24 İyul 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasında şəhər infrastrukturunun inkişafı ilə yanaşı, insanların sağlamlığının qorunması və istirahətinin səmərəli təşkili də diqqət mərkəzində saxlanılır. 2014-cü ilin iyul ayında Uzunoba Su Anbarında yeni çimərliyin istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamı olmaqla bərabər, həm də insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Ötən il olduğu kimi, bu il də şəhər sakinləri Uzunoba İstirahət Kompleksində fəaliyyət göstərən Naxçıvan şəhər çimərliyində öz vaxtlarını səmərəli keçirəcəklər. 

İyunun 15-də Naxçıvan şəhər çimərliyində çimərlik mövsümünün başlanması münasibətilə tədbir keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirdə çıxış edərək deyib ki, bu gün Naxçıvan şəhərində insanların sağlamlıqlarının qorunması və istirahətinin səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhər çimərliyi də bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi mühüm əhəmiyyət daşıyır. Yeni mövsümə başlayan çimərlikdə yüksək səviyyəli istirahət və xidmət şəraiti yaradılıb. Burada restoran və digər xidmət sahələri fəaliyyət göstərir. Bu da isti yay günlərində sakinlərin və şəhərə gələn qonaqların istirahətinin səmərəli təşkilinə imkan verəcək.

Sonra Naxçıvan Muxtar Respublikası fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev yeni mövsümdə Naxçıvan şəhər çimərliyində həyata keçirilən tədbirlər barədə məlumat verib, burada göstəriləcək təhlükəsizlik xidmətlərindən danışıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi əvəzi, polkovnik-leytenant Azadil Hüseynov qeyd edib ki, çimərliyin ümumi sahəsi 14 min 850 kvadratmetrdir. Böyüklər və uşaqlar üçün nəzərdə tutulan çimərlik iki hissədən ibarətdir. Uşaqlar üçün çimərliyin uzunluğu 30 metr, eni 15 metr, dərinliyi isə 70-120 santimetrdir. Böyüklər üçün çimərliyin uzunluğu isə 255 metr, eni 20 metr, dərinliyi isə 2-4 metrdir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub. Ərazidə insanların istirahət etməsi üçün lazımi şərait yaradılıb. Çimərlik istirahət zonasında su və digər idman növləri üzrə yarışların, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Burada təhlükəsizlik tədbirləri də diqqətdə saxlanılır. Bu məqsədlə müşahidə qülləsi yaradılıb, ərazidə xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub.
Çimərlik səhər saat 1100-dan axşam saat 2000-dək açıq olacaqdır. Naxçıvan şəhərindən çimərliyə və əks istiqamətə avtobus xidməti də göstəriləcəkdir.

Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3437295
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11512
13354
11512
353908
3437295

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter