22 İyul 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

İyul ayının 7-9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, “Naxçıvan” Universiteti, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin iştirakı ilə Ağbulaq İstirahət Mərkəzində gənclərin “Yay məktəbi” təşkil olunub.
Naxçıvan şəhərindən Ağbulaq İstirahət Mərkəzinə yola düşən gənclər əvvəlcə mərkəz ilə tanış olublar. Burada ilk gün ərzində gənclər stolüstü idman oyunları oynayıb, onlar arasında “Nuh yurdu” intellektual oyunu keçirilib.

“Yay məktəbi”nin ikinci günü gənclər səhər gimnastikası ilə məşğul olub, iştirakçılar arasında müxtəlif idman oyunları keçirilib, onların Ağbulaq kəndi ərazisinə gəzintisi təşkil edilib. Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivi konsert proqramı ilə çıxış edib. Sonuncu gün isə gənclərin Şahbuz Dövlət Təbiət Qoruğuna gəzintisi təşkil olunub, gəzintilər zamanı çəkilmiş fotoşəkillərin müsabiqəsi keçirilib. Fərqlənən fotoşəkillərin müəllifləri, həmçinin “Nuh yurdu” intellektual oyununda və “Yay məktəbi”ndə fəal iştirak edən gənclər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanları ilə təltif olunublar.
Günün sonunda gənclər Naxçıvan şəhərinə yola düşüblər. Budəfəki “Yay məktəbi”ndə “Naxçıvan” Universitetinin 60 tələbəsi iştirak edib.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3403146
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3913
18489
78767
319759
3403146

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter