24 Noyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2017-ci ilin birinci yarısında aktiv məşğulluq tədbirləri davam etdirilmişdir.
Bu dövrdə 1299 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 6 şəxs kvota yerlərinə göndərilmiş, 136 nəfər haqqıödənilən ictimai işə cəlb olunmuşdur. İşlə təmin edilənlərdən 56-sı məhdud fiziki imkanlı şəxs, 1-i cəzaçəkmə müəssisəsindən azad edilən, 4-ü isə hərbi xidmətdən yeni tərxis olunanlardır. Qeyd olunan dövrdə 44 nəfər kəndlərdəki xidmət mərkəzlərində, keçirilən əmək yarmarkalarında isə 206 işaxtaran peşə və ixtisasına uyğun işlə təmin olunmuşdur.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunmuş, kurslara 207 nəfər cəlb edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən iyunun 14-də Şərur, Babək, Ordubad və Culfa rayonlarından olan və uzun müddət ünvanlı dövlət sosial yardımı alan 15 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün cins inəklər verilmişdir.

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların təhsili, sosial reabilitasiyası və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, Naxçıvan Regional İnformasiya Mərkəzində defektoloji, multisensorlu, təlim-bərpa, psixoloji dəstək və əmək terapiyası xidmətlərinə 148 uşaq cəlb edilmişdir. Hərəkət qabiliyyəti məhdud 2 uşaq üçün isə distant tədris təşkil olunmuşdur. Tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 60 uşaq Ağbulaq İstirahət Mərkəzinə göndərilmişdir.
Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 133 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 142 uşağın müalicəsi təşkil edilmişdir. Həmçinin sağlamlıq imkanları məhdud 40 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilmiş, 50 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuş, məhdud fiziki imkanlı 182 nəfərə səyyar protez-ortopedik xidmət, 22 nəfərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına, 19 nəfərin respublika daxilində müalicəsinə maddi köməklik göstərilmişdir.
Paralimpiya Federasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhərində şahmat, üzgüçülük, qolbol, boccia, tennis və bədii gimnastika bölməsi, Şərur rayonunda 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlardan ibarət bədii gimnastika, üzgüçülük, masaüstü tennis, atıcılıq və şahmat bölməsi, Ordubad rayonunda şahmat və basketbol bölmələri, Culfa rayonunda şahmat və futbol bölməsi, Şahbuz rayonunda şahmat bölməsi, Kəngərli rayonunda şahmat, voleybol və futbol bölmələri fəaliyyətə başlamışdır. Müvafiq dövrdə sağlamlıq imkanları məhdud şəxslər arasında boccia və pauerliftinq, futzal, armreslinq üzrə yarış təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5346198
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11446
19336
85772
394404
5346198

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter