövlətimiz üçün layiqli vətəndaş kimi yetişməsinə xidmət edir. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3403088
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3855
18489
78709
319701
3403088

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter