24 İyul 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə “Gənc­lər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında aksiyalara start verilib.
Ali Məclisin Sədri yanında Gənc­lər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirlikləri və Yeni Azərbaycan Partiyası aid rayon təşkilatlarının Heydər Əliyev adına Gənclər birlikləri tərəfindən keçirilən aksiyalarda gənclərin ekoloji biliklərinin zənginləşdirilməsi, onlarda təbiətə məhəbbət hisslərinin aşılanması məqsədilə ekoturizm marşrutları üzrə gəzintilər təşkil olunur, təmizlik tədbirləri görülür.
Mayın 30-da keçirilən ilk belə tədbirə Şahbuz və Babək rayonlarının yeniyetmə və gəncləri qatılıblar. Gənclər ilk olaraq Batabat yaylağının fauna və flora aləmi, təbiət abidələri ilə tanış olublar. Tədbir iştirakçıları ərazinin təbiət gözəllikləri olan Zorbulaq, Üzən ada kimi təbiət əraziləri haqqında məlumatlandırılıblar. Aksiya iştirakçıları ərazidə yaşıllıqlara qulluq edib, təmizlik tədbirləri görüblər.

Gənclər daha sonra Şahbuz Dövlət Təbiət Qoruğunun fauna və flora muzeyində sərgilənən eksponatlarla tanış olublar, ərazidə yaşayan nadir heyvan və bitki növləri haqqında məlumat əldə ediblər.
Mayın 31-də isə Ordubad və Culfa rayonları gənclərinin Ordubad Milli Parkına maarifləndirici ekskursiyası təşkil edilib. Burada gənc­lərə Milli Parkın yaradılması və fəaliyyəti, mövcud canlılar aləmi haqqında məlumat verilib. Hər iki tədbirdə təşkilatçılar tərəfindən hazırlanmış məlumat bukletləri gənclərə paylanılıb.
Bildirilib ki, bu gün bütün planetdə əsas problemlərdən biri olan ekoloji çirklənmə, ekoloji tarazlığın pozulması, ətraf mühitə insan amilinin ciddi təsiri hər kəsi düşündürür. Bunun qarşısının alınması üçün gələcəyin təminatçısı kimi təbiətə sahib çıxmalı, ətraf mühit zərərli tullantılardan, çirklənmələrdən mühafizə edilməlidir.
Qeyd edək ki, aksiyalar iyun ayının 5-nə qədər hər gün davam etdiriləcək. Gənclərin iştirakı ilə “Hərəmiz bir ağac əkək”, “Yaşıllıqlara qulluq”, “Ətraf mühit və biz”, “Ətraf mühiti necə qoruyuruq” devizləri altında aksiya və tədbirlər keçiriləcəkdir.
Son 20 ildən artıq müddətdə muxtar respublikamızda həyata keçirilən abadlıq, yenidənqurma, inkişaf və tərəqqi prosesi geniş vüsət alıb. İqtisadiyyat və sənayenin sürətli inkişafı ilə yanaşı, muxtar respublikada ekologiyanın qorunması, ekoloji mühitin təmizliyinin təmin edilməsi turistlərin, xarici qonaqların cəlbi üçün ən təsirli amillərdən biridir. Təmiz mühit və saf havanın əsas təminatçısı isə mövcud olan meşələr və salınan yeni yaşıllıq zolaqlarıdır. Bu məqsədlə keçirilən aksiyalar gənclərin bu məsələlərə daha çox diqqət yetirmələrinə şərait yaradır.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3437255
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11472
13354
11472
353868
3437255

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter