21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Təbiət qoynunda böyüyən hər bir bitki, torpaqdan ucalan hər bir yaşıl fidan insana zövq verir. Yaşadığımız mühiti çiçəklər, güllər və onların ətri, rəngarəngliyi daha çox bəzəyir. Cürbəcür çiçəklər və güllər bizə sevinc, fərəh, inam gətirir. Güllər bizi öz xoş ətri və gözəlliyi ilə məftun edir, çünki onlar təbiətin yaratdıqlarından ən mükəmməlidir.

Dünya binə olandan, torpaq üzərində şəhərlər salınandan bəri güllər öz əsrarəngizliyi ilə insanları valeh edib. Bağlarda-bağçalarda yetişdirilən gül-çiçəklərin bolluğu və rəngarəngliyi həmin bağın sahibinin xoş gün-güzəranından, yaxşı əhval-ruhiyyəsindən və zövqlü olmasından xəbər verib. Güllər öz mistik təsirləri ilə incəsənət adamlarının ən ilhamverici qaynağı olub, şairlər onları ən gözəl sözlərlə vəsf edib, rəssamlar təbiətin bu bənzərsiz nümunələrinin əksini kətan üzərinə köçürüb, yazıçılar onlar haqqında romanlar yazıblar. Təsadüfi deyildir ki, dünyanın ən məşhur dedektiv yazarlarının əsərlərində gül açar rolu oynayıb, bu əsərlərin kulminasiya nöqtəsinin ən vacib elementlərindən biri olub. Güllər həm də müharibələrə simvol olub, yüzillik müharibənin başa çatmasından az sonra İngiltərənin öz daxilində başlayan müharibəyə “al qızılgül” və “ağ qızılgül” adı verilib. Peyğəmbərimiz Məhəmməd (s.a.s) gülləri çox sevib, onları iyləməkdən zövq alıb, öz səhabələrinə də gül qoxulamağı, bununla da, ürəyi qüvvətləndirməyi, zehni təravətləndirməyi tövsiyə edib. İstanbulu türklərə ərməğan edən Fatih Sultan Mehmet nəqqaş Sinan bəyə çəkdirdiyi portretdə gül qoxulayaraq təsvir olunub. Gül iyləməklə fatehlərin fatehi özündən sonrakı nəsillərə də bir ismarıc buraxıb: “Mən incəsənət adamı, incə ruhlu, dünyagörmüş insanam”. Ancaq fatehin barmağındakı üzük digər mənanı ifadə edib: zehgir adlı üzük ox atmaq üçün işə yarayırdı. Üzüyün altındakı qarmaq yayı çəkmək üçün idi. Bununla da, fateh demək istəyib ki, gülü sevdiyim qədər, müharibəni də, döyüşü də sevirəm.
Ey gül, səni bilməm necə ustad çəkibdir,
Nəqqaş-i əzəl eyləyib icad, çəkibdir.
Erix Fromm “Yaradıcılıq” adlı essesində belə bir misal çəkir. “Biz qızılgülə baxıb deyirik: bu, qızılgüldü və ya mən qızılgül görürəm. Bu, ilkin təəssüratdı. Ortada bizim beynimizin məhsulu yoxdu. Bizə gülün adını öyrədiblər və gözlərimiz var. Əsas məsələ isə baxmaqla görmək arasındakı fərqdədi”. Görmək deyəndə, Fromm gözlə yox, beyinlə görməyi nəzərdə tuturdu. Dində buna bəsirət gözü də deyilir.
Dünyada az-az xalqlar tapılar ki, Azərbaycan xalqı qədər gülə önəm və dəyər versin. Elə bunun nəticəsidir ki, Azərbaycanda gülçülük mədəniyyəti min illər bundan öncə formalaşıb, hər gülün öz dəyəri, hər rəngin öz mənası olub. Hətta güllərin sayı, tikanlarının çoxluğu, azlığı da ayrıca məna və dəyər əxz edib, dastanlara, romanlara və şeirlərə, qəzəl və qəsidələrə mövzu olub. İslamın təşəkkülündən sonrakı dövrdə isə gülə Tanrının müqəddəs bir hədiyyəsi, insan sağlamlığı üçün əvəzolunmaz bir vasitə kimi baxılıb, miniatürlərdə yer alan güllər xüsusi anlam kəsb edib. Bəlkə də, elə bu səbəbdəndir ki, qədim diyarımızdakı tarixi abidələrdə gül ornamentlərinə xüsusi yer ayrılıb. Ancaq abidələrin üzərindəki güllərə bir çoxları bəzək elementi kimi baxsa da, bu güllərin hər birinin öz mənası, öz yeri var. Erix Frommun da dediyi kimi, əsas məsələ baxmaqla görmək arasındakı fərqdədi. Biz baxmaqdan daha çox görməyə üstünlük verməliyik.

Paytaxtım müstəqilliyimin çiçək hədiyyəsi, gül buketidir

May və iyun aylarında Naxçıvan şəhəri gül buketini xatırladır. Bu şəhərin hər küçəsində, bağında al-əlvan güllər açır, insanlara xoş əhval-ruhiyyə bəxş edir, görənləri yaşayıb-yaratmağa həvəsləndirir. Tikanlardan keçilməz olan bağlardan indi min bir çeşid güllərin rayihəsi, ətri duyulur. Park və bağların, yaşıllıqların daha gözəl görünməsində ağac və kollarla bərabər, yaşıllaşdırma işlərində istifadə olunan gül-çiçəklərin də xüsusi yeri vardır. Gül xalqımızın həyatında geniş rol oynadığından nəinki yaşıllıqların bəzəyi, eləcə də el və ailə şənliklərinin əvəzolunmaz təbiət möcüzəsidir. Bayramlarda süfrələrə gül qoyulur, ondan sonra ətrafı müxtəlif nemətlərlə bəzədilir, yeni ailə quran bir gənc gələcək həyat yoldaşına paklığın, zərifliyin və sədaqətin simvolu olan gül hədiyyə edir. Gülər, Gülnar, Gülnaz, Gülarə, Gülyanaq, Gülçin və qadınlarımızın daşıdığı bir çox adlar xalqımızın gülə olan məhəbbətini, ehtiramını ifadə edir. Bu gün Naxçıvan şəhərinin küçə, park və meydanlarının bəzədilməsi müxtəlif formada aparılmaqla əhalinin zövqünu oxşayır. Landşaft memarlığı əsasında yaşıllaşdırmada müxtəlif kompozisiyaların qurulması Naxçıvan şəhərində müasir dövrün ən vacib xüsusiyyətlərindən biridir. Parkların, bağların, meydanların, yolların tərtibatında kompozisiyalar növ zənginliyi və dekorativ əlamətlərinə görə seçilir. Bağ-bağçaların tərtibatında rəng qammalarına uyğun olaraq bitkilərin seçimindən istifadə edilir, yazda parlaq güllərdən, yayda isə ağ, mavi, bənövşəyi rəngli güllərdən istifadə olunur. Gül əkilmiş sahələrə xüsusi qayğı göstərildiyindən bu sahələr həmişə təmiz və səliqəli olur, bitkilərin sahələrinin kompozisiyasının tərtibatında əsas elementlərdən biri olan rəng çalarlarının seçilməsinə önəm verilməsi insanlarda xoş əhval-ruhiyyə yaradır. Yaxşı seçilmiş rənglər insanlara xoş təəssürat bağışlayır. Qırmızı, narıncı, sarı, göy və bənövşəyi rəngli güllər bütün park və xiyabanların bəzəyidir və bu qədim diyarın sakinləri ilə bərabər qonaqları da heyran edir.
Bağlarda açan hər bir gülün rəngi bir məna daşıyır – qırmızı gül məhəbbət və sonsuz hörmətin, çəhrayı gül minnətdarlıq, təşəkkür və təqdirin, ağ gül saf duyğuların və arzuların, sarı gül iftixar hissi və ayrılığın tərənnümüdür. Naxçıvan sakinləri arasında güllərin sayı ilə də bağlı bir sıra inanclar vardır. 1, 3, 5, 7, 9 və 101 saylarının gül hədiyyə edənlər və alanlar üçün ayrıca mənaları vardır. Tək sayda güllər şənlik yerlərinə, cüt sayda güllər isə hüzr yerlərinə aparılır. Elə gül növləri vardır ki, baba-nənələrimiz onları bağçada əkməyi nəhs hesab edirlər. Qırmızı, ağ və sarı güllər tək başlarına və ya dəstə halında bir çox şey deyirlər. Əgər çiçəklərin dili və fərqli rəngləri barədə məlumatlı olsanız, hədiyyə olaraq göndərdiyiniz çiçəyin həqiqi mənasını biləcəksiniz. Həmçinin seçim etməkdə və ya mənasının yanlış ola biləcəyini düşündüyünüz halda, sizin üçün yuxarıda qeyd etdiyimiz güllərdən də istifadə edə bilərsiniz.

Əgər Niko Pirosmani bu günün Naxçıvanında yaşasaydı, “Milyon-milyon qızılgül” mahnısının yaranma şansı sıfra bərabər idi

Əksər qadınlarımızın ömür-gün yoldaşlarından istədiyi bir gül dəstəsidir. Hədiyyə olunan bir dəstə gül qadınlarımız üçün qayğı, diqqət və nəvazişin, sədaqətin simvoludur. Nə qədər paradoksal olsa da, qeyd etmək lazımdır ki, incəsənətin kino, teatr kimi sahələri təşəkkül tapandan bəri “bir dəstə gülü mənə çox gördün” ifadəsi filmlərdə və tamaşalarda baş rollarda oynayan qadınların əsas şikayət cümləsi olub. “Bir dəstə gülün çox görülməsinə” zaman-zaman müxtəlif bəhanələr gətirilsə də, kişilər bu şikayətə “Bir dəstə gül nədir ki? Maaş alan kimi sənə güllərin ən gözəlin alacağam”,– deyə cavab verib. Ancaq bu günün Naxçıvan şəhəri üçün belə bir arqument gətirmək ən azı insafsızlıq olar. Çünki güldən zövq almaq üçün mağazalara üz tutmaq yox, ərazidəki parka çıxmaq kifayət edər. Əsl həqiqət budur ki, indiyə qədər evinə aparmaq üçün gülkarlıqdan gül yığan heç kimə “güldən ağır” bir söz deyilməyib, ancaq şəhər sakinlərinin əksəriyyəti buna heç ehtiyac da duymur, əksinə, gülkarlıqların qorunub saxlanılması, insanların bu gülkarlıqlardan zövq alması üçün əlindən gələni edir.
Ötən günlərdə Naxçıvana turist kimi gəlmiş slovakiyalı biznesmen Jozef Hovanekin sözləri ilə bu məqaləylə tanış olan oxucuların yorğunluğunu atmaq və yazını yekunlaşdırmaq yerinə düşər: “100 il öncə Tbilisidə, Kür çayının sol sahilində Ortaçala məhəlləsində yaşayan bu qəribə rəssamı o dövrün Tbilisisində hamı tanıyırmış. Şəhərə qastrola gələn Marqarita adlı aktrisaya dərin məhəbbət bəsləyən Niko tələm-tələsik evini-dükanını satıb qızılgülə çevirir, milyonlarla qızılgülü sevdiyinin ayaqları altına səpir. Uzun illərdən sonra bu məhəbbət tarixçəsi mahnıya dönüb Nikonun tabloları kimi dünyanı gəzir. Məşhur şair Andrey Voznesenskinin yazdığı şeirə Raymond Paulsun bəstələdiyi “Milyon-milyon qızılgül” mahnısı Niko Pirosmanini bir daha yada salaraq, onun şöhrətini artırır. Ancaq Niko Pirosmani bu günün Naxçıvanında yaşasaydı, “Milyon-milyon qızılgül” mahnısının yaranma şansı sıfra bərabər idi. Çünki indi ev-eşiyi satıb milyonlarla qızılgül almağa ehtiyac yoxdur, Naxçıvan şəhərinin hər küçəsi milyonlarla qızılgülə öz qoynunda yer verib”.

 Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5282810
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4187
18197
22384
331016
5282810

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter