18 İyun 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsi kimi məşğulluq probleminin həlli mühüm əhəmiyyət kəsb edir. Son illər Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi, istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasına və əhalinin işlə təminatına əsaslı zəmin yaratmışdır.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaratmış, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar açmışdır. Dövlət pro­qramına uyğun olaraq əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi üzrə təhlillər aparılmış, 77-si dövlət, 86-sı isə özəl olmaqla, ümumilikdə, 163 müəssisədə sorğu keçirilmişdir. Sorğuların nəticələrinə əsasən, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbat müəyyənləşdirilmiş, əmək bazarının tələbinə uyğun peşə kursları təşkil edilmiş, işaxtaranlar mövcud olan vakansiyalar üzrə işlə təmin edilmiş və sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu diqqət mərkəzində saxlanılmışdır. Nəticədə, muxtar respublikada 2818 yeni iş yeri açılmışdır ki, bunun da 98 faizi daimi iş yerləridir.

Aktiv məşğulluq tədbirləri dövlət proqramında nəzərdə tutulmuş tələblər əsasında yerinə yetirilmiş, 2016-cı ildə 3458 şəxs iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunmuşdur ki, onlardan 2842-si məşğulluq xidməti orqanları tərəfindən, 345-i Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və digər qoşun növlərinə hərbi xidmətə qəbul edilənlər, 271-i isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vasitəsilə dövlət qulluğu vəzifələrinə təyin olunanlardır. Bu dövrdə muxtar respublika üzrə 366 şəxs müvəqqəti işlərə, 277 işaxtaran isə sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə cəlb edilmişdir ki, bunlardan 40-ı sağlamlıq imkanları məhdud şəxslərdir. 2016-cı ildə təşkil olunmuş əmək yarmarkalarında, ümumilikdə, 649, o cümlədən Təhsil və Səhiyyə nazirliklərində mövcud olan vakansiyalar üzrə keçirilən əmək yarmarkalarında 297 vətəndaş işlə təmin olunmuşdur. Qeyd olunanlarla yanaşı, tətil günlərində işləmək istəyən 33 tələbə isə mövsümi işlərə göndərilmişdir. Hərbi xidmətdən yeni tərxis olunan şəxslərin məşğulluqlarının təmin edilməsi də nəzarətdə saxlanılmış, bu qəbildən olan 74 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunmuş, 14 nəfər isə peşə hazırlığına cəlb edilmişdir.
Muxtar respublikada əhalinin məşğulluq imkanlarının genişləndirilməsində kiçik və orta sahibkar­lığın inkişafı əsas istiqamətlərdən biri kimi götürülmüşdür. Buna görə də bəhs olunan dövrdə muxtar respublikada fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən kiçik və orta sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması məqsədilə 27 milyon 407 min 800 manat həcmində güzəştli şərtlərlə kredit verilmişdir. Nəticədə, 2016-cı ildə dövlət maliyyə dəstəyi hesabına yaradılmış 12 istehsal və 3 xidmət sahəsində 63, özəl investisiya qoyuluşu hesabına yaradılmış 17 istehsal və xidmət sahəsində isə 51 yeni iş yeri açılmışdır. Sahibkarlığa yeni başlamaq istəyən şəxslər üçün müvafiq kurslar da keçirilmişdir.
Kəndlərdə əsas məşğulluq sahəsi olan əkinçilik və heyvandarlığın inkişafı üçün banklar və kredit təşkilatları tərəfindən ötən il ərzində 9 milyon 765 min 500 manat dövlət maliyyə dəstəyi göstərilmiş, 11 fərdi təsərrüfatın və kiçik müəssisənin yaradılması başa çatdırılmışdır.
Muxtar respublikada aparılan geniş quruculuq tədbirləri də yeni iş yerlərinin açılmasına əlverişli şərait yaradır. Kəndlərdə istifadəyə verilən xidmət mərkəzləri bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Ötən dövrdə kəndlərdəki xidmət mərkəzlərində fəaliyyət göstərən bərbər, gözəllik salonu və dərzi sexlərində monitorinqlər aparılmış, mövcud olan vakansiyalar üzrə çalışmaq istəyən şəxslər müəyyənləşdirilmiş, Naxçıvan Regional Peşə-Tədris Mərkəzində müvafiq kurslar təşkil edilmişdir. Nəticədə, xidmət mərkəzlərində bərbər, gözəllik salonu və dərzi sexlərində vakant yerlər üzrə 79 sakin işlə təmin olunmuşdur.
Əmək bazarının tələbinə müvafiq olaraq, işaxtaranların peşə hazırlığının təşkili də diqqət mərkəzində saxlanılmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, ümumilikdə, 413 nəfərin cəlb edildiyi 22 peşə kursu və 93 nəfərin cəlb olunduğu 6 ixtisasartırma kursu təşkil edilmişdir. Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində təşkil edilmiş 3 peşə hazırlığı kursuna isə 34 məhkum cəlb olunmuşdur. Təhsil Nazirliyinin tabeliyində olan peşə məktəblərində isə ilk peşə ixtisası qruplarına il ərzində 2744 müdavim qəbul olunmuşdur. Hazırda peşə məktəblərində 421 müdavim təhsilini davam etdirir. Ötən dövr ərzində xidmət sahələri üzrə peşəkar kadrların hazırlanması məqsədilə Naxçıvan Regional Peşə-Tədris Mərkəzində bərbər, bərbər-manikürçü, dərzi və aşpaz köməkçisi kurslarına 105 nəfər cəlb edilmişdir. Təhsil Nazirliyi tərəfindən isə ofisiant, aşpaz köməkçisi, çörək ustası, turizm agenti və bağban ixtisasları üzrə 527 nəfər ilk peşə ixtisası müəssisələrini bitirmişdir. Bundan əlavə, İqtisadiyyat Nazirliyi tərəfindən “Naxçıvan Biznes Mərkəzi” MMC-də muxtar respublikada fəaliyyət göstərən 37 ticarət obyektində işçilərə “ticarət qaydaları” adlı tədris kursu keçirilmişdir. Həmçinin iaşə və mehmanxana obyektlərində fəaliyyət göstərən işçilərə də xidmət mədəniyyəti ilə bağlı maarifləndirici seminarlar təşkil olunmuşdur.
Bu gün xalq sənətkarlığı sahələrinin dirçəldilməsi bir tərəfdən milli dəyərlərimizin yaşadılmasına, digər tərəfdən isə yeni sənətkarların yetişməsinə və istedadlı gənclərin məşğulluğunun təmin olunmasına xidmət edir. Bu səbəbdən də dövlət proqramının icrası zamanı xalq tətbiqi sənəti növləri üzrə kursların keçirilməsinə diqqət artırılmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xalçaçı, Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində isə daş üzərində oyma peşəsi üzrə kurslar təşkil edilmişdir. İqtisadiyyat Nazirliyi tərəfindən “Xalq Yaradıcılığı Emalatxanası”nda ağac üzərində oyma, xalçaçılıq, rəssamlıq və dekorativ-tətbiqi sənət üzrə bölmələrin fəaliyyəti davam etdirilmişdir. Təhsil Nazirliyi tərəfindən xalçaçı, modelçi-dərzi, bədii tikmə ustası və biçici, çörək və qənnadı məmulatları ustası peşələri üzrə təşkil olunmuş kursları isə 272 müdavim bitirmişdir. 2015-2016-cı tədris ilinin sonunda tam orta məktəbdə natamam orta təhsili bitirərək peşə təhsili almaq istəyən 22 gənc peşə hazırlığı kurslarına cəlb edilmişdir. Həmçinin ötən il muxtar respublikada keçirilən festival, sərgi və müsabiqələrdə 304 qadının 11 min 861 manat dəyərində əl işinin satışı təşkil edilmişdir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu üzrə müvafiq tədbirlərin görülməsi də nəzərdə tutulmuşdur. Bu kateqoriyadan olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin dövlət və özəl müəssisələrdə işlə təmin olunması diqqətdə saxlanılmış, 2016-cı ildə 27 nəfər kvota yerləri üzrə işə göndərilmiş, cəzaçəkmə müəssisəsindən azad olunmuş 8 nəfər, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən 105 nəfər işlə təmin olunmuş, habelə fərdi təsərrüfatlarının inkişafı üçün 2 aztəminatlı ailəyə müvafiq köməklik göstərilmişdir. Sağlamlıq imkanları məhdud 114 şəxs peşə məktəblərində təhsil almağa cəlb edilmiş, bu kateqoriyadan olan və peşə təhsilinə malik 111 vətəndaş işlə təmin olunmuşdur. Novruz bayramı ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud şəxslər üçün təşkil edilmiş sosial layihə çərçivəsində 8 nəfər səməni yetişdirilməsi üçün müvəqqəti işlə təmin olunmuşdur. Bununla yanaşı, hərbi hissələrə yun corab və şərf toxunuşu ilə əlaqədar sağlamlıq imkanları məhdud 23 qadınla müqavilə bağlanmış, 700 yun şərf və 3000 cüt yun corab toxunaraq hərbi hissələrə təhvil verilmişdir. Həmçinin “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosialyönümlü haqqıödənilən ictimai işə 11 xalçatoxuyan evdar qadın cəlb olunmuşdur. Ötən dövr ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 37 sağlamlıq imkanları məhdud vətəndaşın ümumi dəyəri 5875 manat olan rəsm əsərlərinin və əl işlərinin satışı təşkil edilmişdir.
Ötən dövrdə işçilərin əmək hüquqlarının təmin edilməsi məqsədilə qeyri-formal məşğulluğun qarşısının alınması, işəgötürülən şəxslərlə əmək müqavilələrinin bağlanması və əməkhaqlarının reallığı əks etdirməsinə də nəzarət gücləndirilmiş, monitorinqlər aparılmışdır. Qeyd olunanlarla yanaşı, işəgötürənlər tərəfindən iş yerlərində sağlam sanitariya-gigiyena şəraitinin yaradılmasına, işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsi və əməyin mühafizəsi qaydalarına əməl olunmasına nəzarət məqsədilə 69 obyektdə monitorinq keçirilmişdir. Bundan əlavə, Naxçıvan Regional Peşə-Tədris Mərkəzində “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri” və “İş yerində əməyin mühafizəsi qaydalarına əməl edilməsi” mövzularında 7 maarifləndirici kurs təşkil olunmuşdur.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası bundan sonra da muxtar respublikada işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə və peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına əsaslı zəmin yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2598701
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4386
4843
4386
91487
2598701

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter