20 Sentyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən aldığımız məlumata görə, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən, əmək pensiyasının sığorta hissəsinin məbləği 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə 12,4 faiz artırılıb.

Həmin sərəncamın icra edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bütün növ əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması məqsədilə fondun şəhər və rayon şöbələrinə müvafiq tapşırıqlar verilib. Əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsinin məbləğinin 12,4 faiz artırılması prosesinə artıq başlanılıb. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi pensiyanın ümumi məbləğindən baza hissəsi çıxılaraq pensiyanın sığorta hissəsinə 12,4 faiz (2016-cı il üzrə istehlak qiymətləri indeksi) əlavə edilməklə həyata keçiriləcəkdir. Fond tərəfindən hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və dövlət qulluqçusu kateqoriyasına aid olan əmək pensiyaçıları istisna olmaqla, 48353 nəfər əmək pensiyaçısının pensiyasının sığorta hissəsinə 12,4 faiz artım tətbiq olunacaqdır.
Əmək pensiyalarının sığorta hissəsində müvafiq artımların aparılması ilə yanaşı, fərdi uçot sistemində sığortaolunanların fərdi hesablarında toplanmış pensiya kapitalı məbləğlərinin də 12,4 faiz indeksləşdirilməsi aparılır.
Məlumatda o da deyilir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən bütün növ əmək pensiyaları üzrə hesablanmış artımlar Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2017-ci ilin fevral ayının pensiya ödənişində, yanvar ayının artımları da daxil olmaqla əmək pensiyaçılarının plastik bankomat kartlarına köçürüləcəkdir.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3041112
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2538
5384
18344
92443
3041112

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter