26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Son illərdə muxtar respublikada yeni istehsal və emal müəssisələrinin həyata vəsiqə alması yeni iş yerlərinin də yaradılmasını zəruri edib. Bu da muxtar respublikada əmək bazarının tənzimlənməsinə töhfəsini verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilən tədbirlərin daimi xarakter almasını daha da gücləndirib. Proqramda işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsi günün zəruri tələbi kimi qarşıya qoyulub. Muxtar respublikanın məşğulluq orqanları da öz işlərini adıçəkilən proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurur.
Bunu Ordubad Rayon Məşğulluq Mərkəzinin fəaliyyətində də görmək olar. Mərkəzin direktoru Telman Həsənovla söhbət zamanı bildirdi ki, rayonun əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə real vəziyyət təhlil olunur, işçi qüvvəsi ilə mövcud iş yerlərinin sayı arasında fərq dəqiqləşdirilir. Mərkəz işaxtaran kimi müraciət edən vətəndaşların məşğulluğunu təmin etmək üçün çevik formalardan istifadəni diqqət mərkəzində saxlayır, öz işini rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlarla sıx əməkdaşlıq şəraitində qurur, boş iş yerləri haqqında məlumatlar toplayır. Rübdə bir dəfə keçirilən əmək yarmarkalarında həmin iş yerləri işaxtaran vətəndaşlara təqdim olunur. 2016-cı il ərzində Məşğulluq Mərkəzi tərəfindən 367 nəfər işaxtaran qeydiyyata alınıb, onlardan 350 nəfər müxtəlif sahələrdə işlə təmin olunub.

Muxtar respublika əhalisinin böyük bir hissəsini qadınlar və gənclər təşkil edir. Ordubad rayonunda da bu qəbildən olan insanlar qayğı ilə əhatə olunublar. Belə ki, adıçəkilən dövr ərzində işə düzələnlərin 147 nəfəri gənc, 108 nəfəri isə qadın olub. Sağlamlıq imkanları məhdud olan 4 şəxs, cəzaçəkmə müəssisəsindən azad edilən 1 nəfər vətəndaş, hərbi xidmətdən tərxis olunan 2 gənc də bu qayğıdan yararlanıb.
Qeyd edək ki, mərkəz aktiv məşğulluq tədbiri kimi əmək yarmarkalarının hazırlanıb keçirilməsinə xüsusi diqqət yetirir. Bu dövr ərzində keçirilmiş əmək yarmarkalarında işaxtaranlara 17 idarə, müəssisə, təşkilat və özəl sektordan 145 boş iş yeri təqdim olunub. Keçirilmiş əmək yarmarkasında 41 nəfər vətəndaş işlə təmin edilib.
Məşğulluq Mərkəzi sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşların da müraciətlərinə həssaslıqla yanaşır, onların problemlərinin həllinə çalışır. Bunun nəticəsidir ki, ötən il bu kateqoriyadan olan 13 nəfər kvota (norma) yerlərinə göndərilib.
Əmək bazarında peşələrə tələbatı müəyyənləşdirmək məqsədilə rayonun müəssisə və təşkilatlarında rübdə bir dəfə sorğuların keçirilməsinə ciddi önəm verilir, vətəndaşların peşə hazırlığına cəlb olunması da diqqət mərkəzində saxlanılır. Ötən il 3 nəfər peşə kursuna cəlb edilib.
2016-cı il ərzində işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək üçün 34 nəfərin haqqıödənilən ictimai işlərə cəlb olunması da həyata keçirilən tədbirlər sırasındadır. Belə ki, 4 nəfər sağlamlıq imkanları məhdud qadınla müqavilə bağlanıb, onların evlərdə yun şərf və corab toxumaları təmin edilib. Bu müddət ərzində toxunmuş 162 cüt yun corab və 51 ədəd yun şərf hərbi hissələrə təhvil verilib.
Telman Həsənov onu da bildirib ki, adıçəkilən dövlət proqramından irəli gələn vəzifələri daha dolğun yerinə yetirmək üçün mərkəz 2017-ci ilə də uğurla başlayıb. Belə ki, cari ilin I rübü ərzində işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Bu dövrdə Məşğulluq Mərkəzi tərəfindən 66 nəfər işaxtaran qeydiyyata alınıb, 62 nəfər müxtəlif sahələrdə işlə təmin olunub. Bu ilin ötən dövrü ərzində işə düzələnlərin 17 nəfərini gənc, 33 nəfərini isə qadınlar təşkil edib. Hərbi xidmətdən tərxis olunmuş 59 nəfərlə əlaqə saxlanılıb, onların müxtəlif peşələrə yiyələnməsi üçün kurslar təklif edilib.
Bu dövrdə sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması diqqətdə saxlanılıb, bir nəfər ictimai işə cəlb edilib.
Peşə seçiminə köməklik, peşə və ixtisaslar barədə məlumatların verilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün tədris müddəti ərzində peşəyönümlü məşğələlər keçirilib.
Həmin dövrdə işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək üçün 2 nəfər işaxtaran vətəndaş haqqıödənilən ictimai işlərə cəlb olunub. Mərkəzin kollektivi gələcəkdə də bu sahədə kompleks nəticələr əldə etməklə dövlət proqramının qarşıya qoyduğu əsas məqsədlərdən olan işaxtaran insanların sosial müdafiəsini gücləndirməyə, daha çox yeni iş yeri müəyyənləşdirərək əhalinin gəlirlərini artırmağa və əmək bazarını daha təkmil hala gətirməyə nail olmağa çalışacaqdır.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4399159
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
12434
13363
25797
387523
4399159

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter