17 Oktyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Dəsgahdı vallah...

Bu sosial şəbəkələr çoxlarını “analitik”, “politoloq”, “təhlilçi”, “falabaxan”, “qəzəlxan”, “mərsiyəxan”, “masabəyi” və sair və ilaxır edib. Əlinə telefon alan nə gəldi çəkir, yazır, şərh edir, moizə oxuyur, bir sözlə, min oyundan çıxır.
Düzdür, dövrümüzdə sosial şəbəkələrdən bacarıqla istifadə edən, lazımi informasiya alan, ağıllı təbliğat işi aparanlar da yetəri qədər çoxdur. Amma burada vaxt keçirənlərin, insanların hiss və duyğuları ilə oynayanların, cəmiyyətə fayda gətirən mütərəqqi işlərlə bağlı anti-təbliğat aparanların, ağzının qaytanı qaçanların, yalan informasiya yayaraq “sensasiya”, “şok”…dalına düşən “alayarımçıq müxbirlər”in də sayı az deyil. Qarğa özünü quş, xəşil özünü aş bilən kimi, “alayarımçıq müxbirlər” də özlərini “mütəxəssis”, “ekspert” hesab edib başlayırlar moizə oxumağa. Hətta bəzən irəli gedib insanların ailəsini, şəxsini belə, bütün qanunları pozaraq müzakirəyə çıxarır, onlara qara yaxır, işgüzar nüfuzuna zərbə vururlar. Yenə qanmayana birtəhər əlac tapılır... Havar bu yarımçıqların əlindən.

Yalan informasiya demişkən, ötən günlərdə 2-3 nəfər “mərsiyəxan”, “alayarımçıq müxbir” paytaxtda otura-otura sosial şəbəkələrdə “üfləmişdi” ki, bəs Naxçıvanda cəviz ağaclarının əkininə qadağa qoyulub. Sonra yazdılar ki, cəviz ağaclarına vergi də tətbiq olunub, hələ bir az da irəli gedərək dedilər ki, on illərdir, barverən ağaclar “soyqırımına” məruz qalır, kəsilib talanır. Bu dezinformasiya muxtar respublikanın, xüsusilə daha çox cəviz ağacları olan dağlıq kəndlərin əhalisində əməlli-başlı narahatçılıq yaratmışdı. Çünki bu kəndlərdə bağında 50-dən artıq cəviz ağacı olan sakinlər var ki, onlar öz dolanışıqlarını bu bağlar hesabına təmin edir, hər il minlərlə manat qazanc götürürlər.
Bu yerdə demək yerinə düşər ki, Naxçıvan cəvizi nəinki paytaxt Bakıda, elə yaxın xarici ölkələrdə də adıyla tanınır. Hətta paytaxt Bakıda başqa bölgələrin cəvizlərini Naxçıvan cəvizi adı ilə baha qiymətə camaata “oxudanları” da az görməmişik. Çünki saf su, təmiz hava, münbit torpaq və bol günəş enerjisi bu diyarın məhsullarına ayrıca dad-tam verir. Naxçıvanın cəviz ləpəsinin hər kiloqramının qiyməti 25-30 manat arasında dəyişir və alıcısı da həmişə başının üstündədir. Hələ yalnız Naxçıvan mətbəxinə xas olan cəviz mürəbbəsini demirik. Cəvizin kalından hazırlanan bu mürəbbənin hər 100 qramı 8-10 manat arasında satılır. Evlərdə xanımlar tərəfindən bişirilməklə yanaşı, Ordubadda dövlət maliyyə dəstəyi hesabına ayrıca cəviz mürəbbəsi istehsalı müəssisəsi də yaradılaraq fəaliyyəti təmin edilib. Naxçıvanın cəvizli şirniyyatlarının – şəkərburanın, paxlavanın, sucuğun şöhrəti isə elə indi olduğu kimi, qədim dövrlərdə də dünyanı dolaşıb.
Naxçıvanda həm də cəviz ağacının mənəvi çəkisi böyükdür. Kəndlərimizdə cəviz ağacı hər bir evin ruzi-bərəkəti hesab olunur. Cəvizlə bağlı yaranan inanclar, deyimlər min illərdir ki, məişət mədəniyyətimizə, folklorumuza ayaq açıb.
İndi mən soruşuram, bu qədər gəlir gətirən, maddi və mənəvi çəkisi böyük olan bir sahənin fəaliyyətinə “mərsiyəxanlar”ın məntiqi ilə yanaşsaq, qadağa qoymaq və ya məhdudlaşdırmaq nə dərəcədə inandırıcı görünür?
Siz də yaxşı bilirsiniz ki, əslində, bu, təzə adət deyil… Neçə illərdir, hər birimiz müşahidə edirik ki, kim özünə mətbuatda, sosial şəbəkələrdə “xal” yığmaq istəyir, başlayır Naxçıvanın adından istifadə etməyə, özündən “sensasion” xəbərlər düzüb-qoşmağa. Bir növ, “qarğa, məndə qoz var”, – deyib diqqəti üzərlərinə çəkmək yolunu tutur...
Təbii ki, yalanın da gücü onun sürətlə yayılmasındadır və bir də atalar demiş, yalan danışan hamını qanmaz hesab edir.
Naxçıvan televiziyasının əməkdaşları eləməyib tənbəllik, məsələni yerindəcə araşdırdılar. Şərur, Babək, Şahbuz, Ordubad, Culfa rayonlarının kəndlərində aparılan çəkiliş zamanı məlum oldu ki, həmişəki kimi, bu “şok məlumat” da tamamilə cəfəngiyyatdır (Arzu edənlər həmin videomaterialı naxcivantv.az saytından izləyə bilərlər). Culfa rayonunun Milax kəndindən Mehdi Milaxlı adlı sosial şəbəkə istifadəçisi Naxçıvan televiziyasına təşəkkür edərək yazıb: “Vaxtında aparılan düzgün araşdırma və dolğun informasiya cəviz ağaclarının geniş şəkildə əkildiyi bütün Milax kəndinin əhalisini rahatlatdı”.
Əslində, tam real mənzərə nədir? Reallıq odur ki, illərdir, qədim diyarda geniş ekoloji proqramlar icra olunur, bu proqramların tərkib hissəsi kimi, hər həftə iməciliyə çıxıb ağac əkib-becərmək mədəniyyəti formalaşıb. İndi Naxçıvanda uşaqdan-böyüyə hamı ağac əkir, bağ salır, özünü təbiətdən ayrı tutmur. Təkcə ötən il muxtar respublikada kənd təsərrüfatının inkişafına ayrılan kreditlər hesabına 546 hektar ərazidə 100 minlərlə ağac əkilib, yeni bağlar salınıb. Şərur rayonunda sahibkar Xeyrulla Mustafayev 700 cəviz ağacı əkib, gözəl bir bağ salıb. Daha bir cəviz bağı isə Aşağı Daşarx kəndində iməciliklər yolu ilə salınıb. Bu xeyirxah işlər Şahbuz rayonunda da diqqətdən kənarda qalmayıb. Ötən payız iməciliklərində İşgəsu massivində 3 hektarlıq daha bir məhsuldar sortlardan ibarət cəviz bağı salınıb. Babək rayonunda sahibkar Faiq Bayramov dövlətdən güzəştli kredit götürərək yeni cəviz bağı salıb. Naxçıvanın Şahbulaq, Kükü, Biçənək, Milax, Ərəfsə, Yuxarı Qışlaq, Axura, Havuş, Buzqov kimi yüzlərlə kəndində əhali öz pay torpaqlarında cəviz əkinlərini genişləndirir. Nəsə ki, belə faktlar yüzlərlədir və mən onların hər birini ayrı-ayrı sadalayıb sizin dəyərli vaxtınızı almaq istəmirəm. Üstəlik, muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə ikinci dövlət proqramı da qəbul olunub ki, bu proqram çərçivəsində çay vadilərinə, əkinəyararsız dərə-təpələrə 10 minlərlə cəviz ağacı əkilib və əkilməkdədir.

Hə, belə-belə işlər...

Bu dəfəki çirkin kampaniyaçılıq nədənsə mənə 20-25 il əvvəli xatırlatdı. O zaman da məqsədli şəkildə, təxminən, butipli şayiələr yaymışdılar ki, guya muxtar respublikada dövlət cəviz ağaclarını kəsdirəcək. Kənd yerlərində yaşayan sadəlövh insanların bir qismi bu fitnə-felə uyaraq 30-40 ildir barverən cəviz ağaclarını kəsib Türkiyədən gələn mebel fabriki dəllallarına su qiymətinə satdılar. Onlar camaatı aldadır, ucuz qiymətə aldıqları ağaclardan hazırladıqları mebel avadanlıqlarını 50 qat bahasına elə həmin adamların özlərinə sırıyırdılar. Bəzən də onların boynuna yekə bir minnət yükü qoyurdular ki, bəs sənin kəsdiyin cəviz ağacı xoşumuza gəlmir, almırıq. Necə deyərlər, biz ümid olmuşduq daza, daz da özünü qoymuşdu naza.
Əlqərəz, indi biz bir daha görürük ki, bu yarımçıq müxbirlərin özləri kimi sözləri də tükənib. Ona görə də sözü qurtaran aşıqlar kimi başlayıblar “neynim-neynim” deməyə. Eybi yoxdu, siz “söhbətinizdə” qalın, nə də olsa min yalan bir doğruya dəyməz…
Uinston Çörçill deyirdi ki, “Dəyişən şəraitə uyğunlaşmağın yeganə üsulu həmin şəraitlə bərabər dəyişməkdir”. Hər halda, dəyişmək və insanlara faydalı işlərlə məşğul olmaq olar. Hələ də gec deyil...

Sahil TAHİRLİ
jurnalist

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4719278
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14146
13707
27853
254338
4719278

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter