24 İyul 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Cari ilin may ayında Naxçıvan Muxtar Respublikasında işaxtaran vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilmiş, 198 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, 13 nəfər müvafiq peşə kurslarına cəlb edilmiş, 17 nəfər isə kənd xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuşdur. Onlardan 13-ü məhdud fiziki imkanlı, 4-ü isə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvləridir.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunur. May ayında “bərbər” kursunu 14 nəfər bitirmişdir. Hazırda “bərbər-manikürçü”, “dayə” və “xalçaçı” peşələri üzrə kurslar davam etdirilir. Qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqaviləsinin bağlanması, onlara verilən əməkhaqlarının reallığı əks etdirməsi ilə bağlı 43 obyektdə, o cümlədən işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət edilməsi ilə əlaqədar 30 obyektdə nəzarət tədbirləri görülmüşdür.

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu kateqoriyadan olan uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilmişdir. Reabilitasiya təlimlərinə 129 uşaq cəlb olunmuşdur. Tədrisə cəlb olunan hərəkət və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün distant dərslərin keçilməsi davam etdirilmişdir. Həmçinin ötən ay eşitmə qabiliyyəti məhdud uşaqlar arasında imla yazı müsabiqəsi keçirilmiş, bu qəbildən olan uşaqların iştirakı ilə 4 kiçikhəcmli videokitab hazırlanmışdır. Bakı şəhərindən dəvət olunmuş eşitmə qabiliyyəti məhdud şəxslərin tədrisi ilə məşğul olan müəllimin müşayiəti ilə sağlamlıq imkanları məhdud uşaqların tarixi abidələrə və muzeylərə ziyarətləri təşkil edilmişdir. Həmçinin 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə sağlamlıq imkanları məhdud uşaqların istirahət guşələrinə, tarixi abidələrə və muzeylərə ekskursiyaları təşkil edilmiş, Naxçıvan Dövlət Uşaq Teatrında bu kateqoriyadan olan uşaqların ifasında hazırlanan tamaşa nümayiş etdirilmiş, hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilmişdir.
İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda paralimpiyaçılar arasında futzal üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilmişdir.
May ayında tənha yaşayan və yardıma ehtiyacı olan 231 ahıl və fiziki imkanları məhdud şəxslərə evlərində, həmçinin 10 nəfərə Ahıllar Evində stasionar sosial xidmət göstərilmiş, Şağan Müharibə Əlilləri üçün Müalicə Pansionatında 9, Respublika Əlillərin Bərpa Mərkəzində 1, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 16 şəxsin, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə sağlamlıq imkanları məhdud 5 uşağın müalicəsi təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3437138
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11355
13354
11355
353751
3437138

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter