21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Valideynlərin hər ikisi, həm ana, həm də ata öz xoşbəxtliyini, ilk növbədə, dünyaya gələcək övladında görür. Uşağın dünyaya gəlməsi ailə üçün ən böyük sevincdir. Təbii ki, hər bir valideyn öz uşağını sağlam və fiziki cəhətdən möhkəm görmək istəyir. Təəssüflə qeyd etməliyik ki, bu gün dünyaya göz açan uşaqların bəzilərində müəyyən xəstəliklər olur. Son illər muxtar respublikamızda uşaqların fiziki, mənəvi, psixoloji cəhətdən sağlam böyüməsi, cəmiyyətə faydalı şəxsiyyət kimi formalaşması istiqamətində çox mühüm tədbirlər reallaşdırılır. 2007-ci ildə fəaliyyətə başlayan Uşaq Bərpa Mərkəzi də məhz bu xeyirxah və şərəfli missiyanı həyata keçirir. Mərkəzdə sağlamlıq imkanları məhdud uşaqların müayinə və müalicə almaları üçün hər cür şərait var.

Ötən günlərdə həmin mərkəzdə olduq və burada müalicə alan uşaqlar üçün yaradılmış şəraitlə yaxından maraqlandıq. Mərkəzin baş həkimi Şəhla Əhmədova bizimlə söhbətində bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq olunub. Naxçıvan Uşaq Bərpa Mərkəzi də öz fəaliyyət istiqamətini məhz adıçəkilən dövlət proqramının əsasında qurub. Hazırda mərkəzdə, əsasən, nevroloji xəstəliklərdən əziyyət çəkən 12 uşaq müalicə kursu keçir. Mərkəzə müraciət edən hər bir uşaq əvvəlcə ətraflı müayinə olunur, daha sonra həkim-fizioterapevt tərəfindən onun üçün tərtib edilmiş fərdi tibbi reabilitasiya kitabçasında qeydiyyatı aparılır və gündəlik olaraq təyin olunmuş prosedurların yerinə yetirilməsinə həkim tərəfindən ciddi nəzarət edilir. Mərkəzdə müasir tibbi avadanlıqlarla təchiz edilmiş müxtəlif tezlikli cərəyanlar, infraqırmızı lampa, ultrabənövşəyi, mikrodalğa ilə müalicə, manual masaj, parafin aplikasiyası otaqları, su müalicəsi, müalicəvi bədən tərbiyəsi zalı fəaliyyət göstərir. Bunlardan əlavə, müalicə alan uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün erqoterapiya otağı da yaradılıb, autizm sindromundan əziyyət çəkən, eyni zamanda diqqət dağınıqlığı olan hiperaktiv uşaqların müalicəsində əvəzsiz rola malik multisensor terapiya müalicə otağı istifadəyə verilib. Mərkəzin müalicəvi bədən tərbiyəsi zalına yeni avadanlıqlar – yeriş imitatoru, unikreslo, artromot, aşil tendon gərici verilib ki, bu da uşaqlara göstərilən xidmətin keyfiyyətini xeyli yüksəldib. Mərkəzdə həftə ərzində müəyyən idman növlərində məşqlər keçirilir. Hər həftənin 1-ci və 4-cü günləri bədii gimnastika, 2-ci və 5-ci günlər stolüstü tennis, 3-cü gün isə boccia idman növü üzrə məşqlər aparılır.

Şəhla Əhmədova onu da bildirdi ki, mərkəzdə müalicə alan istedadlı uşaqların bilik və bacarıqlarının üzə çıxarılması üçün mərkəz tərəfindən müxtəlif tədbirlər görülür. Cari ilin mart ayının 16-da Naxçıvan Regional İnformasiya Mərkəzində muxtar respublikanın bütün bölgələrindən olan sağlamlıq imkanları məhdud insanların əl işləri əsasında səməni müsabiqəsi keçirilib. Müsabiqədə Uşaq Bərpa Mərkəzinin uşaqları da fəal iştirak edib. Mərkəzdə müalicə alan Röya Səfərzadə 2-ci yerə layiq görülüb. 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı Naxçıvan Dövlət Uşaq Teatrı ilə birgə mərkəzdə müalicə alan uşaqların rol aldığı Bayram İsgəndərlinin “Özgəyə quyu qazan” tamaşası uğurla nümayiş olunub. Eyni zamanda mərkəzdə müalicə kursu qəbul edən uşaqların mütəmadi olaraq Naxçıvan şəhərində keçirilən şeir müsabiqələrində, əl işləri və rəsm əsərlərindən ibarət sərgilərdə iştirakları təmin edilir. Naxçıvan şəhərindəki muzeylərə ənənəvi gəzintilər təşkil edilir, onlar üçün filmlər nümayiş olunur. Bütün bunlarla yanaşı, mərkəzdə müalicə kursu qəbul edən uşaqlardan bir qrupunun hər il yay tətili günlərində Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin olunur. Uşaqların təhsilə cəlbi istiqamətində də mühüm işlər görülür. Bu haqda mərkəz tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilir və həmin uşaqlar distant təhsilə cəlb edilirlər. Həmçinin mərkəzə müraciət edən vətəndaşlardan ehtiyacı olanların Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə göndərilmələri də təmin edilir. Bununla yanaşı, onlar haqqında məlumat hər ayın sonunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim olunur. Mərkəzdə müalicə kursu qəbul edən uşaqlardan bir qrupu əlavə müalicə almaq üçün Türkiyənin Dənizli şəhərindəki Nobel Tibb Mərkəzinə göndərilir.
Mərkəzdə olduğumuz müddətdə müalicə alan uşaqların valideynləri ilə də həmsöhbət olduq. 6 yaşlı Nuray Mustafayevanın anası Səbinə xanım bizimlə söhbətində mərkəzin imkanlarından və burada yaradılan şəraitdən razılıqla danışdı: “Hər bir valideyn kimi, mənim də istəyim uşağımı sağlam görməkdir. Lakin tale elə gətirib ki, bu arzum baş tutmayıb. İlk vaxtlar mən də, yoldaşım da çox narahatçılıq keçirirdik. Sonra belə bir mərkəzin fəaliyyət göstərdiyini öyrəndik. Gəlib bu gözəl şəraiti, mehriban münasibəti gördükdə çox sevindik. Mərkəzə uşağımızı həvalə edəndən sonra onda xeyli müsbət dəyişikliklər hiss edirik. Belə gözəl şəraiti yaradan hər kəsə ailəmiz adından min­nətdarlığımızı bildiririk”.
Digər bir valideyn isə 11 yaşlı Ayrım Nağıyevin atası Elnur Nağıyevdir. O da, öz növbəsində, mərkəz haqqında məmnunluqla danışdı: “Bəzən elə olur ki, həyat biz insanları sınağa çəkir. Mən də elə insanlardan biriyəm. Oğlum dünyaya gələndə çox sevindim. Ancaq xəstə olduğunu öyrənəndə mən də, yoldaşım da çox narahat olduq, həyatdan əlimizi üzdük. Ta ki bu mərkəzə gəlib burada yaradılan şəraitlə yaxından tanış olanadək. Yeri gəlmişkən deyim ki, bu ünvanı “Şərq qapısı”qəzetində dərc olunan məqalədən öyrəndik. O an içimizdə ümid qığılcımları parladı. Həmin qəzet nömrəsini bu günədək saxlayırıq. Vaxt itirmədən oğlumuzu bu mərkəzə gətirdik. Həkimlərin səmimi söhbəti, oğlumuza göstərilən mehriban münasibət bizi çox sevindirdi. İndi səbirsizliklə onun müalicə alaraq sağalmasını gözləyirik. Yaradılan şəraitə görə dövlətimizə, oğlumuzu müalicə edən hər kəsə dərin minnətdarlığımızı bildiririk”.
Bu gün mərkəzdə müalicə alan sağlamlıq imkanları məhdud uşaqlara göstərilən xidmətin və yaradılan şəraitin təməlində böyük dövlət qayğısı dayanır. Bu baxımdan Uşaq Bərpa Mərkəzi valideynlərin ümid yerinə çevrilib.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5282800
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4177
18197
22374
331006
5282800

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter