26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumları tərəfindən muxtar respublika ərazisində aparılacaq ot-taxıl biçini kampaniyası dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə bir sıra zəruri tədbirlər görülmüşdür.

Biçin kampaniyasına hazırlıqla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər və Kənd Təsərrüfatı nazirlikləri ilə birgə tədbirlər planı hazırlanmış və hazırda plana uyğun olaraq yerlərdə maarifləndirici tədbirlər həyata keçirilməkdədir. Həmçinin biçin dövrü ərzində taxıl sahələrində işləyəcək kənd təsərrüfatı texnikalarına, fiziki şəxslərə və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin və onun rayon bazalarına məxsus kombaynlara yanğına qarşı baxışlar keçirilmiş, onların sürücüləri və mexanizatorları ilə yanğın təhlükəsizliyi qaydaları haqqında maarifləndirici izahat işləri aparılmışdır.
Yerlərdə icra nümayəndələrinin, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin, sahibkarların, kombayn sürücülərinin və mexanizatorların iştirakı ilə maarifləndirici tədbirlər keçirilmişdir. Taxıl tədarük olunan un dəyirmanlarında, yem anbarlarında və saxlanclarda yanğın-texniki müayinələr keçirilərək bu sahə­­də çalışan işçilər yanğına qarşı ­maarifləndirilmişdir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bir daha sahibkarlara, torpaq mülkiyyətçilərinə, fermerlərə və kəndlilərə biçin dövrü ərzində aşağıda qeyd olunan yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.

Mülkiyyət formasından asılı olmayaraq, hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək onlar yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, bununla bağlı kənd təsərrüfatı əməkçiləri arasında müvafiq maarifləndirmə işlərinə geniş yer verməlidirlər.
Taxıl və ot yığımına başlamazdan öncə bütün təsərrüfat rəhbərləri, biçində iştirak edən hər bir mexanizator, sürücü kənd təsərrüfatı texnikalarını yanğına qarşı hazırlamalı, texniki müayinədən keçirməli, odsöndürən balonlarla, yaşıl süpürgələrlə, su dolu qablarla və digər vasitələrlə təmin etməli və bundan sonra texnikalar işə buraxılmalıdır. Dənli və texniki bitkilərin yığılması, daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyinə nəzarət etmək üçün əmrlə cavabdeh şəxslər təyin edilməlidir.
Məhsul yığımında iştirak edən bütün texnikaların mühərriklərinin atqı boruları qığılcımsöndürənlərlə təmin edilməlidir. Kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payız şumlanma işləri aparılarsa, onda həmin traktorlar da mütləq qığılcımsöndürənlərlə təmin edilməlidir.
Mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq məqsədilə örtüksüz və ya örtüyü açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir. Kombayn, traktor və özü hərəkət edən kənd təsərrüfatı texnikalarının akkumulyatorları işlədicilərdən ayıran açarla təmin edilməli, texnikalardakı elektrik naqilləri etibarlı izolyasiya olunmalı, birləşmələri bərkidilməli, eləcə də sürtünmədən və mexaniki zədələnmədən qorunmalıdır. Naqillər gövdə və onun iti künclərindən keçən yerlərdə rezin və ya plastmas borularla mühafizə olunmalıdır.
Taxıl yığımı və ot tədarükü zamanı kombaynın kənar şəxs tərəfindən işə salınması, kombaynı yedəyə almaqla və yüksəklikdən buraxmaqla işə salınması, kombayna əlavə oturacağın quraşdırılması, yanacaq və yağların sızmasına yol verilməsi, işdən sonra kombaynların sahələrdə saxlanması, kombaynlarda qablarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması yanğın təhlükəsizliyi baxımından yolverilməzdir. Biçin dövrü ərzində texnikaların təmiri, xüsusən də qaynaq işlərinin aparılması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi fikir verilməlidir. Qaynaq işləri müddətində kombaynlar və digər kənd təsərrüfatı texnikaları sahələrdən kənara çıxarılmalı, su ehtiyatı yaradılmalı və odsöndürücü balonlarla təmin edilməlidir.
Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinə riayət olunması məqsədilə meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaq şərtilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən azı 30 metr məsafədə tayalanmalıdır. Taxıl yetişən zaman zəmiləri yanğından qorumaq üçün xüsusi keşikçilər ayrılmalıdır.
Tarla düşərgələrində, taxıl təmizləmə xırmanlarında, ot və küləş tayaları yığılan sahələrdə kombaynları və digər kənd təsərrüfatı texnikalarını idarə edən zaman siqaret çəkmək, açıq oddan istifadə etmək qəti qadağandır.
Kombaynların diyircəklərinin və digər sürtünən hissələrinin qızmasının qarşısını almaq məqsədilə onların vaxtlı-vaxtında yağlanmasına və etibarlı bərkidilməsinə ciddi nəzarət olunmalı, kombaynların və digər texnikaların fırlanan mexanizmlərinə dolaşan küləş kütləsi vaxtlı-vaxtında təmizlənməlidir.
Taxıl xırmanları bina və tikililərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralı məsafədə yerləşdirilməlidir. Xırmanların ətraf sahələri quru otlardan, yanar materiallardan mütləq təmizlənməli, ətrafı isə 4 metr enində şumlanmalıdır. Vətəndaşlara, torpaq mülkiyyətçilərinə və sahibkarlara bir daha tövsiyə edirik ki, taxıl biçini başa çatdıqdan sonra biçilmiş sahələrin yandırılması qəti qadağandır.
Kənd təsərrüfatı məhsullarının, xüsusən də strateji əhəmiyyətli məhsulların oddan qorunması hər bir vətəndaşın borcudur. Taxıl bərəkətdir və o, böyük zəhmət hesabına əmələ gəlir. Bu baxımdan xalqımızın bu müqəddəs və əvəzsiz sərvətini oddan qoruyaq.
Hər hansı bir yanğın hadisəsi baş verərsə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidməti telefonlarına zəng etməyi unutmayın.

Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4399337
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
12612
13363
25975
387701
4399337

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter