25 İyun 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada gənc ailələr arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması, eləcə də qadınların ailədə üzərinə düşən vəzifələrin düzgün yerinə yetirilməsi məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir. “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda növbəti tədbir Şərur  rayonunun Arbatan Kənd Mərkəzində keçirilib. Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Zəhra Bayramova açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada qadınların sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır. Ailənin möhkəmləndirilməsi, qadın və uşaq problemlərinin həlli və hüquqlarının müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə qəbul edilən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunur. Son illər muxtar respublikada böyük səhiyyə müəssisələri ilə yanaşı, onlarla feldşer-mama məntəqəsinin istifadəyə verilməsi, müasir tibbi avadanlıqlarla təchiz edilməsi qadınların sağlamlığının qorunmasına zəmin yaradıb, ana ölümü sayının minimuma endirilməsinə gətirib çıxarıb. Şərur rayonunun Arbatan kəndində yaşayan ailələr, qadınlar və uşaqlar da onların sağlamlığının qorunması istiqamətində dövlətimizin yaratdığı şərait və imkanlardan yararlanırlar.

Vurğulanıb ki, ailə münasibətlərini sağlam formada həyata keçirmək, düzgün məcrada saxlamaq şərtləri çox vacibdir. Bu şərtləri öyrənmək, onlara ailə həyatının pozulmaz qaydaları kimi əməl etmək zəruridir. Təsadüfi deyil ki, ailə möhkəmliyinin və səadətinin kökündə ailə münasibətlərinin düzgün qurulması və formalaşması dayanır. Ailə üzvlərinin hər biri milli-mənəvi dəyərlərin, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunub saxlanılması üçün öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Yeni nəslin ilk sosial mühiti ailəsidir və qazandığı ilk təcrübə və biliklər məhz anadan və ailənin digər üzvlərindən əxz etdikləridir. Ana övladlarını mövcud ictimai şəraitdə həyata hazırlamalı, ailə şəraitində şəxsiyyətin normal şəkildə formalaşması üçün onlara zəruri olan bilik, bacarıq və vərdişləri mənimsətməlidir.
Cəmiyyətdə erkən nikah hallarının yolverilməzliyi və qanqohumluğu nikahları bağlanarkən müvafiq tibbi müayinədən keçmənin vacibliyini vurğulayan Ramilə Seyidova qeyd edib ki, lazımi tədbirlər görülmədikdə ailələrdə sağlamlıq imkanları məhdud uşaqlar doğulur. Komitənin apardığı təhlillərə görə muxtar respublika­da 2024 sağlamlıq imkanları məhdud uşaqdan 464-ü Şərur rayonunda yaşayır. Bu da rayon üzrə uşaqların 1,13 faizini təşkil edir. Rayon üzrə 422 anadangəlmə sağlamlıq imkanları məhdud uşaqların 65-i uşaq serebral iflicinin qalığı, 57-si bud çıxığı, 27-si doğuş travmasının qalığı, 24-ü əqli zəiflik, 23-ü ürək qüsuru, 15-i lal-kar, 12-si daun, 20-si gözün və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkir. Rayonun Arbatan kəndi üzrə 1 anadangəlmə sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu da endokrin sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluqları (albunizm) xəstəsidir. Bütün bunlar onu göstərir ki, sağlam ailənin formalaşması üçün tərəflərin sağlam həyat tərzi yaşaması, nikaha daxil olarkən və sonrakı dövrdə qadın­ların reproduktiv sağlamlığı daim diqqət mərkəzində saxlanılmalıdır.
Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Hamilə qadınların qidalanması, gigiyenası və qadınlarda virus hepatitlərinin fəsadları” mövzusunda çıxış edərək qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Şərur rayonu üzrə anadangəlmə sağlamlıq imkanları məhdud uşaqlar arasında ən çox rast gəlinən xəstəliklərin – sinir sistemi xəstəlikləri, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar, psixi və davranış pozğunluqları, perinatal dövrdə meydana çıxan xüsusi hallar, qan dövranı sistemi və sair xəstəliklərin yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sual­ları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3001443
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11608
14562
113723
436910
3001443

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter