27 İyun 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərində fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə Mərkəzinin əsas fəaliyyət istiqaməti uşaq və gənclərin mənəvi-estetik tərbiyəsinin yaxşılaşdırılması, bədii yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili üçün şərait yaradılmasından ibarətdir.
Bu günlərdə həmin ünvanda olduq. Mərkəzin direktoru Toğrul Həsənov söhbət zamanı bildirdi ki, bu məktəbdənkənar təhsil müəssisəsi 1990-cı ildən fəaliyyətə başlayıb. Dövlətimizin təhsilə göstərdiyi yüksək diqqət və qayğıdan Estetik Tərbiyə Mərkəzinə də pay düşüb, mərkəzin fəaliyyət göstərdiyi bina əsaslı təmir olunaraq 2004-cü ildə müəllim və şagirdlərin istifadəsinə verilib. Mərkəzin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəbləri şagirdlərinin dərnəklərə cəlbini yaxşılaşdırmaq, onların yaradıcılıq qabiliyyətlərini daha da inkişaf etdirmək və asudə vaxtlarının səmərəli təşkili məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Mərkəzdə 116 qrup yaradılıb, bu qruplara 1116 məktəbli cəlb edilib. Onlarla 53 müəllim məşğul olur.

Estetik Tərbiyə Mərkəzində 25 adda studiya fəaliyyət göstərir. Təlimata uyğun olaraq, avqust-sentyabr aylarında mərkəzdə qruplaşmalar aparılır, maraq və yaş xüsusiyyətlərinə görə uşaqlar studiyalara cəlb edilir. Uşaqların maraqlarına uyğun olaraq, bu studiyalarda onlara toxuma, tikmə, rəsm, aplikasiya, bədii qiraət, rəqs, solo ifa, vokal sənətinin sirləri öyrədilir, uşaqlarda xalq yaradıcılığına, milli dəyərlərimizə uyğun vərdişlər aşılanır. Keçirilən bayramlarda, el şənliklərində uşaqlar çıxış edir, qazandıqları vərdişləri nümayiş etdirirlər. Mərkəzdə tarixi və əlamətdar günlərdə tədbirlər keçirilməsinə böyük əhəmiyyət verilir. Novruz bayramı münasibətilə keçirilən şənliklərdə bu mərkəzin kollektivi də fəal iştirak edir. Bundan başqa, mütəmadi olaraq əl işlərindən ibarət sərgilər təşkil olunur, hərbi hissələrdə əsgərlər qarşısında geniş konsert proqramı nümayiş etdirilir. Bu yaxınlarda mərkəzin öz təşəbbüsü ilə ağac üzərində dekorasiya dərnəyi də fəaliyyətə başlayıb. Bu dərnəyə ilk günlərdən uşaqlar böyük maraq göstərirlər.
Mərkəzin kabinə müdiri Natiq Vəliyev deyir ki, məktəblilərin yay tətili günlərində onların asudə vaxtlarının səmərəli təşkili üçün mərkəzin yay tədbirlər planı hazırlanır. Həmin tədbirlər planına uyğun olaraq, yay tətillərində uşaqların Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkına, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə və Cəmşid Naxçıvanskinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin ev-muzeylərinə ekskursiyaları təşkil olunur, bir sıra mədəni-kütləvi tədbirlər keçirilir.
Mərkəzin studiya rəhbərlərindən Vilayət Əmirov, Əfsanə Əmirova, metodistlərdən Şükufə Məmmədova, Rahilə Sadiqova, Gülsüm Hüseynova ilə söhbət zamanı bildirdilər ki, mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri də studiyalara məktəblilərin cəlb olunması, onlarda müxtəlif sənət növlərinə maraq oyadılmasıdır. Təəssüf ki, bəzi valideynlər uşaqların məktəbdənkənar dərnəklərə cəlb edilməsinə o qədər də isti münasibət göstərmirlər. Ancaq bütün bunlara baxmayaraq, mərkəzin kollektivi mütəmadi olaraq məktəblərə gedir, studiya üzvlərinin əl işlərinin sərgilərini təşkil edir, uşaqları həvəsləndirmək məqsədilə söhbətlər aparırlar. Bu işlər nəticəsində elə istedadlı uşaqlar ortaya çıxır ki, bu uşaqlar gələcək üçün böyük perspektivlər vəd edir. Misal üçün deyək ki, hazırda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında mərkəzin yetirmələrindən bir neçə nəfər uğurlu fəaliyyət göstərir. Rəsm dərnəklərində məşğul olan uşaqların əksəriyyəti hazırda Naxçıvan Dövlət Universitetinin bu sahə üzrə məzunu və tələbələridir.
Estetik Tərbiyə Mərkəzində yaradılan imkanlar, kollektivə göstərilən qayğı, burada gördüklərimiz bizdə belə əminlik yaratdı ki, bu məktəbdənkənar tərbiyə müəssisəsinin kollektivi qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə çalışır, məktəblilərin estetik tərbiyəsinin düzgün istiqamətləndirilməsinə və formalaşdırılmasına töhfəsini verir, gələcəkdə qazanılacaq uğurların daha çox olacağına əminlik yaradır.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3027855
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
7920
15326
23246
463322
3027855

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter