19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Bu gün kiçik çillə başlayır

Naxçıvanda qış sərt keçsə də, xalqımız onun gəlişini bayram kimi qarşılayır. Unutmayaq ki, ancaq qışın və yazın qarşılanması təntənə ilə keçirilir. Başqa sözlə desək, insanlar qışı xoş qarşıladıqları kimi onu təntənəli şəkildə də yola salırlar. 

Xalqımız qış dövrünü xalq təqviminə uyğun olaraq çillə adı ilə üç yerə bölmüşdür. Böyük çillə – 40 gün (21 dekabr-30 yanvar), kiçik çillə – 20 gün (31 yanvar-19 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) olur. El arasında bu üç çilləni üç bacı, daha çox böyük və kiçik çillələrlə bağlı olaraq böyük və kiçik bacı adlandırırlar. El-oba arasında bu iki bacı haqqında deyilmiş bir söyləmə vardır.
Rəvayət. Böyük çillə ömrünü başa vurub geri qayıdanda kiçik çillə ilə qarşılaşır. Kiçik çillə böyük çillədən soruşur: Nə etdin? Böyük çillə cavab verir ki, tayaları yarıladım, qalaqları sökdürdüm. Kiçik çillə cavab verir: “Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini xəmir təknəsində donduracağam”. Böyük çillə deyir: “Heç nə edə bilməyəcəksən, çünki ömrün azdır, qabağın yazdır”.

Xalq arasında iki çillənin bir-birini əvəz etməsi “təhvil-təslim dövrü” adlanır. Ordubad və Culfa bölgələrində əhali qışın ən qorxulu dövrünü “cahar-cahar” adlanan dövr hesab edir ki, bu da dörd gün böyük çillədən, dörd gün isə kiçik çillədən götürülür. Xalq meteorologiyasına görə, böyük çillənin son dörd günü və kiçik çillənin ilk dörd günü qışın ən sərt günüdür. Culfa bölgəsindən topladığımız etnoqrafik çöl materiallarına görə, bu bölgədə böyük çillə qurtarıb, yerini kiçik çilləyə verdiyi dövrdə (“cahar-cahar” adlanan dövr nəzərdə tutulur) “çillə kəsdi” oyunu və ya şənliyi keçirilirdi. Oyun zamanı qardan heyvan fiqurları düzəldib onun ətrafına yığışar, şənlik edərdilər. Məqsəd qışdan qorxmamaq, qışa sinə gərmək idi.
İnsanlar bir müsibət, bəla ilə üzləşdikdə ondan xilas olmaq, yaxa qurtarmaq üçün xüsusi ayin icra edərdilər ki, elə bu da “çillə kəsmək” adlanırdı. Kiçik çillə daha çox şaxtalı keçdiyinə görə bu müddətə “qışın oğlan çağı” da deyilir. Kiçik çillənin şaxtalı, boranlı olmasını “kiçik çillənin soyuğu, təndirə qatar toyuğu” kimi el deyimindən də görürük.

Kiçik çillə vay çillə,
Qarlı dumanlı çillə,
Gəbə, kilim toxuduq,
Cəhrəmizdə var çillə.

Kiçik çillə çıxanda da havada bir dəyişiklik yaranır. Lakin ömrünü başa vurarkən kiçik çillə haqqında deyərlər ki, “ömrünə bir şey qalmayıb, heç nə edə bilməz” və ya “ömrün azdır, qabağın yazdır”.
Kiçik çillənin adı ilə bağlı xalqımız bir söz də qoşubdur:

Kiçik çillə
Boyu bir belə
Hikkəsi iri belə...
Gəlişi oldu hayınan
Gedişi oldu vayınan.

Ədəbiyyat materiallarına əsaslanaraq demək olar ki, Novruz bayramından əlli gün qabaq, böyük çillənin sonunda odla əlaqəli olaraq “Səddə” bayramı keçirilirdi. Bunu Nizami Gəncəvinin “İsgəndərnamə” poemasından da görürük.
Etnoqrafik çöl materiallarına görə, xalq təqviminə uyğun olaraq böyük çillənin sonlarına “qurdun insana yerikliyən dövrü” də deyilmişdir. Bu da onunla əlaqəlidir ki, ilin bu dövründə qurd (canavar) ac qaldığı üçün insanlara da hücum edir. El təqvimində qışın bərk şaxtalı günlərinə, böyük çillənin sonuna və kiçik çillənin əvvəllərinə həm də “Qışın qulan (atın balası) salması” dövrü deyilir.
Araşdırmalardan məlum olmuşdur ki, Ordubadda böyük çillə ilə kiçik çillənin arasındakı “təhvil-təslim” dövründə böyük çillə və ya ulu çillə qurtarıb yerini kiçik çilləyə verən günü “Çoban bayramı” və ya “Saya gəzmə” adlı mərasim təşkil edərdilər. Mənbələrin verdiyi məlumata görə, bayramı keçirməkdə əsas məqsəd yer ruhlarını razı salıb, döl bərəkətini artırmaq və heyvanları sağlam vəziyyətdə yaza çıxarmaq idi. Eyni zamanda bu tariх maldar üçün yeni bir ilin başlanğıcı kimi də qəbul edilirdi.
Onu da qeyd edək ki, kiçik çillənin onuncu günü, yəni fevral ayının 9-da Naxçıvanda xalq arasında “Xıdır Nəbi” adı ilə bilinən mərasim qeyd olunur. Bu haqda növbəti məqaləmizdə bəhs edəcəyik.

Asəf ORUCOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,tarix üzrə
fəlsəfə doktoru, dosent

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3033402
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
212
5369
10634
84733
3033402

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter